Aslan Kərimov
Aslan Kərimov | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Aslan Səməd oğlu Kərimov | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | Azərbaycan | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 175 sm | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 75 kq | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | yarımmüdafiəçi | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub | Azərbaycan (16 yaşlılar) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vəzifəsi | Baş məşqçi | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Aslan Kərimov (1 yanvar 1973, Bakı, Azərbaycan SSR) — keçmiş azərbaycanlı futbolçusu. İnşaatçı Şamaxı, MTOP-Dinamo Bakı, Azəri Bakı, Qarabağ, Neftçi, Kəpəz, Baltika, ANS-Pivani, Şəmkir, Sumqayıt Şəhər klublarının oyunçusu olub. 5 qat Azərbaycan çempionu və Azərbaycan kubokunun sahibidir.[1] Kərimov milli çempionatımızda 382 oyunda 17 qol vurub.[2] Sumqayıt klubunda məşqçilik karyerasına başlayıb. Azərbaycan milli futbol komandasında 78 oyun keçirib. Azərbaycan (16 yaşlılar) millisinin baş məşqçisidir. Həmçinin Azərbaycanın əsas milli komandasında köməkçi məşqçi funksiyasını yerinə yetirir.
Həyatı
Aslan Səməd oğlu Kərimov 1 yanvar 1973-cü ildə Bakıda anadan olmuşdur. Uşaq yaşlarından futbola həvəsi onu bu sənətə peşəkar yanaşmasına səbəb olmuşdur.
Karyerası
Qarabağ
Aslan Kərimov Qarabağ klubunda ilk oyununu 28 fevral 1992-ci ildə Azəri Bakı komandasına qarşı keçirib. Bu oyunda 90 dəqiqəni əvəzolunmadan keçirib və oyun 2-0 hesabı ilə Qarabağın xeyrinə başa çatıb. Bu klubda ilk qolunu 18 mart 2003-cü ildə Şəmkir klubunun qapısından keçirib. Oyunun 39-cu dəqiqəsində Aslan Kərimov Qarabağın 2-ci qolunu vurub, oyun 2-0 hesabı ilə Qarabağın xeyrinə başa çatıb. Qarabağ klubunda son oyununu 28 noyabr 2010-cu ildə Neftçi klubuna qarşı keçirib. Bu oyunda Aslan Kərimov 80-ci dəqiqədə meydana daxil olub, oyun 0-1 hesabı ilə Neftçinin xeyrinə başa çatıb. Aslan burda 13 mövsüm keçirib. Aslan Kərimov 1997-ci ildə Qarabağdan ayrılıb və bir daha 2003-cü ildə klubla ikinci dəfə müqavilə bağlayıb.[3] Futbolçu Qarabağı 118 oyunda kapitan kimi meydana çıxarıb. Qarabağın qazandığı bütün uğurlarda onun ismi var. Qarabağın qazandığı bütün titullarda heyətdə olub. O, klubun heyətində 2 dəfə Azərbaycan çempionu, 3 dəfə ölkə kubokunun sahibi olub.[4] Aslan Kərimov Qarabağın heyətində 382 oyun keçirib və 6 qol vurub.[1] 2011-ci ilin yayında Qarabağ klubunda ayrılıb.[5]
Sumqayıt
Qarabağ klubundan ayrıldıqdan sonra Aslan Kərimov Sumqayıt ilə müqavilə imzalayıb.[5] Burada oynayan məşqçi olan Aslan Kərimov 2011-ci ilin noyabr ayında yaşının çoxluğu və zədəsi səbəbindən karyerasını bitirib.[6] Futbolçunun son oyunu 20-ci Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində uzun illər şərəfini qoruduğu Qarabağ və Sumqayıt komandaları arasında keçirilib, oyundan əvvəl rəmzi olaraq topa ilk zərbəni Aslan Kərimov vurub.[7]
Milli komanda karyerası
Aslan Kərimov Azərbaycan milli komandasının heyətinə ilk dəfə 1992-ci ildə dəvət olunub. O, Azərbaycanın yığmasının Rumıniyaya qarşı keçirdiyi sayca 2-ci rəsmi oyununun iştirakçısı olub.[8] Futbolçu milli komandada 80 oyun keçirib. 5885 dəqiqə meydanda olub, 66 dəfə start heyətində meydana çıxıb.[9]
Azərbaycan milli komandası | ||
---|---|---|
İl | Oyun | Qol |
1994 | 1 | 0 |
1995 | 0 | 0 |
1996 | 0 | 0 |
1997 | 7 | 0 |
1998 | 8 | 0 |
1999 | 8 | 0 |
2000 | 3 | 0 |
2001 | 1 | 0 |
2002 | 7 | 0 |
2003 | 5 | 1 |
2004 | 7 | 0 |
2005 | 11 | 0 |
2006 | 8 | 0 |
2007 | 11 | 0 |
2008 | 1 | 0 |
Cəmi | 78 | 1 |
Beynəlxalq qollar
# | Tarix | Yer | Rəqib | Hesab | Nəticə | Yarış |
---|---|---|---|---|---|---|
1. | 14 dekabr, 2003 | Dubay, Birləşmiş Ərəb Əmirlikləri | Birləşmiş Ərəb Əmirlikləri | 3-2 | 3-3 | Yoldaşlıq oyunu |
Məşqçilik karyerası
Sumqayıt
Aslan Kərimov 2011-ci ilin əvvəlində "B" kateqoriyalı kurslarda iştirak edib. 2 həftəlik kursu uğurla başa vuran Kərimov növbəti məşqçi lisenziyasını alıb.[10] Aslan Kərimov 2011-ci ilin yayında Sumqayıt klubu ilə bir illik müqavilə imzalayıb.[11] O, bu klubda baş məşqçi Bernard Raabın köməkçisi olub.[12] 2012-ci ilin yayında Sumqayıt klubu ilə yollarını ayırıb.[13]
Azərbaycan milli komandaları
2011-ci ildə 15 yaşadək futbolçularda ibarət Azərbaycan komandasının baş məşqçisi Nikolay Adamın köməkçisi vəzifəsinə təyin edilib.[14][15] 2012-ci ilin sonunda 16 yaşadək futbolçularda ibarət Azərbaycan komandasına baş məşqçi təyin olunub.[16]
2013-cü ilin dekabr ayında AFFA İcraiyyə Komitəsinin qərarı ilə Aslan Kərimov Mahmud Qurbanovla birgə milli komandanın baş məşqçisi Berti Foqtsun köməkçisi təyin olunub.[17]
Uğurları
İstinadlar
- ↑ 1 2 Aslan Kərimov futbolla rəsmən vidalaşdı[ölü keçid]
- ↑ Quzanlıda vida matçı[ölü keçid]
- ↑ Aslan Kərimov yenidən "Qarabağ"da![ölü keçid]
- ↑ "Bu, qürurvericidir"
- ↑ 1 2 Futbol klublarımız kimlərlə maraqlanır?
- ↑ Azərbaycanın məşhur futbolçusu karyerasını rəsmən bitirdi
- ↑ Aslan Kərimov sabah futboldan gedir
- ↑ Aslan Kərimov Rəşad Sadıqovdan şübhələnir [ölü keçid]
- ↑ Milli komanda-20: Bütün futbolçular[ölü keçid]
- ↑ "Aslan Kərimov: Bu, mənim karyeramın sonuncu ilidi". 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-19.
- ↑ Aslan Kərimov: "Əsas işim Sumqayıt klubunda yox, millidə olacaq"
- ↑ Premyer Liqamızda növbəti almaniyalı baş məşqçi
- ↑ "Sumqayıt" Aslan Kərimovla yollarını rəsmən ayırdı
- ↑ "Aslan Kərimovun milli komandada işləyəcəyi dəqiqləşib". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-18.
- ↑ "Aslan Kərimov "Sumqayıt"dan ayrıldı". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-18.
- ↑ Yığma komandalarımıza yeni baş məşqçilər təyin olunub
- ↑ "Berti Foqts baş məşqçi postunda qaldı, köməkçiləri dəyişdi". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-19.
- ↑ "Hamı məni "Qarabağ"lı Aslan kimi tanıyır" [ölü keçid]
- ↑ "Aslan Kərimov: Bu, qürurvericidi". 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-19.
Xarici keçidlər
- Yaşayan insanlar
- 1 yanvarda doğulanlar
- 1973-cü ildə doğulanlar
- Əlifba sırasına görə futbolçular
- Əlifba sırasına görə futbol məşqçiləri
- Azərbaycan futbolçuları
- Neftçi PFK oyunçuları
- Kəpəz PFK oyunçuları
- Qarabağ FK oyunçuları
- Azərbaycan milli futbol komandasının oyunçuları
- Bakıda doğulanlar
- Legioner Azərbaycan futbolçuları
- Azərbaycanın kişi futbolçuları