Adil Vəliyev

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Adil Vəliyev
Adil Ənvər oğlu Vəliyev
bayraq
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
Vəzifədədir
14 aprel 2012-ci ildən
ƏvvəlkiƏlibaba Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi 20 aprel 1960(1960-04-20) (64 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı

Adil Ənvər oğlu Vəliyev (20 aprel 1960, Qubadlı rayonu) — Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı.

Həyatı

Adil Vəliyev 20 aprel 1960-cı ildə Qubadlı rayonunun Əfəndilər kəndində anadan olmuşdur. 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

Əmək fəaliyyəti

1977-ci ildə BEMZ-də operator kimi başlayıb.

1978–1980-ci illərdə hərbi xidmətdə olub.

1980–1990-cı illərə qədər fasiləsiz olaraq əmək fəaliyyətini BEMZ-də davam etdirib.

1990–1992-ci illərdə Nərimanov rayon İcra Hakimiyyətində şöbə müdiri və rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifələrində çalışıb.

1992–1996-cı illərdə Bakı şəhər Xalq Deputatları Sovetində Təşkilat şöbəsinin müdiri vəzifəsində çalışıb.

1998–2003-cü illərdə Dövlət Neft Şirkətinin Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyinin MTTİ-nin rəis müavini vəzifəsində çalışıb.

2003–2012-ci illər ərzində özünün təsis etdiyi "Euro Style" LTD şirkətinin rəhbəri olmuşdur.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir. İki övladı var.

Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.[1]

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2024-cü il 2 fevral tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunmuşdur.[2]

İstinadlar

  1. "A.Ə.Vəliyevin Bakı şəhəri Sabunçu rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-11.
  2. "Sabunçu rayonunda "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif edilənlərə medalları təqdim olundu | Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti". sabunchu-ih.gov.az. İstifadə tarixi: 2024-04-04.