Ağabəy Əsgərov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Ağabəy Əsgərov
Ağabəy Məmməd oğlu Əsgərov
Azərbaycan Respublikası I və II çağırış Milli Məclisinin deputatı
1995 – 2005
bayraq
“Azərbaycan” nəşriyyatının baş direktoru
bayraq2
2005 – 2021
Şəxsi məlumatlar
Doğum tarixi 11 yanvar 1956(1956-01-11) (68 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Atası Məmməd Əsgərov

Təltifləri "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 2005
3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2011 "Şöhrət" ordeni — 2012"Puşkin" medalı

Ağabəy Əsgərov (11 yanvar 1956, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırış deputatı, "Azərbaycan" nəşriyyatının baş direktoru (2005–2021), Yeni Azərbaycan Partiyasının qurucu heyəti olan "91-lər"dən biri.

Həyatı

Ağabəy Məmməd oğlu Əsgərov 1956-cı il yanvarın 18-də Bakı şəhərində anadan olub.Bakı şəhəri 6 nömrəli məktəbdə təhsil alıb. Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. Filologiya elmləri namizədidir.

Siyasi-ictimai fəaliyyəti

Ağabəy Əsgərov "Səs" qəzetinin ilk baş redaktoru olub. O, həmin vəzifədə 1991-ci il yanvarın 11-dən 2005-ci ilin aprelinə kimi çalışıb.

1992-ci il iyul-noyabr ayları arasında Yeni Azərbaycan Partiyasının yaradılmasına təşəbbüs göstərmiş, "91-lər" hərəkatının fəal iştirakçısı olmuşdur. Partiyanın 5 mart 2021-ci il tarixli VII qurultayınadək Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olub.

1995-ci il noyabrın 12-də Yeni Azərbaycan Partiyasının siyahısı üzrə Birinci çağırış Milli Məclisə deputat seçilib. 2000-ci il noyabrın 5-də Yeni Azərbaycan Partiyasının siyahısı üzrə İkinci çağırış Milli Məclisə deputat seçilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2005-ci il tarixli sərəncamı ilə "Azərbaycan" nəşriyyatının baş direktoru vəzifəsinə təyin edilib. Prezident İlham Əliyevin 2021-ci ildə imzaladığı sərəncamla Ağabəy Əsgərov "Azərbaycan" nəşriyyatının baş direktoru vəzifəsindən azad edilib.[1]

Mükafatları

İstinadlar

  1. "A.M.Əsgərovun "Azərbaycan" nəşriyyatının baş direktoru vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-29.
  2. e-qanun.az.az. "Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). E-qanun.az. 2005-07-21. 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2005-07-21.
  3. "A.M.Əsgərovun 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-29.
  4. "Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-29.
  5. "Rusiya Prezidenti "Azərbaycan" nəşriyyatının baş direktorunu "Puşkin" medalı ilə təltif edib". 2021-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-29.