Aşıq Cəlal Qəhrəmanov (28 aprel 1928, Kəmərli, Qazax qəzası – 17 avqust 1978) — Azərbaycan aşığı. Aşıqların Bakıda keçirilmiş III qurultayının nümayəndəsi olmuşdur (1961).
Aşıq Cəlal | |
---|---|
Cəlal Məhəmməd oğlu Qəhrəmanov | |
Doğum tarixi | |
Doğum yeri | Kəmərli, Qazax rayonu |
Vəfat tarixi | (50 yaşında) |
Dəfn yeri |
Cəlal Məhəmməd oğlu Qəhrəmanov 1928-ci il aprelin 28-də Qazax rayonunun Kəmərli kəndində ziyalı ailəsində anadan olmuşdur. Qaymaqlı kənd məktəbini bitirib. Ustad Aşıq Avdı Qaymaqlının məclislərində müntəzəm iştirak edib.[1]
3 il Aşıq Avdı Qaymaqlının yanında şagirdlik etmişdir.
Yüzdən çox qoşması, gəraylısı, müxəmməsi, divanisi, təcnisi, deyişməsi var. Aşığın 23 saz havası Azərbaycan radiosunun "Qızıl fond"una daxil edilmişdir.[1]
"Cəlaloğlu" saz havasının bəstəçisidir. 1961-ci ildə Aşıqların III qurultayının iştirakçısı olmuşdur.[2]
1978-ci ildə vəfat etmişdir. Kəmərli kəndində dəfn olunmuşdur.
1992-ci ildə "Sədəfli saz, məni dindir" şeirlər kitabı nəşr olunmuşdur.