Ərəstun Nurəddin oğlu Cavadov (20 oktyabr 1948, Ərəbmehdibəy, Ağsu rayonu – 29 mart 2023[1]) — Azərbaycan Respublikasının Milli Məclisi III və IV çağırış deputatı[2]
Ərəstun Cavadov | |
---|---|
2005 – 24 noyabr 2015 | |
Seçki dairəsi | 2005, 2010 — 87 saylı Ağsu-İsmayıllı |
Əvvəlki | Vəzifə təsis olundu. |
Sonrakı | Tahir Kərimli |
Şəxsi məlumatlar | |
Doğum adı | Ərəstun Nurəddin oğlu Cavadov |
Doğum tarixi | 20 oktyabr 1948 |
Doğum yeri | |
Vəfat tarixi | 29 mart 2023[1] (74 yaşında) |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
1948-ci il oktyabrın 20-də Ağsu rayonunun Ərəbmehdibəy kəndində anadan olmuşdur. Moskva Kooperativ İnstitutunun əmtəəşünaslıq fakültəsini bitirmişdir. Rus dilini bilir. 1967-ci ildən Azərbaycan İctimai Asayişin Mühafizəsi Nazirliyində elektrik, "Azərgeyimticarət" Bazasında əmtəəşünas işləmişdir. 1972-ci ildən Mərkəzi univermaqda böyük anbardar, bölmə müdirinin müavini, bölmə müdiri, şöbə rəisi, 1992-ci ildən baş direktor vəzifələrində çalışmışdır. 1998–2005-ci illərdə "Mərkəzi Univermaq" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri olmuşdur. Evlidir, 1 övladı var.
29 mart 2023-cü ildə dünyasını dəyişmişdir.[3]
Yeni Azərbaycan Partiyasının üzvüdür. III çağırışda Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvü olmuşdur. Azərbaycan-Belarus, Azərbaycan-Belçika, Azərbaycan-Braziliya, Azərbaycan-İran, Azərbaycan-Lüksemburq, Azərbaycan-Moldova, Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur. MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olmuşdur.
IV çağırışda Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü olmuşdur. Azərbaycan–İordaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Çin, Latviya, Litva, Moldova, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur. MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olmuşdur.