Anesteziya

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Anesteziya (lat. anaesthesia, yun. άναισθησία – hissiyyatın olmaması), ağrısızlaşdırma , keyitmə - dərinin, əzələlərin, daxili orqanların və ya hiss orqanlarının, hiss sinirlərinin zədələnməsi, eləcə də sinir impulslarının ötürülməsinə mane olan müxtəlif maddələrin hiss sinirlərinə və ya sinir mərkəzlərinə təsiri nəticəsində baş verir. Bəzən ağrı hissinin anadangəlmə olmamasına təsadüf edilir. Anesteziya bəzi psixozlarda və isteriya xəstəliyindəmüşahidə oluna bilər. Anesteziya parsial, yəni ayrı-ayrı növ hissiyyatın olmaması (ağrı hissinin olmaması – analgeziya; temperatur hissinin itməsi – termanesteziya; dad hissinin itməsi – anosmiya və s.) və total ola bilər. Cərrahi əməliyyat aparmaq üçün keyidici maddələrdən (məs., novokain) istifadə etməklə süni surətdə yerli anesteziya yaradılır. [1]

Həmçinin bax

İstinadlar

  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 496. ISBN 978-9952-441-02-4.