Bərk itüzümü (lat. Lycium depressum)
Bərk itüzümü | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: ???: Bərk itüzümü |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Bu növ Avrasiyada geniş yayılmışdır.
Hündürlüyü 1,5-2,5 m-dək olan bitkidir. Yarpaqların uzunluğu 20–50 mm, eni 4–17 mm-dir, lansertvari-ellipsvaridir, ucu bizdir. Çiçəkləri tək və ya 2-6-dək qrup şəklində uzunluğu 5–7 mm olan çiçək saplağında əmələ gəlir. Kasacığı əlvari, ucu küt və ya iti, nazik tükcüklərlə örtülmüşdür. Çiçək tacı açıq bənövşəyidən bənövşəyi rəngədək dəyişir. Çiçək tacının borucuğunun uzunluğu 4-5mm, qıfvaridir. Erkəkcikləri çiçək tacından kənarda yerləşir., bünövrəsində çılpaqdır. Meyvəsi qırmızı, sferik, uzunluğu 5-6-mm olan giləmeyvədir. Toxumları qonur, uzunluğu təxminən 2 mm-dir. Meyvələrin ayaqcığı 24 mm-dir. Toxumları 2-mm uzunluğunda, qonur rəngdədir.
Rütubət və istisevən, işiğa davamlı bitkidir.
Kiçik Qafqazda, Talışda, Naxçıvanda təbii halda yayılmışdır.
Dekorativ kol bitkisidir. Yaşıllaşdırmada müxtəlif kompazisyaların qurulmasında rast gəlinir.