Aşıq Avdı Qaymaqlı

Aşıq Avdı Qaymaqlı (1909, Qaymaqlı, Qazax rayonu1988) — Azərbaycan aşığı.[1]

AŞIQ AVDI QAYMAQLI
Avdı İsa oğlu Avdıyev
Doğum tarixi
Doğum yeri Qaymaqlı, Qazax rayonu
Vəfat tarixi

Aşıq Avdı Qaymaqlı 1909-cu ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur.[2] Aşıqlıq dərsini dövrünün ustad sənətkarı sayılan, Borçalı mahalında yaşayıb-yaradan ustad Aşıq Sadıqdan (Aşıq Sadıq Sultanov) almış, görkəmli saz-söz ustaları Mikayıl Azaflı, Aşıq Dərya Məhəmməd, Hüseyn Saraçlı, Əmrah Gülməmmədov, Aşıq Cəlal Qəhrəmanov, Aşıq Kərəm İncəli ilə dostluq etmişdir.[3]

Aşıq Avdı xalq ədəbiyyatı xəzinəsinə "Avdı və Mehriban" dastanı kimi folklor nümunəsi bəxş edib, aşıqların repertuarından düşməyən "İncəgülü" saz havası yaradıb.[4]

O, həmişə özünəməxsus ifa tərzi, xoş avazı ilə sevilib seçilib, toylarda, şadlıqlarda, el şənliklərində ürəkləri fəth edib.[5]

Dörd böyük aşıq yetişdirmişdir: Aşıq Cəlal Qəhrəmanov, Aşıq Yəhya, Aşıq Sadıq və Aşıq Sədi.

  1. "Eldar Nəsibli. Aşıq Avdı Qaymaqlı anılır". 2022-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-16.
  2. Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. Archived from the original on 2023-06-16. İstifadə tarixi: 17 iyun 2023.
  3. Musa Nəbioğlu. "Ozan-aşıq dünyası". Bakı: Nurlan, 2010, (şəkilli), səh.58.
  4. Məmməd Dəmirçioğlu, "AŞIQ AVDI QAYMAQLININ MƏNZƏRƏSİ" [ölü keçid]. "Ozan dünyası" jurnalı, № 2(23). 2015.
  5. Dəmirçioğlu, M. Aşıq Avdı Qaymaqlı //Ədalət.- 2014.- 24 may.- S.12.