Anar Məmmədov (siyasətçi)

Anar İlyaz oğlu Məmmədov (21 iyun 1984, Bakı) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin VIVII çağırış deputatı (2020-ci ildən).

Anar Məmmədov
Vəzifədədir
10 mart 2020-ci ildən
Seçki dairəsiVI çağırış — 96 saylı Goranboy–Naftalan
VII çağırış — 97 saylı Tərtər–Ağdərə–Goranboy
Şəxsi məlumatlar
Doğum tarixi 21 iyun 1984(1984-06-21) (40 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı

Anar Məmmədov 1984-cü il 21 iyun tarixində Bakı şəhərində anadan olub.1991–2001-ci illər orta məktəbdə təhsil alıb. 2001-ci ildə 618 balla Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakültəsinə daxil olub. 2001-ci ildə Heydər Əliyev tərəfindən mükafat alıb. 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2002–2005-ci illər AzTU-nun Nəqliyyat fakültəsində YAP-ın sədri olub. 2002–2005-ci illərdə AzTU Nəqliyyat fakültəsi üzrə Gənclər Təşkilatının sədri olub. 2005-ci ildə Azərbaycan Texniki Universitetini fərqlənmə diplomu ilə bitirib. 2005–2006-cı illərdə MTN-də həqiqi hərbi xidmətdə olub, çavuş rütbəsi alıb. 2006–2010-cu illərdə BDU-nun Hüquq fakültəsində təhsil alıb. 2014-cü ildə Taras Şevçenko adına KMU-nun Aspiranturasına daxil olub. 2016–2019-cu illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində İnşaat fakültəsində İnşaat mühəndisliyi ixtisası üzrə təhsil alıb. Azərbaycan, rusingilis dillərini bilir. Ailəlidir, üç övladı var.

2006-cı ildə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi, "Bakı Sərnişin Nəqliyyatı" Departamentində Nəzarət şöbəsində müfəttiş; 2007-ci ildə bölmə rəisi; 2008-ci ildə Avtobuslar xidmətlər şöbəsinin rəisi vəzifəsində çalışmışdır. 2012–2020-ci illərdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində Avtonəqliyyat şöbəsinin rəisi vəzifəsində çalışmışdır.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2020-ci il 9 fevral tarixində keçirilən Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputat seçkilərində Anar Məmmədov 2020–2025-ci illər üçün Yeni Azərbaycan Partiyasının namizədi olaraq 96 saylı Goranboy-Naftalan Seçki Dairəsindən deputat seçilib.

Üzv olduğu komitə və komissiyalar

[redaktə | mənbəni redaktə et]
  • İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi
  • Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi

Üzv olduğu Beynəlxalq təşkilatlar

[redaktə | mənbəni redaktə et]
  • Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu — Rəhbər
  • Türkdilli Dövlətlərin Parlament Assambleyası
  • Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyası
  • Asiya Parlament Assambleyası

Üzv olduğu Parlamentlərarası əlaqələr üzrə işçi qruplar

[redaktə | mənbəni redaktə et]
  • Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri parlamentlərarası əlaqələr üzrə işçi qrupu — üzv
  • Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu — üzv
  • Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu — üzv
  • Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu — üzv
  • Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu — üzv
  • Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupu — üzv
  • Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu — üzv
  • Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupu — üzv
  • Azərbaycan-Nigeriya parlamentlərarası əlaqələr üzrə işçi qrupu — üzv

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]
  • 2001-ci ildə Heydər Əliyev tərəfindən mükafat alıb.
  • 2022-ci ildə cənab Prezident İlham Əliyevin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.
  • 2023-cü ildə cənab Prezident İlham Əliyevin Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunub.
  • 2023-cü ildə Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyasının qərarı ilə "Parlament əməkdaşlığının möhkəmləndirilməsi" medalı ilə təltif olunub.