Tranquility Base Hotel & Casino — İngilis rok qrupu Arctic Monkeys-in 11 may 2018-ci ildə Domino şirkəti tərəfindən buraxılan altıncı studiya albomu. Qrupun solisti Aleks Törner tərəfindən 2016-cı ildə Los-Ancelesdə yerləşən evində Steinway Vertegrand pianosunda yazılmışdır. Albom Los-Anceles, Paris və London kimi şəhərlərdə, Arctic Monkeys-in tez-tez əməkdaşı olan Ceyms Ford, Tom Rouli, Loren Hamfri, Ceyms Rayton, Zak Daues, Tayler Parkford və Kem Eyveri kimi musiqiçilərin köməyi nəticəsində ərsəyə gəlib. Törner karton kağızdan istifadə edərək albomun üz qabığını özü dizayn edib. Albomun adı 1969-cu ildə Apollo 11-in Aya eniş yeri olan Tranquility Base-dən gəlir.
Tranquility Base Hotel & Casino | ||||
---|---|---|---|---|
"Arctic Monkeys" tərəfindən ifa olunmuş studiya albomu | ||||
Növü | studiya albomu | |||
Yayımlanma tarixi | 11 may 2018 | |||
Yazılma tarixi | 2016–2018 | |||
Janr |
|
|||
Müddət | 40:51 | |||
Dil | ingilis dili | |||
Leybl | Domino | |||
Prodüser | ||||
"Arctic Monkeys" albomlarının xronologiyası | ||||
|
||||
|
Tranquility Base Hotel & Casino qrupun gitara ilə dolu olan əvvəlki işindən xeyli fərqlidir və beynəlxalq səviyyədə uğur qazanan AM (2013) ilə müqayisədə daha zəifdir. Psixodelik pop, launj pop, speys pop və qlem-rok, eləcə də caz elementlərini təcəssüm etdirən zəngin səsə malikdir. Həmçinin albomda 1960-cı illərin soul, proqressiv rok, fank, fransız pop və film saundtreklərinin təsirini görmək olur. İnstrumental olaraq orqanlar, pianolar və dolceola daxil olmaqla, vintaj sintezatorları və klaviaturaları özündə birləşdirir. Qrup tərəfindən adətən istifadə olunan elektrik və akustik gitaralara, eləcə də fırlanan timpani və vibrafonlar da daxil olmaqla müxtəlif zərb alətlərinə əlavə olaraq, bariton və dövrəli polad gitaralar qrup tərəfindən çoxsaylı treklərdə təqdim olunur. Mahnıların sözləri əsasən elmi fantastika və film, konsumerizm, siyasət, din və texnologiya haqqındadır. Aydakı dəbdəbəli kurort haqqında müxtəlif personajların, məsələn, "Star Treatment" mahnısında müğənninin və ya başlıq trekindəki otelin resepsiyonistinin nöqteyi-nəzərindən danışılır.
Tranquility Base Hotel & Casino musiqi tənqidçiləri tərəfindən müsbət rəylər qazandı və Q jurnalı tərəfindən 2018-ci ilin ən yaxşı albomu seçildi. 2018 Merkuri Mükafatına və Ən Yaxşı Alternativ Musiqi Albomuna görə "Qremmi" mükafatına namizəd oldu. "Four Out of Five" sinqlı Ən Yaxşı Rok Performansına namizədlik əldə etdi. Bu, qrupun Birləşmiş Krallıqda ardıcıl altıncı bir nömrəli debütüdür, 25 ildə ölkənin ən çox satılan vinil səsyazması və qrupun ABŞ-da üçüncü ən yaxşı albomu oldu. Avstraliya, Belçika, Hollandiya, Fransa, Yunanıstan, Portuqaliya, Şotlandiya və İsveçrə albom hit paradlarında birinci yerdə yekunlaşıb. Buraxıldıqdan sonra albom "Four Out of Five" və "Tranquility Base Hotel & Casino" sinqlları, eləcə də qlobal tur və çoxsaylı televiziya çıxışları ilə təşviq edildi.
Qrupun beşinci studiya albomu AM 2013-cü ilin sentyabrında müsbət rəylər qazandı və qrupa dünya miqyasında yeni kommersiya uğurları gətirdi.[1][2] 2016-cı ilin aprelində Aleks Törnerin psixodelik pop yan layihəsi olan The Last Shadow Puppets-in ikinci studiya albomu "Everything You've Come to Expect" buraxıldı. Bir il sonra Törner Ceyms Fordla birlikdə Aleksandra Saviorun debüt albomu "Belladonna of Sadness"-in prodüserliyini etdi. Bu, Törnerin prodüserlikdə ilk addımı idi, ikisi Tranquility Base Hotel & Casino üzərində işləməyə davam etdi.[2][3][4]
AM-in beynəlxalq uğurundan sonra Törner yazıçı blokundan əziyyət çəkdi və yeni albom üçün istiqamət tapmaqda çətinlik çəkdi. Everything You've Come to Expect-dən olan "Sweet Dreams, TN" mahnısını yazdıqdan sonra, dostunun "bir daha belə etmə" təklifi ilə sevgi mahnıları yazmağa marağını itirdi. 2016-cı ilin əvvəlində, Federiko Fellininin 1963-cü ildə çəkdiyi "Səkkiz yarım" filminə baxan Törner, yazıçı bloku, uşaqlıq xatirələri və elmi fantastika janrının təsvirindən ilham aldı. Steinway Vertegrand-da albom üçün mahnılar yazmağa başladı, pianonu Arctic Monkeys-in meneceri Yan Makendrüdən 30-cu ad günü hədiyyəsi olaraq almışdı. Demoları Los-Ancelesdəki evinin "Lunar Surface" adlı boş otağında yazıb qeyd etdi. Proses zamanı Törner səkkiz yaşında atasından aldığı fortepiano dərslərini xatırlayaraq, "heç vaxt atasının təsirinin bu rekorddakı qədər onun bəstələrinə yol tapacağını düşünmədiyini" şərh etdi.[5] Hazır alboma daxil edilmiş vokal çəkilişlərinin çoxu Törnerin TASCAM 388 8-trek səsyazma maşınındakı ev demolarından qaynaqlanır.[6] Gitaraçı Ceymi Kuk 2017-ci ilin fevralında Törner ona demoları ifa edərkən "Aleksin getdiyi istiqamətə heyran olduğunu" şərh etdi.[7] Əvvəlcə mahnıları necə yazacaqlarından əmin olmayan ikisi Törnerlə solo albom buraxmağı müzakirə etdilər, lakin sonda bu fikrə qarşı qərar verdilər. Nik O'Melli "Star Treatment"in demolarını hazırlamağı qəbul etdikdən sonra Kuk ilə gitara ideyalarını yazmağa başladı.[8][9]
2017-ci ilin sentyabrında Arctic Monkeys Hollivuddakı Vox Studios və Parisdəki La Frette-də material yazmağa başladı. Tez-tez əməkdaşlıq edən Ceyms Ford, Törner ilə birlikdə albomun prodüserliyini etdi.[4][10][11] Bu seanslara O'Melli və təbilçi Mett Helders qoşulmaqla piano və gitara hissələri bir-birinə qarışmağa başladı. Helders qeyd etdi ki, səsyazma zamanı əvvəlki rekordlara nisbətən daha təmkinlə ifa edib və qeyd edib ki, "bu sadəcə mahnıdır".[7] Sonrakı səsyazma sessiyaları Londonda Ford ilə baş tutdu. Qrup çoxlu qonaq musiqiçilər ilə birlikdə idi. Ford və gitaraçı Tom Rouli (2013-cü ildən qrupun qastrol üzvü kimi fəaliyyət göstərir),[12] bir neçə trekdə iştirak etmişdir. Guards-dan nağara ifaçısı Loren Hamfri, klaviatura ifaçısı Ceyms Rayton və pianoçu Cozefin Stivenson "Four Out of Five ", "Science Fiction" və "The Ultracheese" mahnılarına töhfə verib. Mini Mansions-dan Zak Daues, Tayler Parkford və Wires on Fire-dan Evan Vayss "American Sports" və "The World's First Ever Monster Truck Front Flip" mahnılarında performanslarını sərgilədilər. Bundan əlavə, Tame Impala-dan Kem Eyveri "She Looks Like Fun" mahnısına dəstək vokalı verdi.[4] Musiqiçilər bir otaqda birlikdə işlədilər, The Beach Boys-un "Pet Sounds" (1966), eləcə də Fil Spektorun "Wall of Sound" istehsal üslubundan ilhamlandılar. Parkford albomun buraxılmasından sonra qrupa qastrol üzvü kimi qatıldı, Eyveri bəzi şoularda açılış və qonaq musiqiçi kimi Tranquility Base Hotel & Casino Turu-na qatıldı.[12]
Musiqi üslubu və təsirlər
Tranquility Base Hotel & Casino, Törnerin öz kompozisiyasında gitara əvəzində pianodan istifadə etməsinin nəticəsində əmələ gəlib.[7] Albom psixedelik pop,[13][14] launj pop,[15] speys pop[16] və qlem-rok kimi xarakterizə edilmişdir.[17] Alboma daha sonra caz,[7] soul, proqressiv rok, fank, fransız pop həmçimin 1960-cı illərin film saundtreklərinin təsiri olub.[18][19] Melodik mahnılar qeyri-ənənəvi akkord irəliləyişlərinə malikdir və çox vaxt ənənəvi "qafiyə" və "nəqərat" strukturundan imtina edir.[20] İnstrumental olaraq kosmos dövrü popunu xatırladan vintaj sintezatorları və klaviaturaları özündə birləşdirir. Albomda istifadə edilən klaviaturalar, orqanlar, pianolar, dolceola, həmçinin orkestron, Farfisa və RMI Rocksichord daxildir. Çoxsaylı treklərdə qrup tərəfindən adətən istifadə olunan elektrik və akustik gitaralara əlavə olaraq bariton və dövrəli polad gitaralar, həmçinin fırlanan timpani və vibrafonlar da daxil olmaqla müxtəlif zərb alətləri var.[4]
Albom Devid Boui,[15][19][21] Serj Gensbur,[15][20][22] Leonard Koen,[15][19] Nik Keyv,[23] Carvis Kokerin[18][19][22] əsərləri ilə eləcə də Riçard Houli[18] və Father John Misty,[19][20][21][22] eləcə də The Beach Boys-un "Pet Sounds" (1966) ilə müqayisə edilmişdir.[21] Törner Gensburun "Histoire de Melody Nelson" (1971), Koenin "Death of a Ladies' Man" (1977),[5] Dionun "Born to Be with You" (1975) və Fransua de Rubanın "Samuray" (1967) üçün yazdığı film mahnısından ilhamlandığını istinad etdi.[7] Albomun təbil və bas sətirlərində Histoire de Melody Nelson-u, xüsusi ilə də vokal harmoniyalarında rekorda yayılan Pet Sounds təsirini görmək olur.[24]
Mahnı sözləri və mövzular
— Aleks Törner
Tranquility Base Hotel & Casino 1969-cu ildə Aya eniş yeri olan Tranquility Base-dəki lüks oteli təsvir edən konseptual albomdur.[19]
Albomun üz qabığı Aleks Törner tərəfindən karton kəsiklərdən və albomun ilkin versiyasını ehtiva edən Revox A77 lent maşını istifadə edərək tərtib edilmişdir.[25][26] Törner, qrupun altıncı studiya albomunu əks etdirmək üçün altıbucaqlı çəkərək başladı və memarlar Eero Saarinen və Con Lautnerdən təsirləndi.[7] Üz qabığı şəkli "2001: Kosmik Odissey" (1968) filmi üçün tikilən Hilton Oteli fotoşəkilindən ilhamlanıb.[25]
Albomun adı, insanların aya ilk ayağını basdığı ərazi olan "Tranquility Base"-ə istinad edir.[25] Törner layihənin demolarını yazdığı və qeyd etdiyi boş otağa "Lunar Surface" adını verdi.
2017-ci ilin sentyabrında basçı Nik O'Melli, qrupun 2013-cü ilin AM-in davamını yazmağa başladığını deyərək, 2018-ci ildə yeni albom çıxmasaydı, onların "problemləri" olacağını bildirdi.[10] Tranquility Base Hotel & Casino-nun buraxılışı ilk dəfə 5 aprel 2018-ci ildə Ben Çappellin çəkdiyi qısa video vasitəsilə elan edildi. Videoda albomun rəsm əsərində əks olunan fırlanan model təsvir edilib və yeni musiqi parçaları daxil edilib.[27][28] Qrup albomun buraxıldığı həftəsonu öz doğma Şeffild, Nyu-York, Paris, Berlində reklam dükanlarında sərgilədi.[29] Sidneydəki pop-up məkanında qrup tərəfindən idarə olunan mini film festivalı da var idi.[30][31]
Albomdan əvvəl heç bir sinql buraxılmadı, Tranquility Base Hotel & Casino Turunun ilk hissəsində bir çox trek ilk dəfə ifa olunmuşdu.[32] Albomun buraxılışından iki gün sonra Ben Çappell və Aaron Brounun rejissorluğu ilə müşayiət olunan musiqi videosu ilə yanaşı, "Four Out of Five" ilk sinql kimi buraxıldı.[33][34] Video Törnerin "Parıltı" filmini xatırladan zərif bir evdə və "Qurulan portağal" distopiyasını xatırladan yeraltı qatar stansiyasında gəzdiyini təsvir edən Stenli Kubrikin əsərlərinə oxşadıldı.[35] Sinql Birləşmiş Krallıq sinqllar hit paradında 18-ci yerə yüksəldi.[36]
İyul ayında qrup albomun "Tranquility Base Hotel & Casino" adlı treki üçün musiqi videosu yayımladı. "Four Out of Five" Kubrikdən ilhamlanıb, sürreal elmi fantastika üslubunu əks etdirir və Törnerin oteli kəşf etməsi əks olunur.[37][38][39] Videonun buraxılışı ilə yanaşı, trek albomun ikinci sinqlı kimi buraxılacağı elan edildi. 30 noyabrda qrup sinqlin 7 düymlük versiyasını və əvvəllər buraxılmamış B tərəfi "Anyways" ilə birlikdə yayımladı.[40]
2018-ci ilin yanvarında qrup, may ayında başlayıb oktyabrda Voodoo Experience-də başa çatacaq Şimali Amerika və Avropa turu olacağını elan etdi.[41][42][43] Oktyabr ayında onlar Avstraliya və Yeni Zelandiya, eləcə də Latın Amerikasında tarixlər əlavə edilməklə, turu 2019-cu ilin aprel ayına qədər uzatdılar.[44] "American Sports", "Four Out of Five", "One Point Perspective" və "She Looks Like Fun" mahnıları mayın 2-də San Dieqoda canlı debüt etdi. Bu tur Arctic Monkeys-in 2014-cü ildən bəri olan ilk çıxışı idi.[32][45] Tur üçün qrupa uzun müddətdir qastrol üzvləri Tom Rouli və Deyvi Latter qoşuldu. Tayler Parkford və Kem Eyveri də köməkçi rol oynadı.[4][12][45] Qrup canlı şousunu albomun materialının üslub fərqlərinə daha yaxşı uyğunlaşdırmaq üçün uyğunlaşdırdı, yeni şoular "mütərəqqi" olaraq xarakterizə edildi. Törnerin iştirakının qrupun əvvəlki turlarına nisbətən daha "oynaq" olduğu da qeyd edildi, bu da onun gitara istifadəsinin azalması ilə əlaqələndirildi,[12] "lounj kərtənkələsi" personajlarını təcəssüm etdirirdi.[46]
Qrup 2018-ci ilin oktyabrında YouTube kanallarında 11 dəqiqəlik "Warp Speed Chic" sənədli filmini buraxdı. Filmin rejissoru Çappell idi və turun Fransa mərhələsinin görüntüləri, 2017-ci ilin sentyabrında albomu yazan qrupun görüntüləri ilə kəsişdi.[47] 2019-cu ilin iyun ayında onlar yenidən Çappell tərəfindən idarə olunan turun yekun Meksika mərhələsini əks etdirən başqa bir qısametrajlı sənədli filmi buraxdılar.[48]
Qrup albomun tanıtımı üçün bir sıra televiziya tamaşaları ilə çıxış etdi, Cimmi Fallonun aparıcısı olduğu The Tonight Show,[49] James Corden ilə Late Şou da daxil olmaqla,[50] gecə saatlarında tok-şoularda çıxış etdilər.[51] İyun ayında onlar BBC-də Maida Vale Studios-da canlı çıxış etdilər və onların performansları BBC-də xüsusi olaraq canlı yayımlandı. Onların siyahısı Tranquility Base Hotel & Casino mahnılarından, eləcə də əvvəlki mahnılardan ibarət idi.[52][53] Sentyabr ayında qrup Nyu-Yorkdakı Electric Lady Studios-da canlı lentə alınan Spotify Singles seriyasının bir hissəsi kimi "Four Out of Five" mahnısının canlı ifasını və Stiven Fretvelin adı açıqlanmayan mahnısının coverını buraxdı.[54] 2019-cu ilin yanvarında qrup Amerikanın Austin City Limits musiqi proqramında debüt çıxışını etdi.[55]
Bütün mahnılar Aleks Törner tərəfindən yazılmışdır.
№ | Başlıq | Müddət |
---|---|---|
1. | ""Star Treatment"" | 5:54 |
2. | ""One Point Perspective"" | 3:28 |
3. | ""American Sports"" | 2:38 |
4. | ""Tranquility Base Hotel & Casino"" | 3:31 |
5. | ""Golden Trunks"" | 2:53 |
6. | ""Four Out of Five"" | 5:12 |
7. | ""The World's First Ever Monster Truck Front Flip"" | 3:00 |
8. | ""Science Fiction"" | 3:05 |
9. | ""She Look Like Fun"" | 3:02 |
10. | ""Batphone"" | 4:31 |
11. | ""The Ultracheese"" | 3:37 |
Ümumi müddət: | Ümumi 40:51 |
<ref>
teqi; Booklet
adlı istinad üçün mətn göstərilməyib<ref>
teqi; RSReview
adlı istinad üçün mətn göstərilməyib<ref>
teqi; NME
adlı istinad üçün mətn göstərilməyib<ref>
teqi; Pitchfork
adlı istinad üçün mətn göstərilməyib<ref>
teqi; Guardian
adlı istinad üçün mətn göstərilməyib