Begiçev adaları

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Begiçev adaları
rus. Острова Бегичева
Ümumi məlumatlar
Ən böyük adası Böyük Beqiçev
Hündür nöqtəsi 201 m
Əhalisi 0 nəfər (2014-cü il)
Yerləşməsi
74°18′ şm. e. 112°15′ ş. u.
Ölkə  Rusiya
Akvatoriya
Begiçev adaları xəritədə
Begiçev adaları
Begiçev adaları
Begiçev adaları (Yakutiya)
Begiçev adaları
Begiçev adaları, Yakutiya

Begiçev adaları[1]Laptevlər dənizinin cənub-qərbində, Xatanqa körfəzinin girəcəyində yerləşən iki adadan ibarət olan arxipelaq. İnzibati cəhətdən Yakutiya ərazidində yerləşir. Adalar 1908-ci ildə rus dənizçisi və səyahətçisi Hikifor Akekseeviç Beqiçev tətəfindən kəşf edilmişdir və onun şərəfinədə adlandırılmışdır.

Böyük Beqiçev

border=none Əsas məqalə: Böyük Beqiçev

Uzunluğu 61 km, eni 57 km, sahəsi 1800 km² təşkil edir. Adanın cənub qutaracağı ilə materik arasında məsafə 9 kilometrdir. Mərkəzi hissədə hündürlük 198 metrdir. Şimal-qərb və şimal-şərqdə hündürlük düzənliklər geniş sahə tutur. Ən uzun çayı İlistayadır (34 km). Uzunluğu 20 km olan cəmi 5 çayı vardır. Səthi Tundra ilə örtülmüşdür. Adada Müşk öküzü, Tülkü, Maral, sahil zonasında isə Morja rast gəlmək olar. Bəzən isə Ağ ayılar görünür.

Kiçik Beqiçev

border=none Əsas məqalə: Kiçik Beqiçev

Uzunluğu 5.2 km, eni 4 km, sahəsi 15 km² təşkil edirdi. Kiçik Beqiçev adası materikdən 25 km aralıda yerləşir. Burada kiçik göllər vardır

Mənbə

İstinadlar

  1. Begiçev adaları // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. səh. 336. ISBN 978-9952-441-07-9.