Ağacanlı — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd.
Ağacanlı | |
---|---|
39°59′00″ şm. e. 48°50′56″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ 2418 |
Azərbaycan SSR-in inzibati-ərazi bölgüsünə əsasən kənd Qarasu rayonuna aid edilirdi. Bu rayon ləğv edildikdən sonra Azərbaycan SSR-in Əli-Bayramlı rayonu tərkibinə daxil olmuş, 1939-cu ildə isə Qazıməmməd rayonu tərkibinə verilmişdir. 4 dekabr 1959-cu ildə Qazi-Məhəmməd rayonu ləğv edilmiş, kənd Əli-Bayramlı rayonunun tərkibinə verilmişdir. 1961-ci ilin İnzibati bölgüsünə əsasən, Ağacanlı kəndi Azərbaycan SSR Ali-Bayramlı rayonunun Kalinovski kənd sovetinə daxil idi. 1963-cü ildə əli Bayramlı rayonu ləğv edilmiş, Kalinovski kənd şurası isə Sabirabad rayonunun tərkibinə verilmişdir.[1] 24 aprel 1990-cı ildə kənd yeni formalaşan Hacıqabul rayonunun tərkibinə verilmişdir. 1999-cu ildə Azərbaycanda inzibati islahat aparılmış və Meyniman inzibati ərazi dairəsi daxilində Hacıqabul Rayon Ağacanlı bələdiyyəsi yaradılmışdır. 2009-cu ildə Ağacanlı bələdiyyəsi ləğv edilmiş, kənd isə Ələtli bələdiyyəsi tərkibinə daxil olmuşdur.
Ağacanlı Kür çayının sahilində yerləşir.
Kənd Ələtlidən 6 km, Hacıqabul rayon mərkəzindən 17 km və Bakıdan 125 km məsafədə yerləşir. Ən yaxın dəmir yolu stansiyası Şirvan stansiyasıdır.
Kənd dəniz səviyyəsindən 21 metr aşağıda yerləşir. Kənddə yarımsəhra iqlimi var.[mənbə göstərin]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 245 nəfər əhali yaşayır.[3]
Sovet dövründə kəndin yaxınlığında süd-əmtəə ferması yerləşirdi. Kənddə tam orta məktəb, tibb məntəqəsi, feldşer-mama məntəqəsi, kitabxana yerləşir. Əhali əsasən pambıqçılıq və heyvandarlıq ilə məşğul olur.