Anar Ələkbərov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Anar Ələkbərov
Vəzifədədir
29 noyabr 2019-cu ildən
Prezidentİlham Əliyev
Vəzifədədir
10 iyul 2012-ci ildən
Azərbaycan Avtomobil Federasiyasının prezidenti
Vəzifədədir
21 fevral 2014-cü ildən
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi
11 aprel 2017 – 29 noyabr 2019
Vitse-prezidentMehriban Əliyeva
Şəxsi məlumatlar
Doğum tarixi 13 aprel 1977(1977-04-13) (47 yaş)
Doğum yeri
Fəaliyyəti Dövlət qulluqçusu
Atası Sahib Ələkbərov

Təltifləri "Şöhrət" ordeni — 2019 "İncəsənət və ədəbiyyat" ordeni kavaleri (Fransa) — 2019
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Anar Sahib oğlu Ələkbərov (13 aprel 1977, Bakı) — Azərbaycan Respublikası Prezidentinin köməkçisi,[1] Heydər Əliyev Mərkəzinin direktoru,[2] Heydər Əliyev Fondunun icraçı direktoru; Azərbaycan Avtomobil Federasiyasının prezidenti.[3]

Həyatı

Anar Ələkbərov Samux rayonunda anadan olub. O, 1998-ci ildə Bakıda Qərb Universitetinin Beynəlxalq menecment ixtisası üzrə bakalavr pilləsini bitirib. 2001-ci ildə Bakıda Qərb Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.

2004-ci ildən Heydər Əliyev Fondunun icraçı direktoru vəzifəsində çalışır. Azərbaycan Respublikası Prezidentinin 10 iyul 2012-ci il tarixli sərəncamı ilə Heydər Əliyev Mərkəzinin direktoru təyin edilib.

2013-cü ildə Fransanın "İncəsənət və ədəbiyyat ordeni" ilə təltif edilib.

21 fevral 2014-cü ildə Azərbaycan Avtomobil Federasiyasının prezidenti seçilib.

2014-cü ildə AzərbaycanMacarıstan arasında əlaqələrin genişləndirilməsində və bu ölkədə mədəni-humanitar layihələrin həyata keçirilməsindəki xidmətlərinə görə Macarıstanın dövlət mükafatı — "Komandor xaç" ordeni ilə təltif edilib.

2014-cü ildə "Mehriban Əliyeva — xeyirxahlıq və ümid mücəssəməsi" adlı məqaləsi və "Mehriban" adlı kitabı çap edilib.

2017-ci ildə Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevanın köməkçisi təyin olunub. Anar Ələkbərov Heydər Əliyev Fondunun icraçı direktoru vəzifəsində çalışır.

Azərbaycan Respublikası Prezidentinin 10 iyul 2012-ci il tarixli Sərəncamı ilə Heydər Əliyev Mərkəzinin direktoru təyin edilib.

6 may 2019 ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunub.[4]

Prezident İlham Əliyevin 2019-cu il noyabrın 29-da imzaladığı sərəncamla Anar Ələkbərov Azərbaycan Respublikası Prezidentinin köməkçisi təyin edilib.

Azərbaycan Respublikası i̇qtisadiyyat nazirinin müavini Sahib Ələkbərovun oğludur.

İstinadlar

  1. "Anar Ələkbərov Prezidentin köməkçisi oldu" (Azərbaycan). qafqazinfo.az. 1 dekabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2019.
  2. "A.S.Ələkbərovun Heydər Əliyev Mərkəzinin direktoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". President.az saytı (az.). president.az. 10.07.2012. 2021-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-06.
  3. Azərbaycan və İtaliya prezidentləri Heydər Əliyev Mərkəzində Şah İsmayıl Xətaiyə həsr edilmiş sərginin açılışında iştirak ediblər [ölü keçid]
  4. "Heydər Əliyev Fondu əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı".

Həmçinin bax

Xarici keçidlər