Bərk itüzümü

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Bərk itüzümü
Elmi təsnifat
Beynəlxalq elmi adı

Bərk itüzümü (lat. Lycium depressum)

Təbii yayılması

Bu növ Avrasiyada geniş yayılmışdır.

Botaniki təsviri

Hündürlüyü 1,5-2,5 m-dək olan bitkidir. Yarpaqların uzunluğu 20–50 mm, eni 4–17 mm-dir, lansertvari-ellipsvaridir, ucu bizdir. Çiçəkləri tək və ya 2-6-dək qrup şəklində uzunluğu 5–7 mm olan çiçək saplağında əmələ gəlir. Kasacığı əlvari, ucu küt və ya iti, nazik tükcüklərlə örtülmüşdür. Çiçək tacı açıq bənövşəyidən bənövşəyi rəngədək dəyişir. Çiçək tacının borucuğunun uzunluğu 4-5mm, qıfvaridir. Erkəkcikləri çiçək tacından kənarda yerləşir., bünövrəsində çılpaqdır. Meyvəsi qırmızı, sferik, uzunluğu 5-6-mm olan giləmeyvədir. Toxumları qonur, uzunluğu təxminən 2 mm-dir. Meyvələrin ayaqcığı 24 mm-dir. Toxumları 2-mm uzunluğunda, qonur rəngdədir.

Ekologiyası

Rütubət və istisevən, işiğa davamlı bitkidir.

Azərbaycanda yayılması

Kiçik Qafqazda, Talışda, Naxçıvanda təbii halda yayılmışdır.

İstifadəsi

Dekorativ kol bitkisidir. Yaşıllaşdırmada müxtəlif kompazisyaların qurulmasında rast gəlinir.