Kolanı — Azərbaycan Respublikasının Hacıqabul rayonunun Abdulabad kənd inzibati ərazi dairəsində kənd.[1]
Kolanı | |
---|---|
40°04′59″ şm. e. 48°42′15″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Kənd Kür çayının sahilində, Şirvan düzündədir. Kənd vaxtilə Cavad qəzasında yaşamış kolani tayfasına mənsub 71 ailənin Toyuqplov adlı qışlaq yerində məskunlaşması nəticəsində yaranmışdır. Kolanılar qədim türk tayfalarındandır. XVIII əsrin ortaları XIX əsrin birinci yarısında Qarabağ xanlığında yaşayan kolanıların ərazisi Kolanı mahalı adlanırdı. XIX əsr Azərb. tarixçisi Mirzə Adıgözəl bəy Uşacıq kəndindən Göyçə sərhədinə qədər uzanan Tərtər çayı hövzəsini kolanıların məskəni adlandırırdı. XIX əsrdə Cavad qəzasında 282 ailəli Kolanı eli yaşayırdı. Sonralar onlar müxtəlif yerlərdə məskunlaşmışlar. Mənbələrə görə, Ağa Məhəmməd Şah Qacarın Qarabağa hücumu zamanı Qarabağ elatlarının bir qismi, o cümlədən kolanılar köçüb Naxçıvanda, Şirvanda və b. yerlərdə məskunlaşmışlar.[2]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2017 nəfər əhali yaşayır.[3]
Hacıqabul rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |