AM (albom)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
AM
Növü studiya albomu
Yayımlanma tarixi 9 sentyabr 2013
Yazılma tarixi avqust 2012 – iyun 2013
Janr indi-rok
Müddət 41:39
Dil ingilis dili
Leybl Domino
Prodüser

Ceyms Ford

Ross Orton
"Arctic Monkeys" albomlarının xronologiyası
"Suck It and See"
(2011)
"AM"
(2013)
"Tranquility Base Hotel & Casino"
(2018)

AM — ingilis rok qrupu Arctic Monkeys-in beşinci studiya albomu. Ceyms Ford və Ross Ortonun prodüserlik etdiyi albom, Los-Ancelesdəki Sage Sound & Recording və Kaliforniyanın Coşua-Tri şəhərində yerləşən Rancho De La Luna studiyasında yazılıb. AM 2013-cü ilin sentyabr ayında Domino tərəfindən buraxılmışdır. "R U Mine?", "Do I Wanna Know?", "Why'd You Only Call Me When You're High?", "One for the Road", "Arabella", və "Snap Out of It" sinqllarında Coş Homm, Bill-Rayder Cons və Pit Tomas qonaq ifaçı kimi yer alıblar.

Psixodelik rok, blüz rok, hard rok, ağır metal, desert rok, R&B, soul və hip hop da daxil olmaqla, AM çeşidli janrlardan olan elementləri özünə birləşdirir. Qrupun, solisti Aleks Törnerin dediyinə görə, əvvəlki albomları olan Suck It and See-dən fərqli olaraq, bu dəfə albomun yaradılmasına başqa cür yanaşıblar. Qrup alboma piano, orqan, Hohner Guitaret və vintaj dram-maşina da daxil olmaqla yeni alətlər daxil etdi. Albomda çirkin romantikaseks və tənhalıq kimi mövzulara toxunulur.

Kommersiya baxımından albom Arctic Monkeys-in bu günə qədərki ən uğurlu albomlarından birinə çevrilib, bir neçə ölkədə siyahılarda birinci olub və bir çox başqa ölkələrdə ilk onluğa yüksəlib. BK albomlar hit-paradında birinci yeri tutaraq, ilk həftəsində 157.000-dən çox nüsxə satdı və eyni zamanda 73.000 ədəd sataraq on ilin ən çox satılan vinil albomlarından biri oldu.[1] Bundan əlavə, albom "Do I Wanna Know?" sinqlı ilə qrupun Billboard Hot 100-ə daxil olan ilk mahnısı və dörd Billboard hit-paradını üstələyərək qrupun ən uğurlusu oldu. AM 2017-ci ildə ABŞ-da Platin sertifikatına layiq görülüb.

Tənqidçilər qrupun əvvəlki albomları ilə müqayisədə onun daha tünd və gur səsini təriflədilər. Albom 2013-cü ilin ən yaxşı albomlarından biri kimi bəzi siyahılarda yer tutdu.[2] AM 2014 BRIT mükafatkarında qrupa – Ən yaxşı Britaniya albomu mükafatını qazandırdı. Eləcə də, 2013 Merküri Mükafatına namizəd oldu və "Do I Wanna Know?" mahnısı ilə Ən Yaxşı Rok Performansı nominasiyasını aldı. 2015-ci ildə 57-ci Qremmi mükafatlarında NME onu onilliyin ən yaxşı albomu elan etdi və buraxılışından cəmi bir ay sonra onu Bütün Zamanların 500 Ən Böyük Albomu siyahısında 449-cu yeri tutdu. Rolling Stone jurnalını bütün zamanların 500 ən böyük albomu siyahısının 2020-ci il nəşrində onu 346-cı yerə layiq gördü.

İstehsal

Adı

Qrupun solisti Aleks Törner BBC Radio 1-dən Zeyn Louya vetdiyi müsahibədə albomun adının Velvet Underground qrupunun 1985-ci ildə buraxılan albomu VU-dan ilhamlanaraq seçdiyini açıqladı.[3]

Törner daha sonra qrupun səsyazma prosesində istifadə etdikləri gitara gücləndiricisinə görə albomun adının az qala The New Black olacağını açıqladı: "Məndə çox istifiadə etdiyimiz köhnə Rickenbacker var. Düymələri yoxdur, sadəcə iki dəliyi var. Və bu The New Black kimi tanınan kiçik qara gücləndiricidr. Albomu belə adlandırmaq fikrim var idi."[4]

Trek siyahısı

Bütün sözlər Aleks Törner tərəfindən yazılmışdır., bütün musiqilər Arctic Monkeys tərəfindən bəstələnmişdir.

Başlıq Müddət
1. Do I Wanna Know? 4:31
2. R U Mine? 3:21
3. One for the Road 3:26
4. Arabella 3:27
5. I Want It All 3:04
6. No.1 Party Anthem 4:03
7. Mad Sounds 3:35
8. Fireside 3:01
9. Why'd You Only Call Me When You're High? 2:41
10. Snap Out of It 3:12
11. Knee Socks 4:17
12. I Wanna Be Yours 3:04
41:38
Polish[5] and Japanese bonus track
Başlıq Müddət
13. 2013 (hidden track; begins after approximately 1-minute silence) 2:28
45:18
iTunes live EP bonus tracks[6]
Başlıq Müddət
13. Do I Wanna Know? (Live from the iTunes Festival) 4:27
14. Fireside (Live from the iTunes Festival) 2:59
15. Arabella (Live from the iTunes Festival) 3:27
16. One for the Road (Live from the iTunes Festival) 3:28
17. R U Mine? (Live from the iTunes Festival) 3:23
59:27
Deluxe LP edition – exclusive 7" vinyl
Başlıq Müddət
1. 2013 2:26
2. Stop the World I Wanna Get Off with You 3:12
48:21

İstinadlar

  1. Myers, Justin. "Arctic Monkeys' Official biggest songs and albums". Official Charts Company. 11 May 2018. 13 May 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 May 2018.
  2. "Acclaimed Music". www.acclaimedmusic.net. 2021-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-11.
  3. Sitat səhvi: Yanlış <ref> teqi; nme AM adlı istinad üçün mətn göstərilməyib
  4. "Arctic Monkeys reveal they nearly named new album 'The New Black'". NME. 4 December 2013. 9 December 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 December 2013.
  5. "Arctic Monkeys – AM (CD, Album) at Discogs". 22 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 October 2014.
  6. "AM (Live EP Bonus Edition) by Arctic Monkeys". iTunes. 6 March 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 January 2014.