Anton Muxlinski

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Anton Muxlinski
Doğum tarixi 1808[1][2][…]
Vəfat tarixi 13 oktyabr 1877(1877-10-13)
Vəfat yeri
İş yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Anton Osipoviç Muxlinski (rus. Антон Осипович Мухлинский; 1808[1][2][…]13 oktyabr 1877, Varşava) — polyak Rusiya türkoloqu.

Həyatı

Anton Osipoviç Muxlinski 1808-ci ildə anadan olmuşdur. 1828-ci ildə Vilnus Universitetini bitirmişdir. Daha sonra şərq dillərini araşdırmaq üçün Sankt-Peterburq Universitetinə daxil olmuş və 1836–1839-cu illərdə orada ərəb dilindən dərs vermişdir. 1839-cu ildə isə türk dilləri üzrə professor adını qazanmışdır. 1849–1866 illərdə Peterburq Universitetinin şərq dilləri kafedrasında çalışmışdır. Öz dövrünün türkoloqları arasında xüsusi yer tutmuş Muxlinski 1858-ci ildə "Zrodloslownik wyrazöw ktöre przeszly do naszej mowy z jçzyköw wschodnich" elmi əsərində polyak dilindəki türk alınmaları araşdırmışdır. Müəllifin 1857-ci ildə nəşr edilmiş "Issledovanie o proishozdenii i sostojanii Litevskih tatar" adlı çalışması türkologiya üçün dəyərli bir əsərdir.

Anton Muxlinski 13 oktyabr 1877-ci ildə Varşavada 69 yaşında vəfat etmişdir.

İstinadlar

  1. 1 2 Antoni Muchliński // NUKAT. 2002.
  2. 1 2 Antoni Muchliński // AlKindi.

Xarici keçidlər