Antonov An-124 Ruslan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
An-124
Tipi Hərbi nəqliyyat təyyarəsi
Hazırlayan Antonov (şirkət)
İstehsalçı SSRİ Antonov
İlk uçuş 24 dekabr 1982[1]
İstismara verilmə tarixi 1986
Status İstismarı davam edir
İstismarçılar Rusiya Hərbi Hava Qüvvələri
İstehsal ili 1982–2004[2]
Buraxılış sayı 55[3]
Vahidinin qiyməti 300 milyon ABŞ dolları[4]
Variantları Antonov An-225
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Antonov An-124 Ruslan (rus. Антонов Ан-124 "Руслан"; NATO kod adı: Condor) SSRİ-nin Antonov aviaşirkəti tərəfindən istehsal olunmuş strateji hərbi nəqliyyat təyyarəsidir. Təyyarə 1980-ci illərdə Ukrayna SSR ərazisində yerləşən Antonov dizayn bürosu tərəfindən istehsal olunmuşdur. Boinq 747-8F təyyarəsi istehsal olunana qədər otuz il ərzində dünyanın ən böyük yük götürmə qabiliyyətinə sahib nəqliyyat təyyarəsi hesab olunurdu. Buna baxmayaraq, An-124 hələ də dünyanın ən böyük hərbi nəqliyyat təyyarəsi olaraq qalmaqdadır.[5] Hazırda Volqa-Dnepr Hava Yollarında Texniki Direktor vəzifəsində xidmətini davam etdirən Viktor Tolmaçev An-124 təyyarəsinin baş dizayneri olmuşdur.[6]

Variantları

An-124 Ruslan
Ağır strateji nəqliyyat təyyarəsi
An-124-100
Ticari nəqliyyat təyyarəsi
An-124-100M-150
Qərb ölkələrinin istehsalı olan avionika ilə təchiz olunmuşdur
An-124-102
EFIS göyərtə sistemi ilə təchiz olunmuşdur
An-124-115M
"Rockwell Collins" şirkətinin istehsalı olan avionika ilə təchiz olunmuşdur
An-124-130
Təklif olunan variant
An-124-135
Təyyarənin arxa tərəfində bir ədəd oturacaq olan təyyarənin qalan yeri karqo üçün nəzərdə tutulmuşdur
An-124-150
Artırılmış yükgötürmə qabiliyyətinə (150 ton) sahibdir
An-124-200
Hər biri 263 kN gücündə olan General Electric CF6-80C2 mühərriki ilə təchiz olunmuşdur
An-124-210
Hər biri 264 kN gücündə olan Rolls-Royce RB211-524H-T mühərrik və Honeywell avionikası ilə təchiz olunmuş bu variant Böyük Britaniyaya təklif olunmuş, lakin 1999-cu ilin avqustunda qarşı tərəf bundan imtina etmişdir.
An-124-300
Yeni avionika və əyləc sistemi ilə təchiz olunmuş bu variant Rusiya Hərbi Hava Qüvvələri üçün nəzərdə tutulmuşdur.[7]

İstifadəçiləri

Hərbi

Mülki

2013-cü ilin iyul ayına olan məlumata əsasən 26 ədəd An-124 təyyarəsi kommersiya məqsədilə istifadə olunur.

Taktiki-texniki xüsusiyyətləri (An-124-100M-150)

3 sides view
3 sides view

Ümumi göstəriciləri

  • Ekipaj: 4-6 nəfər
  • Yükgötürmə potensialı: 150,000 kq
  • Uzunluğu: 68.96 m
  • Qanad qolayı: 73.3 m
  • Hündürlük: 20.78 m
  • Qanadının sahəsi: 628 m
  • Boş çəki: 175,000 kq
  • Maksimum qalxma çəkisi: 405,000 kq
  • Güc təminatçısı: 4 × Progress D-18T mühərrik (hər birinin itələmə qüvvəsi: 229.5 kN)

Uçuş keyfiyyətləri

  • Maksimal sürət: 865 km/s
  • Uçuş məsafəsi: 5,200 km
  • Uçuş tavanı: 12,000 m
  • Qanad yüklənməsi: 645 kq/m
  • Çəkmə gücünün çəkiyə nisbəti: 0.23

Həmçinin bax

İstinadlar

  1. "Era of Ruslan: 25 years" (Press-reliz). Antonov. 24 dekabr 2007. 19 mart 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 dekabr 2017.
  2. Владимир Карнозов. "Последний «Руслан»". Военно-промышленный курьер. 2004-06-23. 2013-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 dekabr 2017.
  3. "An-124 Production List". russianplanes.net (rus). 2013-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 dekabr 2017.
  4. Девятьяров, Евгений. "Возобновление сборки «Руслана» обойдётся в 20 млрд рублей". 19 dekabr 2011. 2011-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 dekabr 2017.
  5. Nikolai, Novichkov. "Russia completes initial An-124 upgrade programme". janes.com. 2 dekabr 2014. 19 oktyabr 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 dekabr 2017.
  6. "Arxivlənmiş surət". 2018-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-12.
  7. "Russian Air Force Gets First Modernized An-124s". RIA Novosti. 17 may 2012. 12 May 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 dekabr 2017.
  8. bmpd. "bmpd - Самолет Ан-124: история, настоящее, перспективы" [AN-124: History, Present and Prospects] (rus). Bmpd.livejournal.com. 12 aprel 2013. 9 fevral 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 dekabr 2017.
  9. "Libyan Arab Air Cargo (ATDB)". Aerotransport.org. 2018-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 dekabr 2017.
  10. "Fleet in Flight Radar". 2017-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 dekabr 2017.

Xarici keçidlər