Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi — şəhərsalma, ərazi planlaşdırılması, arxitektura və bununla bağlı layihələndirmə sahələrində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi |
---|
- Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
|
Ölkə |
Azərbaycan |
Yurisdiksiya |
Azərbaycan Respublikası |
Yaradılma tarixi |
28 fevral 2006 |
Əvvəlki qurum |
Dövlət Tikinti və Arxitektura İşləri Komitəsi |
Ünvan |
Bakı şəhəri, Füzuli küçəsi, 65 AZ 1014 |
Rəhbər |
Anar Quliyev |
Birinci müavin |
Namiq Hümmətov |
Müavin |
Dövlətxan Dövlətxanov
İlqar İsbatov |
|
Rəsmi saytı |
arxkom.gov.az |
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə imzaladığı 28 fevral 2006-ci il tarixli sərəncamına əsasən 1993-cü ildən fəaliyyət göstərən Dövlət Tikinti və Arxitektura İşləri Komitəsinin bazasında yaradılıb.[1]
Azərbaycan Respublikası Prezidentinin 8 yanvar 2020-ci il tarixli Sərəncamı ilə Anar Adil oğlu Quliyev Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilib.
- Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi
- Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi
- Ərazi Tikinti-Planlaşdırma Mərkəzi
- «Azərmemarlayihə» Dövlət Baş Layihə institutu (DBLİ)
- Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu (AzİMETİ)
- Bakı Dövlət Layihə İnstitutu
- müvafiq sahədə vahid dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək;
- ərazi planlaşdırılması sənədlərinin hazırlanmasına və həmin sənədlərin tələblərinə əməl edilməsinə dövlət nəzarətini həyata keçirmək;
- müvafiq sahənin inkişafını təmin etmək;
- müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirmək;
- şəhərsalma və milli memarlıq ənənələrinin (irsinin) qorunub saxlanılmasını və müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə birlikdə şəhərlərin, onların ətrafında tarixən təşəkkül tapmış yaşayış məskənlərinin təbii və yerli xüsusiyyətləri nəzərə alınmaqla, onların ərazilərindən səmərəli istifadə edilməsini təmin etmək;
- respublika üzrə qanunvericiliklə müəyyən olunmuş qaydada şəhərsalma kadastrının aparılmasını təmin etmək;
- bina, qurğu və komplekslərin memarlıq planlaşdırma həllərinin səviyyəsinin yüksəldilməsini təmin edir, onların şəhərsalma və tikinti normalarına uyğun işlənilməsinə nəzarəti həyata keçirmək.
|
---|
|
|
Nazirliklər | |
---|
Komitələr | |
---|
Xidmətlər | |
---|
Agentliklər | |
---|
Digər | |
---|
Keçmiş | |
---|