Ağabəy Əsgərov (11 yanvar 1956, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırış deputatı, "Azərbaycan" nəşriyyatının baş direktoru (2005–2021), Yeni Azərbaycan Partiyasının qurucu heyəti olan "91-lər"dən biri.
Ağabəy Əsgərov | |
---|---|
Ağabəy Məmməd oğlu Əsgərov | |
Azərbaycan Respublikası I və II çağırış Milli Məclisinin deputatı | |
1995 – 2005 | |
2005 – 2021 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 yanvar 1956 (68 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Atası | Məmməd Əsgərov |
|
|
Təltifləri |
|
Ağabəy Məmməd oğlu Əsgərov 1956-cı il yanvarın 18-də Bakı şəhərində anadan olub.Bakı şəhəri 6 nömrəli məktəbdə təhsil alıb. Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. Filologiya elmləri namizədidir.
Ağabəy Əsgərov "Səs" qəzetinin ilk baş redaktoru olub. O, həmin vəzifədə 1991-ci il yanvarın 11-dən 2005-ci ilin aprelinə kimi çalışıb.
1992-ci il iyul-noyabr ayları arasında Yeni Azərbaycan Partiyasının yaradılmasına təşəbbüs göstərmiş, "91-lər" hərəkatının fəal iştirakçısı olmuşdur. Partiyanın 5 mart 2021-ci il tarixli VII qurultayınadək Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olub.
1995-ci il noyabrın 12-də Yeni Azərbaycan Partiyasının siyahısı üzrə Birinci çağırış Milli Məclisə deputat seçilib. 2000-ci il noyabrın 5-də Yeni Azərbaycan Partiyasının siyahısı üzrə İkinci çağırış Milli Məclisə deputat seçilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2005-ci il tarixli sərəncamı ilə "Azərbaycan" nəşriyyatının baş direktoru vəzifəsinə təyin edilib. Prezident İlham Əliyevin 2021-ci ildə imzaladığı sərəncamla Ağabəy Əsgərov "Azərbaycan" nəşriyyatının baş direktoru vəzifəsindən azad edilib.[1]