Aleksey Abrikosov (patanatom)

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Aleksey Abrikosov
rus. Алексей Иванович Абрикосов
Doğum tarixi 6 (18) yanvar 1875
Doğum yeri
Vəfat tarixi 9 aprel 1955(1955-04-09)[2] (80 yaşında)
Vəfat yeri
Dəfn yeri
Uşağı
Elm sahələri patologiya[1]
Elmi dərəcəsi
Elmi adı
  • SSRİ EA-nın həqiqi üzvləri[d]
İş yeri
Təhsili
Üzvlüyü
Mükafatları Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "Moskvanın 800 illik xatirəsinə" ordeni
1-ci dərəcəli "Stalin" mükafatı "Stalin" mükafatı RSFSR əməkdar elm xadimi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aleksey İvanoviç Abrikosov (rus. Алексе́й Ива́нович Абрико́сов; 6 (18) yanvar 1875, Moskva9 aprel 1955[2], Moskva) — SSRİ patanatomu.

Həyatı

Aleksey İvanoviç Abrikosov 18 yanvar 1875-ci ildə Rusiya imperiyasının Moskva şəhərində anadan olmuşdur. O, 1939-cu ildə SSRİ Elmlər Akademiyası, 1944-cü ildən isə SSRİ Tibb Elmlər Akademiyasının akademiki, həmçinin Polşa EA üzvü olmuşdur. Abrikosov 1939-cu ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür. O, 1920–1953-cü illərdə Moskva Universitetinin Tibb fakültəsinin (1939-cu ildən Birinci Moskva Tibb İnstitutunun) professoru olmuşdur. Elmi əsərləri ağciyər vərəminə, simpatik sinir düyünlərinin patoloji anatomiyasına, əzələ şişlərinə və s. həsr edilmişdir. Abrikosov əzələ şişlərinin xüsusi növünü (mioblastomioma) – "Abrikosov şişi"ni tapmışdır.[3]

Təltif və mükafatlar

Aleksey Abrikosov ilk dəfə "Lenin" ordeni, "Qırmızı əmək bayrağı" ordeni ilə təltif olunmuşdur. O həmçinin, 1942-ci ildə SSRİ Dövlət mükafatı, 1945-ci ildə isə Sosialist Əməyi Qəhrəmanı mükafatlarına layiq görülmüşdür.[3]

İstinadlar

  1. 1 2 Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. 1 2 Абрикосов Алексей Иванович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  3. 1 2 Абрикосов Алексеј Иванович // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 21.

Əlavə ədəbiyyat

  • Струков А. И. Академик Алексей Иванович Абрикосов: Библиография / Сост. А. И. Струков ; Ред. Б. Д. Петров ; I Моск. ордена Ленина мед. ин-т. — М.: Изд-во Акад. мед. наук, 1951 (вып. дан. 1952). — 24 с.
  • Давыдовский И. В. Алексей Иванович Абрикосов // Вестник АМН СССР. — 1955. — № 2.
  • Фёдоров А. Н. А. И. Абрикосов (1875—1955) / Канд. мед. наук А. Н. Фёдоров. — М.: Медицина, 1970. — 48 с. — (Научно-популярная медицинская литература. Выдающиеся деятели отечественной медицины и здравоохранения). — 6000 экз.
  • Ерофеев Н. Д. АБРИКОСОВ Алексей Иванович // А. Ю. Андреев, Д. А. Цыганков Императорский Московский университет: 1755—1917 : энциклопедический словарь. — М.: Российская политическая энциклопедия (РОССПЭН), 2010. — С. 11. — ISBN 978-5-8243-1429-8.

Xarici keçidlər