Ərəstun Cavadov

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Ərəstun Cavadov
2005 – 24 noyabr 2015
Seçki dairəsi2005 — 87 saylı Ağsu-İsmayıllı
2010 — 87 saylı Ağsu-İsmayıllı
ƏvvəlkiVəzifə təsis olundu.
SonrakıTahir Kərimli
Şəxsi məlumatlar
Doğum adı Ərəstun Nurəddin oğlu Cavadov
Doğum tarixi 20 oktyabr 1948(1948-10-20)
Doğum yeri
Vəfat tarixi 29 mart 2023(2023-03-29)[1] (74 yaşında)
Partiya
Fəaliyyəti siyasətçi

Ərəstun Nurəddin oğlu Cavadov (20 oktyabr 1948, Ərəbmehdibəy, Ağsu rayonu29 mart 2023[1]) — Azərbaycan Respublikasının Milli Məclisi IIIIV çağırış deputatı[2]

Həyatı

1948-ci il oktyabrın 20-də Ağsu rayonunun Ərəbmehdibəy kəndində anadan olmuşdur. Moskva Kooperativ İnstitutunun əmtəəşünaslıq fakültəsini bitirmişdir. Rus dilini bilir. 1967-ci ildən Azərbaycan İctimai Asayişin Mühafizəsi Nazirliyində elektrik, "Azərgeyimticarət" Bazasında əmtəəşünas işləmişdir. 1972-ci ildən Mərkəzi univermaqda böyük anbardar, bölmə müdirinin müavini, bölmə müdiri, şöbə rəisi, 1992-ci ildən baş direktor vəzifələrində çalışmışdır. 1998–2005-ci illərdə "Mərkəzi Univermaq" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri olmuşdur. Evlidir, 1 övladı var.

29 mart 2023-cü il tarixində dünyasını dəyişmişdir.[3]

Siyasi fəaliyyəti

Yeni Azərbaycan Partiyasının üzvüdür. III çağırışda Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvü olmuşdur. Azərbaycan-Belarus, Azərbaycan-Belçika, Azərbaycan-Braziliya, Azərbaycan-İran, Azərbaycan-Lüksemburq, Azərbaycan-Moldova, Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur. MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olmuşdur.

IV çağırışda Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü olmuşdur. Azərbaycan–İordaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Çin, Latviya, Litva, Moldova, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur. MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olmuşdur.

İstinadlar

  1. 1 2 https://demokrat.az/az/news/144398/sabiq-deputat-vefat-etdi-foto.
  2. Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatları haqqında seçildikləri tarixə olan qısa MƏLUMATLAR. meclis.gov.az Arxivləşdirilib 2017-08-09 at the Wayback Machine  (az.)
  3. "Azərbaycanda sabiq deputat vəfat edib". 2023-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-30.