Aleksey İvanoviç Abrikosov (rus. Алексе́й Ива́нович Абрико́сов; 6 (18) yanvar 1875, Moskva – 9 aprel 1955[2], Moskva) — SSRİ patanatomu.
Aleksey Abrikosov | |
---|---|
rus. Алексей Иванович Абрикосов | |
Doğum tarixi | 6 (18) yanvar 1875 |
Doğum yeri |
|
Vəfat tarixi | 9 aprel 1955[2] (80 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Uşağı | |
Elm sahələri | patologiya[1] |
Elmi dərəcəsi | |
Elmi adı |
|
İş yeri | |
Təhsili |
|
Üzvlüyü | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Aleksey İvanoviç Abrikosov 18 yanvar 1875-ci ildə Rusiya imperiyasının Moskva şəhərində anadan olmuşdur. O, 1939-cu ildə SSRİ Elmlər Akademiyası, 1944-cü ildən isə SSRİ Tibb Elmlər Akademiyasının akademiki, həmçinin Polşa EA üzvü olmuşdur. Abrikosov 1939-cu ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür. O, 1920–1953-cü illərdə Moskva Universitetinin Tibb fakültəsinin (1939-cu ildən Birinci Moskva Tibb İnstitutunun) professoru olmuşdur. Elmi əsərləri ağciyər vərəminə, simpatik sinir düyünlərinin patoloji anatomiyasına, əzələ şişlərinə və s. həsr edilmişdir. Abrikosov əzələ şişlərinin xüsusi növünü (mioblastomioma) – "Abrikosov şişi"ni tapmışdır.[4]
Aleksey Abrikosov ilk dəfə "Lenin" ordeni, "Qırmızı əmək bayrağı" ordeni ilə təltif olunmuşdur. O həmçinin, 1942-ci ildə SSRİ Dövlət mükafatı, 1945-ci ildə isə Sosialist Əməyi Qəhrəmanı mükafatlarına layiq görülmüşdür.[4]