Aşıq Cəlal Qəhrəmanov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Aşıq Cəlal
Cəlal Məhəmməd oğlu Qəhrəmanov
Doğum tarixi
Doğum yeri Kəmərli, Qazax rayonu
Vəfat tarixi (50 yaşında)
Dəfn yeri

Aşıq Cəlal Qəhrəmanov (28 aprel 1928, Kəmərli, Qazax qəzası17 avqust 1978) — Azərbaycan aşığı. Aşıqların Bakıda keçirilmiş III qurultayının nümayəndəsi olmuşdur (1961).

Həyatı

Cəlal Məhəmməd oğlu Qəhrəmanov 1928-ci il aprelin 28-də Qazax rayonunun Kəmərli kəndində ziyalı ailəsində anadan olmuşdur. Qaymaqlı kənd məktəbini bitirib. Ustad Aşıq Avdı Qaymaqlının məclislərində müntəzəm iştirak edib.[1]

3 il Aşıq Avdı Qaymaqlının yanında şagirdlik etmişdir.

Yüzdən çox qoşması, gəraylısı, müxəmməsi, divanisi, təcnisi, deyişməsi var. Aşığın 23 saz havası Azərbaycan radiosunun "Qızıl fond"una daxil edilmişdir.[1]

"Cəlaloğlu" saz havasının bəstəçisidir. 1961-ci ildə Aşıqların III qurultayının iştirakçısı olmuşdur.[2]

1978-ci ildə vəfat etmişdir. Kəmərli kəndində dəfn olunmuşdur.

1992-ci ildə "Sədəfli saz, məni dindir" şeirlər kitabı nəşr olunmuşdur.

İstinadlar

  1. 1 2 . Musiqi Dünyası, 2015"[1] Arxivləşdirilib 2020-07-03 at the Wayback Machine enene.musigi-dunya.az/Aşıq sənəti simalarda  (az.)
  2. Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. Archived from the original on 2023-06-16. İstifadə tarixi: 17 iyun 2023.

Xarici keçidlər