Xatabala


"Xatabala" (erm. խաթաբալա) — 1906–1916, 1922 və 1925–1926-cı illərdə[1] Tbilisidə erməni dilində nəşr edilmiş həftəlik satirik jurnal.[2] Redaktorları Astvatsatur Yeritsyan və Aşot Atanasyan olmuşlar.[1]

Xatabala
erm. խաթաբալա
"Xatabala" jurnalının 10 iyun 1906-cı il tarixli ilk nömrəsi
"Xatabala" jurnalının 10 iyun 1906-cı il tarixli ilk nömrəsi
Baş redaktor Astvatsatur Yeritsyan, Aşot Atanasyan
Əməkdaşlar Astvatsatur Yeritsyan
Aşot Atanasyan
Atrpet
Tmblaç Xaqan
Hovannes Tumanyan
Avetik İsahakyan
Arazi
Stepan Zoryan
Növ həftəlik satirik jurnal
Təsisçi Astvatsatur Yeritsyan
Təsis tarixi 10 (23) iyun 1906
Ölkə
Qərargah Tbilisi, İrəvan meydanı, № 2
Dil erməni dili, rus dili, gürcü dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Xatabala" jurnalının ilk nömrəsi 10 iyun 1906-cı ildə nəşr edilmişdir. Naşiri və redaktoru Tbilisidə rusdilli "Jqut" (cəmi bir nömrəsi çıxmışdır) və "Svistok" (cəmi iki nömrəsi çıxmışdır) jurnalları çıxarmış Astvatsatur Yeritsyan olmuşdur. Birinci Dünya müharibəsi dövründə 25 oktyabr 1914-cü il tarixli 7-ci nömrəsindən sonuncu nömrəsinə kimi ikidilli: ermənirus dillərində nəşr edilmişdir. 1916-cı ildə 9 nömrədən sonra nəşri dayandırılmışdır.

Sovet dövründə iki dəfə dirçəldilmişdir. 1922-ci ildə cəmi bir nömrəsi, 1925–1926-cı illərdə toplam 7 nömrəsi çap olunmuşdur. Sonuncu nəşr edildiyi illərdə erməni, gürcürus dillərində çıxmışdır.

Jurnalda satirik şeirlər, felyetonlar, təmsillər, tapmacalar və s. nəşr edilirdi. Osmanlı imperiyasının ermənilərə qarşı olan siyasətini pisləmiş, Zaqafqaziya xalqlarının dostluğunu təbliğ etmişdir. O, beynəlxalq hadisələri, xüsusilə, Şərqdəki hədisələri (Balkan xalqlarının azadlıq mübarizəsi, İranda məşrütə hərəkatı, Qərb imperializmi) öz səhifələrində işıqlandırmışdır.

Qevorq Başincağyan, Henrik Hrinevski, Qaregin Yeritsyan, A.Mirzoyan, İosif RotterOskar Şmerlinq kimi rəssamlar, Atrpet (Sarkis Mubayajyan), Muşeq Baqratuni, Tmblaç Xaqan (Konstantin Məlik-Şahnazaryan), Qaregin Levonyan, Hovannes Tumanyan, Avetik İsahakyan, Arazi (Movses Harutunyan), Stepan Zoryan kimi şair və yazıçılar "Xatabala" jurnalı ilə əməkdaşlıq etmişlər.

  • ԽԱԹԱԲԱԼԱ // Հայկական Սովետական Հանրագիտարան. հ․ 4, էջ 703.
  • Əkbər Yerevanlı, "Խաթաբալա" շաբաթաթերթը Ադրբեջանի մասին ("Xatabala" həftəlik jurnalı Azərbaycan haqqında), Yerevan: Hayastan, 1974.
  • Kövsər Tarverdiyeva, Azərbaycan mədəniyyəti erməni dövri mətbuatında (1850–1920), Bakı: Yazıçı, 1985.
  • Mouradian, C. Caricature in the Armenian Press of the Caucasus / C. Mouradian // “Armenian Review”. – Cambridge, Volume 44, 1992, N 4. – P. 1–35.
  1. 1 2 Ermənistan Sovet Ensiklopediyası (erməni). IV. Yerevan: ESE-nın Baş Redaksiyası. 1978. səh. 703. 2023-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-03.
  2. S.A. Melikyan. "Genre Pioneers" (PDF). International scientific journal (rus). Volgograd. Vol. III (№ 4 (44)). 2017: 91. 2019-04-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-04-11.
  3. "Ottoman Constitutionalism by Houri Berberian, author of Roving Revolutionaries: Armenians and the Connected Revolutions in the Russian, Iranian, and Ottoman Worlds". 2022-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-29.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • ԽԱԹԱԲԱԼԱ // Հայկական Սովետական Հանրագիտարան. հ․ 4, էջ 703.