Anar Məmmədov (siyasətçi)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Anar Məmmədov
Şəxsi məlumatlar
Doğum adı Anar İlyaz oğlu Məmmədov‎
Doğum tarixi 21 iyun 1984(1984-06-21) (39 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı

Anar İlyaz oğlu Məmmədov (21 iyun 1984, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı (2020).

Həyatı

Anar Məmmədov 1984-cü il 21 iyun tarixində Bakı şəhərində anadan olub.1991–2001-ci illər orta məktəbdə təhsil alıb. 2001-ci ildə 618 balla Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakültəsinə daxil olub. 2001-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən mükafat alıb. 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2002–2005-ci illər AzTU-nun Nəqliyyat fakültəsində YAP-ın sədri olub. 2002–2005-ci illərdə AzTU Nəqliyyat fakültəsi üzrə Gənclər Təşkilatının sədri olub. 2005-ci ildə Azərbaycan Texniki Universitetini fərqlənmə diplomu ilə bitirib. 2005–2006-cı illərdə MTN-də həqiqi hərbi xidmətdə olub, çavuş rütbəsi alıb. 2006–2010-cu illərdə BDU-nun Hüquq fakültəsində təhsil alıb. 2014-cü ildə Taras Şevçenko adına KMU-nun Aspiranturasına daxil olub. 2016–2019-cu illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində İnşaat fakültəsində İnşaat mühəndisliyi ixtisası üzrə təhsil alıb. Azərbaycan, rusingilis dillərin bilir. Ailəlidir, üç övladı var.

Fəaliyyəti

2006-cı ildə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi, "Bakı Sərnişin Nəqliyyatı" Departamentində Nəzarət şöbəsində müfəttiş; 2007-ci ildə bölmə rəisi; 2008-ci ildə Avtobuslar xidmətlər şöbəsinin rəisi vəzifəsində çalışmışdır. 2012–2020-ci illərdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində Avtonəqliyyat şöbəsinin rəisi vəzifəsində çalışmışdır.

Siyasi fəaliyyəti

2020-ci il 9 fevral tarixində keçirilən Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputat seçkilərində Anar Məmmədov 2020–2025-ci illər üçün Yeni Azərbaycan Partiyasının namizədi olaraq 96 saylı Goranboy-Naftalan Seçki Dairəsindən deputat seçilib.

Üzv olduğu komitə və komissiyalar:

  • İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi
  • Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi

Üzv olduğu Beynəlxalq təşkilatlar:

  • Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu — Rəhbər
  • Türkdilli Dövlətlərin Parlament Assambleyası
  • Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyası
  • Asiya Parlament Assambleyası

Üzv olduğu Parlamentlərarası əlaqələr üzrə işçi qruplar:

  • Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri parlamentlərarası əlaqələr üzrə işçi qrupu — üzv
  • Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu — üzv
  • Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu — üzv
  • Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu — üzv
  • Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu — üzv
  • Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupu — üzv
  • Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu — üzv
  • Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupu — üzv
  • Azərbaycan-Nigeriya parlamentlərarası əlaqələr üzrə işçi qrupu — üzv

Təltif və mükafatları:

  • 2001-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən mükafat alıb.
  • 2022-ci ildə cənab Prezident İlham Əliyevin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.

İstinadlar