Adış Məmmədov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Adış Məmmədov
Adış Sakit oğlu Məmmədov
Azərbaycan Respublikasının Çexiyada Fövqəladə və Səlahiyyətli Səfiri
Vəzifədədir
12 mart 2020-ci ildən
Azərbaycan Respublikasının İsveç Krallığında, Norveç Krallığında və Finlandiya Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri
12 avqust 2013 – 12 noyabr 2018
Şəxsi məlumatlar
Doğum tarixi 17 dekabr 1968(1968-12-17) (55 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti diplomat

Adış Məmmədov (17 dekabr 1968, Seyidbazar, Cəlilabad rayonu) — alim, diplomat, Azərbaycan Respublikasının Çexiyadakı Fövqəladə və Səlahiyyətli Səfiri[1].

Tərcümeyi-hali

Adış Sakit oğlu Məmmədov 1968-ci il 17 dekabrda Cəlilabad rayonunun Seyidbazar kəndində doğulmuşdur.

Qafqaz müsəlmanlarının XII Şeyxülislamı Allahşükür Paşazadənin kürəkənidir[2].

1986-cı ildə orta məktəbi Gümüş medalla bitirərək Bakı Dövlət Universitetinin mexanika riyaziyyat fakültəsinə daxil olmuşdur. 1991-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirərək Bakı Dövlət Universitetinin riyazi analiz ixtisası üzrə aspiranturasına daxil olmuşdur. 1995-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini almışdır.

2002-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinə daxil olmuş, 2005-ci ildə isə beynəlxalq hüquq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2012-ci idə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun doktaranturasına daxil olmuş, hal-hazırda "Daxili münaqişələrin tənzimlənməsinin siyasi və hüquqi aspektləri" adlı doktorluq dissertasiyasının (siyasi elmlər doktoru) üzərində çalışır.

1995–1998-ci illərdə BDU-nun Riyazi-analiz kafedrasında müəllim və baş müəllim vəzifələrində çalışmışdır.

1998–2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət şöbəsində məsləhətçi vəzifəsində çalışmışdır.

2000-ci ildən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində I Katib vəzifəsinə təyin olunmuşdur.

2001–2002-ci illərdə Xarici İşlər Nazirliyinin Mərkəzi Asiya ölkələri şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

2002–2005-ci illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyində I Katib vəzifəsində çalışmışdır.

2005–2013-cü illərdə Xarici İşlər Nazirliyidə Müşavir vəzifəsində çalışmışdır.

2013–2018-ci illlərdə Azərbaycan Respublikasının İsveç Krallığında, eyni zamanda Norveç KrallığındaFinlandiya Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsində çalışmışdır.

12 mart 2020-ci ildən Azərbaycan Respublikasının Çexiyada Fövqəladə və Səlahiyyətli Səfiri.

Beynəlxalq münasibətlərə dair 2 kitabın, ölkə və xarici mətbuat səhifələrində çap olunmuş bir sıra məqalələrin müəllifidir.

Elmi nəşrlər

  1. Diplomatik lüğət / Bakı: QAPP-POLIQRAF NPK, 2001
  2. Beynəlxalq munaqişələr / Beynəlxalq münaqişələr.- Bakı: Təhsil, 2002

İstinadlar

  1. A. S. Məmmədovun Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  2. "Şeyxülislamın kürəkəni səfir oldu". musavat.com. August 13, 2013. İstifadə tarixi: November 13, 2018.