Adam ol! 2 (film, 2006)
Adam ol! 2 | |
---|---|
Fayl:Adam ol! 2 (film, 2006).jpg | |
Janr | komediya |
Rejissor | Sərxan Kərəmoğlu |
Ssenari müəllifi | Sərxan Kərəmoğlu |
Baş rollarda |
Sərxan Kərəmoğlu Nüşabə Ələsgərli Vəfa Zeynalova Gülşən Qurbanova Könül Kərimova Arif Quliyev Yaşar Nuri Vüqar Camalzadə |
Operator | Pərviz Əzimzadə |
Bəstəkar | Rauf Məmmədov |
Rəssam | Naira |
İstehsalçı | SK Prodakşn |
İlk baxış tarixi | 1 oktyabr 2006, Bakı |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 109 dəq. |
Ölkələr | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2006 |
Rəng | rəngli |
Çəkiliş yeri | Bakı |
IMDb | ID1382588 |
'Adam ol! 2' — tammetrajlı bədii filmi rejissor Sərxan Kərəmoğlu tərəfindən 2006-cı ildə ekranlaşdırılmışdır. Film SK Prodakşnda istehsal edilmişdir. Film Sərxan (Sərxan Kərəmoğlu) adlı prodüserin başına gələn əhvalatlardan danışır. O Vəfa (Vəfa Zeynalova) adlı qızı məşhur müğənni edir, lakin hər şey onun düşündüyü kimi getmir. Vəfa onun əməklərini nəinki qiymətləndirmir, hətta təkzib edir. Xəyanətə uğramış Sərxan şou-biznes həyatını tərk etmək qərarına gəlir. Filmdə əsas rolları Sərxan Kərəmoğlu, Nüşabə Ələsgərli, Vəfa Zeynalova, Gülşən Qurbanova, Könül Kərimova, Arif Quliyev, Yaşar Nuri və Vüqar Camalzadə ifa edirlər.
Məzmun
Film Sərxan (Sərxan Kərəmoğlu) adlı prodüserin başına gələn əhvalatlardan danışır. O Vəfa (Vəfa Zeynalova) adlı qızı məşhur müğənni edir, lakin hər şey onun düşündüyü kimi getmir. Vəfa onun əməklərini nəinki qiymətləndirmir, hətta təkzib edir. Xəyanətə uğramış Sərxan şou-biznes həyatını tərk etmək qərarına gəlir.
Film haqqında
- Film Əjdər İbrahimovun ssenarisi üzrə çəkilən "Qayınana" filminin müəyyən motivləri əsasında çəkilmişdir.
Filmin üzərində işləyənlər
Ssenari müəllifi: Sərxan Kərəmoğlu
Rejissor: Sərxan Kərəmoğlu
Operator: Pərviz Əzimzadə
Rəssam: Naira
Bəstəkar: Rauf Məmmədov
Rollarda
Sərxan Kərəmoğlu — Sərxan
Nüşabə Ələsgərli — Nüşabə
Vəfa Zeynalova — Vəfa
Gülşən Qurbanova — özü
Könül Kərimova — Könül
Arif Quliyev — Sərxanın tanışı
Yaşar Nuri — Yaşar
Vüqar Camalzadə — Vüqar
Xanım Qafarova — prodüser
Gülnar Salmanova — Gülnar
Aygün Kazımova — Aygün
Anar Heybətov — Anar
Həmçinin bax
Azərbaycan filmlərinin siyahısı
2006-cı ilin Azərbaycan filmləri
2000-ci illər Azərbaycan filmlərinin siyahısı