Adil Ənvər oğlu Vəliyev (20 aprel 1960, Qubadlı rayonu) — Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı.
Adil Vəliyev | |
---|---|
Adil Ənvər oğlu Vəliyev | |
Vəzifədədir | |
14 aprel 2012-ci ildən | |
Əvvəlki | Əlibaba Əliyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 aprel 1960 (64 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Adil Vəliyev 20 aprel 1960-cı ildə Qubadlı rayonunun Əfəndilər kəndində anadan olmuşdur. 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
1977-ci ildə BEMZ-də operator kimi başlayıb.
1978–1980-ci illərdə hərbi xidmətdə olub.
1980–1990-cı illərə qədər fasiləsiz olaraq əmək fəaliyyətini BEMZ-də davam etdirib.
1990–1992-ci illərdə Nərimanov rayon İcra Hakimiyyətində şöbə müdiri və rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifələrində çalışıb.
1992–1996-cı illərdə Bakı şəhər Xalq Deputatları Sovetində Təşkilat şöbəsinin müdiri vəzifəsində çalışıb.
1998–2003-cü illərdə Dövlət Neft Şirkətinin Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyinin MTTİ-nin rəis müavini vəzifəsində çalışıb.
2003–2012-ci illər ərzində özünün təsis etdiyi "Euro Style" LTD şirkətinin rəhbəri olmuşdur.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir. İki övladı var.
Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.[1]
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2024-cü il 2 fevral tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunmuşdur.[2]