Ələsgərov Abbas Abbas oğlu (13 dekabr 1937, Bakı – 18 fevral 2018, Bakı) — "Azərbaycan SSR əməkdar mühəndisi" (1987), "Azərbaycan Respublikasının əməkdar memarı" (2007), Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri (4 aprel 2007–18 fevral 2018)
Abbas Ələsgərov | |
---|---|
4 aprel 2007 – 18 fevral 2018 | |
Sonrakı | Samir Nuriyev |
7 sentyabr 2007 – 6 noyabr 2012 | |
Sonrakı | Elbəy Qasımzadə |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 13 dekabr 1937 |
Doğum yeri | |
Vəfat tarixi | 18 fevral 2018 (80 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | memar |
|
|
Təltifləri |
|
Abbas Ələsgərov 13 dekabr 1937-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Politexnik İnstitutunu bitirmişdir[1].
16 mart 1959-cu ildən 11 mart 1960-cı ilə qədər Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının "Təchizat və satışı" Respublika Kontoru "Sovnarxozmaşsnabsbıt"da mühəndis, həmin tarixdən 16 iyun 1961-ci ilə qədər isə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının İxtisaslaşdırılmış "Tikinti mexanizasiyası sənayesi" Trestində mühəndis və usta vəzifələrində çalışmışdır[1].
Abbas Ələsgərov 25 sentyabr 1961-ci ildən 29 oktyabr 1962-ci ilə qədər Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin Əsaslı tikinti şöbəsində mühəndis, həmin tarixdən 22 noyabr 1976-cı ilə qədər Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin Tikintidə yeni texnikanı tətbiq edən trest "Orqtexstroy"də Layihənin baş mühəndisi, şöbə müdiri və trestin baş mühəndisi, 5 avqust 1977-ci ilə qədər isə Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin 4 №-li Trestinin 42 №-li Tikinti İdarəsində baş mühəndis kimi vəzifələrdə işləmişdir[1].
5 avqust 1977-ci ildən 21 iyun 1982-ci ilə kimi SSRİ Dövlət Tikinti Komitəsinin "Azərdövlətsənayelayihə" İnstitutunda baş mühəndisin müavini, 17 noyabr 1983-cü ilə qədər "Bakıbaştikinti"nin Layihə — Konstruktor Texnoloji Bürosunda direktor və 4 aprel 2007-ci ilə qədər isə Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Dövlət Layihə İnstitutunda direktor olmuşdur[1].
4 aprel 2007-ci ildən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsində çalışır[1].
7 sentyabr 2007-ci ildən 6 noyabr 2012-ci ilə qədər Azərbaycan Memarlar İttifaqının sədri olmuşdur[1].
18 fevral 2018-ci ildə axşam saatlarında vəfat etmişdir[2].