Aygül İdrisova

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Aygül İdrisova
başq. Иҙрисова Айгөл Илдус ҡыҙы
Ölkə
Doğum tarixi (28 yaş)
Doğum yeri Başqırdıstan

Aygül İldusovna İdrisova[1] (başq. Иҙрисова Айгөл Илдус ҡыҙы, doğ. 11 iyul 1995-ci il) — Başqırdıstanlı dama üzrə beynəlxalq qrosmeyster. 2019-cu ildə keçirilən dünya çempionatının gümüş mükafatçısı, 2017-ci dünya çempionatının bürünc mükafatçısı. Avropa çempionu (2016).

Təhsili

2002-ci ildən 2011-ci ilə qədər A. Validi (İşimbay) adına 2 nömrəli Başqırd respublika Gimnaziyasında (İşimbay), 2011-2013-cü illərdə R.Qaripov adına 1 nömrəli Başqırd respublika Grammatika Məktəbində (Ufa) oxumuşdur. Yüksək təhsil göstəricilərinə görə medalla təltif olunmuşdur. 2013-cü ildən Başqırd Dövlət Universitetinin Fiziki-Texniki İnstitutunun Tətbiqi Fizika kafedrasının tələbəsidir.

İdman karyerası

6 yaşında, uşaq bağçasına gedəndə dama oynamağa başlamışdır. Birinci sinifə getdikdən sonra məktəbdəki dama bölməsinə qatıldı. 9 yaşında, 2004-cü ildə qadınlar arasında beynəlxalq yarışda Rusiya fərdi komandasında iştirak edərək ən yüksək səviyyədə debüt etdi. Ufa şəhər 23 nömrəli Gənclər İdman Məktəbinin şagirdidır.[2] 2011-ci ilə qədər Satrash dama klubunda (Ishimbay) oynamışdır.[3] 2012-ci ildən Yunost (Ufa) klubunda oynamışdır.[4][5] "Başneft" (Ufa) peşəkar dama klubunda oynayır.

Qadınlar arasında Rusiya çempionatının bürünc medalçısı (2011, Ufa). Həm fərdi, həm də komanda şəklində Rusiya çempionu (noyabr 2011, İşimbay, Rusiya).[6] Qızlar arasında dama üzrə dünya çempionatının bürünc mükafatçısı (Noyabr 2011, Ulan-Bator, Monqolustan). Qadınlar arasında Rusiya çempionatının gümüş mükafatçısı (2012, Ishimbay). 2012-ci ildə Lildə keçirilən Dünya İntellektual Oyunlarının çempionu.[7]

2013-cü ildə 19 yaşadək qızlar arasında keçirilən dünya çempionatınının qalibi (Fransa, Mirpua). Rusiya millisi ilə Avropa çempionu (Oktyabr 2014, Estoniya). 2014-cü ildə qızlar arasında Avropa çempionatının qalibi oldu (Belarus, Pinsk) Beynəlxalq dama oyunu üzrə dünya çempionatında 6-cı yeri tutdu (2015). 2016-cı ilin blits formatlı dünya çempionatının, eyni zamanda Avropa çempionatının qalibi. Həmən ili Beynəlxalq Qrosmeyster (GMIF) titulunu aldı. 2017-ci ildə Dünya Kubokunda bürünc mükafatçısı. 2019-cu ildə Dünya Kubokunda ikinci yerə çıxdı.

İstinadlar

  1. "Aygul Idrisova". 2016-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-14.
  2. "Уфимка Айгуль Идрисова завоевала мировую шашечную корону | новости башинформ.рф". 2021-05-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-06-14.
  3. "Клубный чемпионат Башкирии по шашкам-2007". 2021-05-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-06-14.
  4. "VIII клубный чемпионат России по международным шашкам среди мужчин и женщин, г. Уфа-2007". 2021-05-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-06-14.
  5. http://подметки.рф/news/?id=417[ölü keçid]
  6. "В Ишимбае названы чемпионы России по международным шашкам". 2016-10-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-06-14.
  7. "чм". 2014-11-29 tarixində arxivləşdirilib.