Ağacanlı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Ağacanlı
39°59′00″ şm. e. 48°50′56″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ 2418
Xəritəni göstər/gizlə
Ağacanlı xəritədə
Ağacanlı
Ağacanlı

AğacanlıAzərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd.

Tarixi

Azərbaycan SSR-in inzibati-ərazi bölgüsünə əsasən kənd Qarasu rayonuna aid edilirdi. Bu rayon ləğv edildikdən sonra Azərbaycan SSR-in Əli-Bayramlı rayonu tərkibinə daxil olmuş, 1939-cu ildə isə Qazıməmməd rayonu tərkibinə verilmişdir. 4 dekabr 1959-cu ildə Qazi-Məhəmməd rayonu ləğv edilmiş, kənd Əli-Bayramlı rayonunun tərkibinə verilmişdir. 1961-ci ilin İnzibati bölgüsünə əsasən, Ağacanlı kəndi Azərbaycan SSR Ali-Bayramlı rayonunun Kalinovski kənd sovetinə daxil idi. 1963-cü ildə əli Bayramlı rayonu ləğv edilmiş, Kalinovski kənd şurası isə Sabirabad rayonunun tərkibinə verilmişdir.[1] 24 aprel 1990-cı ildə kənd yeni formalaşan Hacıqabul rayonunun tərkibinə verilmişdir. 1999-cu ildə Azərbaycanda inzibati islahat aparılmış və Meyniman inzibati ərazi dairəsi daxilində Hacıqabul Rayon Ağacanlı bələdiyyəsi yaradılmışdır. 2009-cu ildə Ağacanlı bələdiyyəsi ləğv edilmiş, kənd isə Ələtli bələdiyyəsi tərkibinə daxil olmuşdur.

Toponimikası

Coğrafiyası

Ağacanlı Kür çayının sahilində yerləşir.

Kənd Ələtlidən 6 km, Hacıqabul rayon mərkəzindən 17 km və Bakıdan 125 km məsafədə yerləşir. Ən yaxın dəmir yolu stansiyası Şirvan stansiyasıdır.

Kənd dəniz səviyyəsindən 21 metr aşağıda yerləşir. Kənddə yarımsəhra iqlimi var.[mənbə göstərin]

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 245 nəfər əhali yaşayır.[3]

İnfrastrukturu

Sovet dövründə kəndin yaxınlığında süd-əmtəə ferması yerləşirdi. Kənddə tam orta məktəb, tibb məntəqəsi, feldşer-mama məntəqəsi, kitabxana yerləşir. Əhali əsasən pambıqçılıqheyvandarlıq ilə məşğul olur.

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

  1. "Административное деление Азербайджанской ССР на 1 января 1977 года" (PDF). 2018-11-27 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2019-06-22.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629