Samir Nuriyev

Samir Rafiq oğlu Nuriyev (9 mart 1975, Bakı) — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri (2019-cu ildən), həqiqi dövlət müşaviri.

Samir Nuriyev
Vəzifədədir
1 noyabr 2019-cu ildən
ƏvvəlkiRamiz Mehdiyev
21 aprel 2018 – 1 noyabr 2019
ƏvvəlkiAbbas Ələsgərov
SonrakıAnar Quliyev
bayraq
Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri
bayraq2
14 fevral 2018 – 21 aprel 2018
bayraq
Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru
bayraq2
12 aprel 2016 – 14 fevral 2018
bayraq
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi
bayraq2
24 may 2013 – 12 aprel 2016
SonrakıƏsgər Ələkbərov
bayraq
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəis müavini
bayraq2
17 noyabr 2009 – 24 may 2013
Şəxsi məlumatlar
Doğum tarixi 9 mart 1975(1975-03-09) (49 yaş)
Doğum yeri
Partiya
Təhsili
İxtisası Həqiqi dövlət müşaviri
Fəaliyyəti siyasətçi

Samir Nuriyev 9 mart 1975-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini 1981–1991-ci illərdə Bakı şəhərindəki 225 saylı orta məktəbdə alıb. 1991-ci ildə Azərbaycan Texniki Universitetinə daxil olaraq 1996-cı ildə həmin Universitetin Mühəndis biznesi və menecment fakültəsini mühəndis-iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2003–2005-ci illərdə təhsilini ABŞ-nin Dyuk Universitetində davam etdirərək Beynəlxalq İnkişaf Siyasəti üzrə magistr dərəcəsini əldə etmişdir.

Evlidir. Üç övladı var.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1996–2003-cü illərdə Samir Nuriyev müxtəlif özəl şirkətlərdə və beynəlxalq təşkilatlarda iqtisadçı, marketinq üzrə menecer və layihə koordinatoru vəzifələrində çalışmışdır, o cümlədən: 2000–2001-ci illərdə BMT İnkişaf Proqramının Azərbaycan ofisində biznes-məsləhətçi vəzifəsində.

2006-cı ildə o, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində Sahibkarlığın inkişafı departamentinin direktoru vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən Samir Nuriyev 2009-cu ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəis müavini təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 2013-cü ildə i Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir.[1]

Ölkə başçısının 12 aprel 2016-cı il tarixli müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2018-ci il-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilmişdir.[2][3]

Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2018-ci il-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilmişdir.[4]

Azərbaycan Respublikası Prezidentinin 1 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri təyin edilmişdir.[5][6]

Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2019-cu il tarixli Sərəncamı ilə həqiqi dövlət müşaviri ixtisas dərəcəsi verilib.[7]

İctimai fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2015-ci ildən Azərbaycan Memarlar İttifaqının fəxri üzvüdür.

  1. "S. R. Nuriyevin Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2017-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-20.
  2. "S. R. Nuriyevin Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2017-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-20.
  3. "S. R. Nuriyevin Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2019-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-20.
  4. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2020-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-22.
  5. "S. R. Nuriyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2020-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-01.
  6. "S. R. Nuriyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2020-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-01.
  7. "S. R. Nuriyevə həqiqi dövlət müşaviri ixtisas dərəcəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-31.