Bismark (ABŞ)

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
şəhər
Bismark
ing. Bismarck
Bayraq
Bayraq
46°48′30″ şm. e. 100°47′01″ q. u.
Ölkə  ABŞ
Tabesində Şimalı Dakota
Başçı Mayk Seminari
Tarixi və coğrafiyası
Əsası qoyulub 1872
Sahəsi 80.89 km²
Mərkəzin hündürlüyü 514 m
Əhalisi
Əhalisi 61,272 nəfər (2012)
Sıxlığı 760 nəf./km²
Rəqəmsal identifikatorlar
Telefon kodu +1 701
Poçt indeksi 58501–58507
Digər
bismarcknd.gov
Xəritəni göstər/gizlə
Bismark xəritədə
Bismark
Bismark
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bismark (Bismarck) — ABŞ-nin şimalında şəhər, Şimali Dakota ştatının inzibati mərkəzi.[1]

Əhalisi

Əhalisi 56,7 min (2005; şəhərətrafı ilə təqribən 100 min) nəfərdir.[1]

Coğrafiyası

Missuri çayının orta axınında, sol sahilindədir. Avtomobil magistralları və dəmiryolları qovşağı. Çay portu. Bələdiyyə aeroportu.[1]

Tarixi

İnşa olunan Şimali Sakit okean dəmiryolunun mühafizəsi üçün hərbi düşərgə kimi 1872-ci ildə salınmışdır. Almaniyadan səmayələrin və gəlmələrin cəlb olunması məqsədilə şəhərə Otto fon Bismarkın adı verilmişdir. 1874-cü ildən qızıl hasilatı rayonunun (Bismark yaxınlığında Blek-Hils dağlarındakı yataq) mərkəzidir. 1875-ci ildən şəhərdir; 1883-cü ildən Dakota ərazisinin, 1889-cu ildən Şimali Dakota ştatının inzibati mərkəzidir.[1]

İqtisadiyyatı

Kənd təsərrüfatı rayonunun maliyyə ticarət mərkəzidir. Bismark aqlomerasiyasında işləyənlərin təqribən 5%-i sənayedə çalışır. Kənd təsərrüfatı maşınları istehsal olunur, yeyinti sənayesi müəssisələri fəaliyyət göstərir. Bismarkın yaxınlığında daş kömür hasil edilir. Bismarkdan şimal şərqdə “Koul-Krik” (1080 MVt) və “Antilop-Valli” (900 MVt) İES-ləri, şimalda Missuri çayı üstündə “Harrison” (518 MVt) SES-i var. Bismarkdan cənubda Standinq-Rok hindi rezervaziyası yerləşir. Siu və şayenn tayfalarının Amerika hökumətinə qarşı mübarizəsinə rəhbərlik edən siuların tayfa başçısı Sittinq-Bull 1890-cı ildə burada öldürülmüşdür.[1]

Qalereya

Həmçinin bax

İstinadlar

  1. 1 2 3 4 5 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 4-cü cild: Bəzirxana – Brünel (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2013. səh. 145. ISBN 978-9952-441-03-1.

Xarici keçidlər