Avet Avetisyan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Avet Avetisyan
erm. Ավետ Մարկոսի Ավետիսյան
Doğum adı Ավետ Մարկոսի Ոսկանյան
Doğum tarixi 12 (24) noyabr 1897[1]
Doğum yeri
Vəfat tarixi 29 mart 1971(1971-03-29)[1] (73 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1917-ci ildən
Teatr
  • Qabriel Sundukyan adına Akademik Milli Teatrı[d] (1922–)[1]
Mükafatları "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı ulduz" ordeni "Şərəf nişanı" ordeni "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
SSRİ xalq artisti "Stalin" mükafatı

Avet Markosoviç Avetisyan (rus. Аве́т Маркосо́вич Аветися́н; əsl soyadı Voskanyan; 12 (24) noyabr 1897[1], Tiflis[1]29 mart 1971[1], İrəvan[1]) — Ermənistan-sovet aktyoru, SSRİ xalq artisti.[2]

Həyatı

Avet Markosoviç Avetisyan 25 noyabr 1897-ci ildə Rusiya imperiyasının bir hissəsi olan Tiflis şəhərində anadan olmuşdur. O, 1922-ci ildən İrəvanda yerləşən Qabriel Sundukyan adına teatrın yaradıcılarından olmuşdur. Avetisyanın yaratdığı obrazlarda milli xüsusiyyətlər və yumor güclüdür. Əsas rolları: Zambaxov ("Xatabala", Qabriel Sundukyan), Saqatel ("Şərəf naminə", Aleksandr Şirvanzadə), Balabəy ("Təcrübə tarlası", Nairi Zaryan), Kuligin ("Tufan", Aleksandr Ostrovski), Dostiqayev ("Dostiqayev və başqaları", Maksim Qorki). 1926-cı ildən kinoya çəkilmişdir ("Pepo", "Zəngəzur" və s.). O, 1942-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü. Avetisyan 29 mart 1971-ci ildə Ermənistan SSR-nin paytaxtı İrəvan şəhərində vəfat etmişdir.[2]

Təltif və mükafatlar

Avet Avetisyan 1941-ci ildə SSRİ Dövlət mükafatına, 1962-ci ildə isə SSRİ xalq artisti adına layiq görülmüşdür. O həmçinin, "Lenin" ordeni, 3 başqa orden, həmçinn medallarla təltif edilmişdir.[2]

İstinadlar

  1. 1 2 3 4 5 6 7 8 9 10 Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974.
  2. 1 2 3 Аветисјан Авет Маркосович // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 36.

Əlavə ədəbiyyat

  • Вельтман С. Л., Авет Аветисян (Москва, 1939)