Kür qırağında yerləşən qədim Salahlı kəndinin adı 19-cu əsrin sonlarından ara-sıra rast qəlinən, qeyri-rəsmi olaraq, Qıraq Salahlı şəklində də işlənmişdir.
Əfrasiyab Vəkilov — Azərbaycan SSR əməkdar ali məktəb işçisi (1991). Görkəmli sovet türkoloqu, filoloq, Leninqrad Universiteti, Şərqşünaslıq fakültəsinin dekanının müavini.
Mehdixan Vəkilov — görkəmli ictimai-siyasi xadim, tarixçi alim, yazıçı, pedaqoq.
Səməd Vurğun — Azərbaycanın ilk xalq şairi (1956), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943).
Yusif Səmədoğlu — Azərbaycanın xalq yazıçısı, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990).