Birinci Meyniman — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd.
Birinci Meyniman | |
---|---|
40°02′35″ şm. e. 48°45′30″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Hacıqabul rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 761 nəfər (2019) |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ2414 |
Birinci Meyniman kəndi Kür çayının sahilində yerləşir. 2010-cu ilin yaz aylarında Kür çayının daşması bu kəndə böyük ziyan vurub. Belə ki, 23 may 2010-cu il tarixində saat 18:30 radələrində Hacıqabul rayonunun Birinci Meyniman kəndi yaxınlığında Kür çayında bəndin, təqribən, 30-40 metrlik hissəsinin dağılması nəticəsində daşqın suları kənd ərazisinə daxil olmağa başlamışdır. Nəticədə 70-ə qədər ev daşqın suları altında qalmışdır.[1]
Birinci Meyniman. Hacıqabul r-nunda eyni adlı i.ə.v-də kənd. Kür çayının sahilində, Şirvan düzündədir. XIX əsrə aid mənbələrdə Meneyman, 1933-cü ildə Meynəman şəklində qeydə alınmışdır. Yaşayış məntəqəsi Kür çayının üstündə balıq vətəgəsi əsasında yaranmışdır. İlk sakinləri Cənubi Azərbaycandan buradakı balıq vətəgələrində işləməyə gəlmiş azərb. ailələr olmuşlar. Sonralar ondan yeni məntəqə yaranmış və toponimin əvvəlinə birinci sözü əlavə edilmişdir. Meyniman komponentinin fars dilindəki "mehman" (qonaq, gəlmə) sözünün fonetik variantı olduğunu ehtimal etmək olar.[2]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1373 nəfər əhali yaşayır.[3]
Hacıqabul rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |