Abbas Ələsgərov

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Abbas Ələsgərov
4 aprel 2007 – 18 fevral 2018
SonrakıSamir Nuriyev
7 sentyabr 2007 – 6 noyabr 2012
SonrakıElbəy Qasımzadə
Şəxsi məlumatlar
Doğum tarixi 13 dekabr 1937(1937-12-13)
Doğum yeri
Vəfat tarixi 18 fevral 2018(2018-02-18) (80 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti memar

Təltifləri "Şərəf nişanı" ordeni
"Xalqlar dostluğu" ordeni "Şöhrət" ordeni 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2017
"Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı — 1987 "Azərbaycan Respublikasının əməkdar memarı" fəxri adı — 2007

Ələsgərov Abbas Abbas oğlu (13 dekabr 1937, Bakı18 fevral 2018, Bakı) — "Azərbaycan SSR əməkdar mühəndisi" (1987), "Azərbaycan Respublikasının əməkdar memarı" (2007), Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri (4 aprel 2007–18 fevral 2018)

Həyatı

Abbas Ələsgərov 13 dekabr 1937-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Politexnik İnstitutunu bitirmişdir[1].

16 mart 1959-cu ildən 11 mart 1960-cı ilə qədər Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının "Təchizat və satışı" Respublika Kontoru "Sovnarxozmaşsnabsbıt"da mühəndis, həmin tarixdən 16 iyun 1961-ci ilə qədər isə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının İxtisaslaşdırılmış "Tikinti mexanizasiyası sənayesi" Trestində mühəndis və usta vəzifələrində çalışmışdır[1].

Abbas Ələsgərov 25 sentyabr 1961-ci ildən 29 oktyabr 1962-ci ilə qədər Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin Əsaslı tikinti şöbəsində mühəndis, həmin tarixdən 22 noyabr 1976-cı ilə qədər Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin Tikintidə yeni texnikanı tətbiq edən trest "Orqtexstroy"də Layihənin baş mühəndisi, şöbə müdiri və trestin baş mühəndisi, 5 avqust 1977-ci ilə qədər isə Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin 4 №-li Trestinin 42 №-li Tikinti İdarəsində baş mühəndis kimi vəzifələrdə işləmişdir[1].

5 avqust 1977-ci ildən 21 iyun 1982-ci ilə kimi SSRİ Dövlət Tikinti Komitəsinin "Azərdövlətsənayelayihə" İnstitutunda baş mühəndisin müavini, 17 noyabr 1983-cü ilə qədər "Bakıbaştikinti"nin Layihə — Konstruktor Texnoloji Bürosunda direktor və 4 aprel 2007-ci ilə qədər isə Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Dövlət Layihə İnstitutunda direktor olmuşdur[1].

4 aprel 2007-ci ildən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsində çalışır[1].

7 sentyabr 2007-ci ildən 6 noyabr 2012-ci ilə qədər Azərbaycan Memarlar İttifaqının sədri olmuşdur[1].

18 fevral 2018-ci ildə axşam saatlarında vəfat etmişdir[2].

Təltifləri

İstinadlar

  1. 1 2 3 4 5 6 7 8 9 10 "Komitə haqqında: Rəhbərlik: Sədr: Ələsgərov Abbas Abbas oğlu". Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi saytı (az.). arxkom.gov.az. 2014. 2014-07-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-03.
  2. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəfat edib Arxivləşdirilib 2020-01-11 at the Wayback Machine. xeberle.com, 19. fevral 2018  (az.)
  3. Bakı Dövlət Layihə İnstitutunun əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 9 noyabr 2007-ci il tarixli, 2485 nömrəli Sərəncamı Arxivləşdirilib 2022-10-28 at the Wayback Machine. e-qanun.az  (az.)

Xarici keçidlər