Başqırdıstan teatrı

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Başqırdıstan Dram Teatrı

Başqırdıstan teatrıRusiya Federasiyasının Başqırdıstan Respublikasında olan sənət növlərindən biri.

Tarixi

Başqırdıstan ərazisindəki ilk teatr binası 1861-ci ildə Ufada, şəhər əhalisinin ianəsi hesabına tikilmişdir[1].

1885-ci ildə "Artistlərin və teatr sənətini sevənlərin Ufa yoldaşlıq cəmiyyəti" təsis edilmişdir[1].

İlk peşəkar teatr

İlk peşəkar teatr 1919-cu ildə Sterlitamakda 1-ci Başqırdıstan Dövlət Teatrı[2] kimi yaradılmışdır. Teatrın truppasına aktyor, rejissor, dramaturq və teatr xadimi V. Q. Murtazin-İmanski rəhbərlik edirdi. 1922-ci ildə həmin teatr Ufa şəhərinə köçürülmüş və Başqırdıstan Dram Teatrı adlandırılmış; 1971-ci ildən isə başqırd mütəfəkkiri Məjit Qafurinin adını daşıyır[1].

Başqırdıstanda teatrın inkişafında ilk başqırd rejissor və aktyorları R. Sırtlanov, B. Yusupova, Q. Uşanov, Q. Minqajev, Q. Karamışev, M. Maqadeyev, A. Zubairov və başqalarının böyük rolu olmuşdur[1].

Digər teatrlar

Başqırdıstan Opera və Balet Teatrı

1919-cu ildə Ufada Başqırdıstan Rus Dram Teatrı, 1932-ci ildə Kukla Teatrı, 1989-cu ildə Milli Gənclər Teatrı, 1991-ci ildə "Nur" tatar teatrı, 1938-ci ildə F. Qaskarov adına Dövlət Xalq Rəqs Ansamblı, 1992-ci ildə "Miras" xalq rəqs ansamblı; 1931-ci ildə Sibayda A. Mübarəkov adına Başqırdıstan Dram Teatrı, 1993-cü ildə "Sulpan" uşaq dram teatrı; 1946-cı ildə Sterlitamakda Rus Dram Teatrı, 1990-cı ildə Başqırdıstan Dram Teatrı, 1991-ci ildə Rəqs teatrı; 1933-cü ildə Salavat şəhərində dram teatrı, 1990-cı ildə Tuymazıda tatar dram teatrı fəaliyyət göstərir[1].

Festivallar

Sterlitamakda, Salavatda "Teatr baharı" festivalı, Ufada türkdilli teatrların beynəlxalq "Tuqanlıq" festivalı, həmçinin 1991-ci ildən F. Qaskarovun xatirəsinə rəqs kollektivlərinin, 1993-cü ildən R. Nureyevin xatirəsinə balet sənətinin respublika festivalları, baletmeysterlərin və xalq rəqs ansambllarının respublika baxış-müsabiqəsi keçirilir[1].

İstinadlar

  1. 1 2 3 4 5 6 BAŞQIRDISTAN Arxivləşdirilib 2022-08-18 at the Wayback Machine. ensiklopediya.gov.az  (az.)
  2. Başqırdıstan Dram Teatrı Arxivləşdirilib 2022-08-18 at the Wayback Machine. ensiklopediya.gov.az  (az.)