Binhemton (ing. Binghamton) — ABŞ-nin şimal-şərqində şəhər. Nyu-York ştatında, Saskuehanna çayı sahilindədir.[5] Binhemton Binhemton metropoliteninin əsas şəhər və mədəniyyət mərkəzidir, əhalisinin sayı 250 000 nəfərə çatır.[6] 2010-cu il əhalinin siyahıya alınmasına əsasən şəhərin mərkəzində məskunlaşan əhalinin sayı 47376 nəfərdir.[7]
rayon mərkəzi | |
Binhemton | |
---|---|
42°05′56″ şm. e. 75°54′39″ q. u.HGYO | |
Ölkə | |
Tabesində | Nyu-york |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1802 |
Sahəsi | 28.83[1] |
Mərkəzin hündürlüyü | 260 m |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +1 607 |
Poçt indeksi | 13901–13999, 13901, 13902, 13906, 13909, 13911, 13912, 13913, 13917, 13918, 13921, 13924, 13925, 13928, 13931, 13935, 13937, 13938, 13940, 13943, 13945, 13947, 13950, 13953, 13954, 13958, 13960, 13961, 13963, 13965, 13967, 13971, 13973, 13975, 13978, 13982, 13983, 13984, 13988, 13990, 13993, 13996, 13999 |
Digər | |
cityofbinghamton.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Dəmir yolunun yarandığı ilk günlərindən Binhemton nəqliyyat qovşağı və istehsal mərkəzi idi və müxtəlif vaxtlarda siqaret, ayaqqabı və kompüter istehsalı ilə tanınmışdır[8]. IBM-in yaxınlıqda qurulması və uçuş simulyatorlarının icad edilməsi ilə elektronik və müdafiə mərkəzləri diqqət çəkməyə başladı. Bu davamlı iqtisadi rifah Binhemtona Şans Vadisi adını qazandırdı.[9] Lakin, soyuq müharibə başa çatdıqdan sonra müdafiə şirkətləri tərəfindən həyata keçirilən ixtisarlardan sonra region istehsal sənayesinin əhəmiyyətli bir hissəsini itirdi.[10]
Bu gün yüksək texnologiya firmaların bölgəyə davamlı axını müşayiət olunur və bu da Binhemtonun səhiyyə və təhsil mərkəzi kimi tanınmasına gətirib çıxarır. Şəhərdə yerləşən Binhemton Universiteti baş verən iqtisadi canlanmanın əsas hərəkətverici qüvvəsi hesab olunur.[11]
Bu əraziyə gələn Avropalıların ilk nümayəndələri 1779-cu ildə ABŞ İstiqlal müharibəsi zamanı Onondaqa və Oneyda qəbilələrinin yerli kəndlərini məhv edən Sullivan ekspedisiyasının qoşunlarıdır.[9] Şəhər 1786-cı ildə 10 min hektar torpaq patentini almış Filadelfiyanın zəngin zadəganı Villiam Binhemin şərəfinə adlandırılmışdır, daha sonra Yunion və Çenanqonun şəhərləri də tərkibinə qatılmışdır.[9][12] Binhemin torpaq agenti Coşua Vitni şəhərin salınması üçün Çenanqo və Saskuehanna çayları qovşağında yer seçmiş, sonra bu ərazini "Çenanqo nöqtəsi" adlandırmış və yolların inşasına və ilk körpünün tikilməsinə kömək etmişdi.[9][13] Kənd təsərrüfatının davamlı inkişafı 1834-cü ildə Binhemton kəndinin yaardılmasına gətirib çıxardı.[8][9]
1837-ci ildə tamamlanan Çenanqo kanalı Binhemtonu Eri kanalına bağladı və bölgə sənayesinin ilkin inkişafına təkan oldu.[14] Bu artım 1849-cu ildə Binhemton və Nyu-York şəhərləri arasında Eri dəmiryolunun tamamlanması ilə sürətləndi.[15] Delaver, Lakavanna və Qərb dəmiryolları qısa müddət ərzində ərazidən keçdi, beləcə şəhər, mühüm regional nəqliyyat mərkəzinə çevrildi.[9][16] 1858-ci ildə Binhemtonda bir sıra yeni binalar tikilir, bunlardan biri də 1858-ci ildə Birləşmiş Ştatlarda alkoqolizmi xəstəlik kimi müalicə etmək üçün ilk mərkəz olan Nyu-York Ştatı Alkoqolizmi Müalicə Mərkəzidir.[17]
Binhemton 1867-ci ildə şəhər kimi birləşdirildi və çox sayda möhtəşəm binalara ev sahibliyi etdiyi üçün Dəbdəbəli Şəhər (Parlour) ləqəbini aldı.[8] 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində əksər immiqrantlar iş yerləri tapmaq üçün bölgəyə köçdülər. 1880-ci illərdə Binhemton Birləşmiş Ştatlarda ikinci ən böyük siqaret istehsalçısı oldu.[9] 1920-ci illərin əvvəllərində əhalinin rifah səviyyəsini yüksəltmək üçün yerli sakinlər üçün bir sıra imkanlar yaradan və ayaqqabı istehsalçısı kimi tanınan Endikot Conson regionun əsas sahibkarı hesab edilirdi.[18] Sonralar Avropalıların böyük bir hissəsi Binhemtona köçdü və işçi sinfinin rifahı bölgəsi kimi tanınan bu şəhərin Şans Vadisi adlandırdırılmasına gətirib çıxartdı[9][18]
1913-cü ildə Binhemtonda geyim şirkətinə silahlı hücum nəticəsində 31 nəfər həlak oldu, bu da Nyu-Yorkun Silah Qanunlarına çoxlu islahatlar gətirdi.[19][20] 1935 və 1936-cı illərdə baş verən daşqınlar çox sayda insanın ölümü ilə nəticələndi və Ferri küçəsindəki körpünü (indi Klinton Küçəsi Körpüsü) tamamilə dağıtdı. Daşqınlar dağıdıcı idi və sonralar Saskuehanna və Çenanqo çayları uzunluğu boyunca daşqından müdafiə divarlarının tikintisi ilə nəticələndi.[9][21]
İkinci dünya müharibəsi zamanı qlobal texnologiya lideri hesab edilən İBM Böyük Binhemtonda təsis edildi .[22] Binhemtondakı Edmun Link şirkətinin uçuş simulyatorunun ixtirası ilə yanaşı, IBM regionun yüksək texnologiya sahəsində inkişafını təmin etdi. Şəhərin digər mühüm istehsalçılarına Ansko və General Electric daxil idi.[8] Soyuq müharibə başa çatana qədər bölgə özünün müdafiə yönümlü sənayelərinə görə iqtisadi böhrana məruz qalmamışdı.[9] Binhemton şəhərinin əhalisi 1950-ci illərin ortalarında 85 000-ə çatdı.[23]
Müharibədən sonra şəhərətrafı bölgənin inkişafı şəhərin mərkəzi hissəsində əhalinin sayının azalmasına gətirib çıxardı, çünki bu zaman Vestal və Yunion şəhərləri sürətlə böyümüşdü.[9] Binhemtonun texnologiya sənayesinin həyata keçirdiyi islahatlara baxmayaraq, ənənəvi istehsalçılar tənəzzülə uğradılar. Bu vəziyyəti aradan qaldırmaq üçün 1960-cı və 1970-ci illərin əvvəllərində şəhərdə bir sıra yeni binaların inşasına başladılar, beləcə şəhərdəki bir sıra qədim binalar söküldü.[9] İnşa prosesinə Hökumət Sarayı, Brum Əyalətində Veteranların Xatirə Abidəsi və Brandivayn magistral yolu və başqa binalar daxidir.[24][25][26] Digər bölgələrdə olduğu kimi, burada da həyata keçirilən yenidənqurma layihələr çərçivəsində Binhemton regionun dövlət və mədəniyyət mərkəzi kimi inkişaf etsə də, əvvəlki itkilərinin əksəriyyətini bərpa edilmədi.[9] Şəhərin əhalisi 1969-cu ildə təxminən 64 000 nəfərdən 1980-ci illərin əvvəllərində 56 000-nəfərədək azaldı.[27]
1991-ci ildə Sovet İttifaqının dağıldığı zaman Soyuq müharibənin başa çatması ilə Böyük Binhemtondakı müdafiə sənayesi sektoru ləngiməyə başladı, nəticədə bir sıra müəssisələr bağlandı və işçilər işdən azad edildi.[28] İxtisarlar IBM Federal Sistemlər bölməsində daha çox hiss edilirdi; burada da bir neçə min işçi işdən çıxarıldı.[10] Yerli iqtisadiyyat dərin tənəzzülə məruz qaldı və 1990-cı ildən 2013-cü ilə qədər istehsal sənayesi 64% azaldı.[29] 2009-cu il aprelin 3-də Amerika Mülki Birliyində (Binhemton) kütləvi atışma baş verdi, nəticəsə silahlı şəxs ilə birlikdə 14 nəfər həlak oldu.[30]
XXI əsrdə şəhər yenidən canlanma üçün öz iqtisadi bazasını müxtəlifləşdirməyə başladı. Yerli iqtisadiyyat yavaş-yavaş xidmət və səhiyyə sənayelərinə yönəldildi.[11] 2007-ci ildə Bimhemton Universitetinin tələbə şəhərciyi inşa edildi[31], bu hadisədən sonra şəhərdə tələbə yataqxanalarının tikintisinə başladılar.[32] Bundan əlavə tələbələr üçün digər təhsil layihələri də planlaşdırılırdı və şəhərin mərkəzi hissəsində əhalinin artması üçün islahatlar həyata keçirilirdi.[33] Təəssüf ki, bir müddət sonra şəhərdə baş verən ağır daşqınlardan sonra bərpa işləri yarımçıq qaldı. 2006-cı ildə daşqınlarının böyük hissəsinin şəhərətrafı ərazidə baş verməsinə baxmayaraq, tropik Li qasırğasının qalıqları 2011-ci ilin sentyabrında şəhərin daşqından müdafiə üçün tikilən bəndlərini dağıtdı və Böyük Binhemtona 1 milyard dollar zərər vurdu.[34]
Birləşmiş Ştatların Siyahıyaalma Bürosuna görə şəhərin ümumi sahəsi 28,9 kvadrat kilometrdir. Bunun 27,2 kvadrat kilometrini torpaq sahəsi, 1,7 kvadrat kilometrini isə (5,83%) su sahəsi təşkil edir.[6]
Binhemton uzun, lakin nisbətən dar bir vadinin mərkəzində, iki çayın qovuşduğu ərazidə yerləşir.[35] Saskuehanna çayının şimal hissəsi şəhərin mərkəzində cənubdan keçir. Çayın bu qolu Nyu-Yorkun şərqində yüksəlir. Şəhərin mərkəzindən keçən Çenanqo çayı şimalda Saskuehanna çayına tökülür. Nəticədə, şəhərin hüdudları daxilində 11 körpü yerləşir. Əsas daşqınlar 1865, 1935, 1936, 2006 və 2011-ci illərdə baş vermişdir.[9][36][37]
Binhemton şəhərinin iki çayın sahilində salınması çay kənarında məskunlaşan icmaları birləşdirdi. Şəhərin əhalisinin əksəriyyəti çay dərələrinə yaxın yerləşən ərazi boyunca məskunlaşmışdır. Şəhərin qədim hissəsi Coşua Vitni tərəfindən bir şəbəkə sistemində plana salınmışdır,[9] lakin şəhərərtafı bölgələrin sürətli olaraq inkişaf etməsi nəticəsində bir neçə şəbəkə bir-birinə birləşdirilmişdir. Cənub hissəsində şəbəkə bitir, bundan sonra təpələr boyunca insan məskunlaşan ərazilər başlayır.
Şəhər bölgənin ənənəvi iqtisadi mərkəzi olub və bir neçə tarixi bölgədən ibarətdir. Dəmir yolu Terminalı tarixi bölgəsi şəhərin şimal hissəsində dəmiryolu xətti boyunca bir neçə zavod və binanı özündə ehtiva edir[38] Qərb bölgəsindəki 1000-dən çox mülkiyyət Riversayd magistral yolu boyunca yaşayış məntəqələrindən təşkil olunan Abel Bennett Trakt tarixi bölgəsinə daxildir.[39] Şəhərdəki Dövlət küçəsi-Henri küçəsi tarixi bölgəsi bir neçə azmərtəbəli qədim binalardan ibarətdir.[40] Məhkəmə küçəsi tarixi bölgəsi şəhərin ən arxitekturalarını, o cümlədən, 20-ci əsrin əvvəllərindəki möhtəşəm tikililəri və Brum Əyalət Ədliyyəsi, Mətbuat binası və Qarşılıqlı Həyat Təhlükəsizliyi binasını əhatə edir.[41] Mətbuat binası şəhərin indiki ən hündür binası olan Hökumət sarayının tamamlanmasına qədər Binhemton şəhərindəki ən hündür bina idi.[42] Şəhər mərkəzindən uzaqlaşdıqca binaların əksəriyyəti tək və çoxmənzilli yaşayış evlərindən və kiçik biznes müəssisələrindən ibarətdir. Dəmiryol xəttlərindən başqa şəhərətrafında bir sıra tərkedilmiş zavod və müəssisələr yerləşir.
Binhemton yeddi məhəlləyə bölünür.[43][44][45] Həmçinin Mərkəzi Şəhər kimi tanınan, Mərkəzi Binhemton şəhərin ən böyük binalarının əksəriyyətinə ev sahibliyi edir və dövlət xidmət orqanlarının böyük hissəsi burada yerləşir. İki çayın qovuşduğu ərazidə kollec tələbələri getdikcə daha çox sıxlıqla yaşayır və burada incəsənət sahələri inkişaf etdirilir.[33][46] Şimal bölgəsi Çenanqo çayının kənarında yerləşən şəhər mərkəzindəki Norfolk cənub dəmiryolları üzərindədir. Şimal bölgəsində sahibkarlar və biznesmenlər məskunlaşıb.[47] Şərq bölgəsi Saskuehanna çayının şimal sahilində yerləşən Brandivayn avtomobil yolunun şərqində yerləşir. Məhəllələrdə Robinson və Məhkəmə küçələri boyunca kommersiya dəhlizlərində yaşayış məntəqələrində əhali sıxlıqla məskunlaşıb və böyük sənaye müəssisələri inşa edilib.
Çenanqo çayının Qərb ərazisi boyunca, Saskuehanna çayının sahillərində yaşayış mənzilləri, tələbə yataqxanaları və dəbdəbəli mənzillər yerləşib. Böyük supermarketlərin, aptek, bank şöbəsi, kafe, restoran, avtosalon və açıq yarmarkaların olduğu Mərkəzi küçə Qərb ərazisinin ticarət dəhlizini təşkil edir.[48] First Uord, Qərb tərəfindəki dəmiryol yollarının əksinə yaşayış məntəqəsinin böyük hissəsidir, Qədim Rou məhəlləsi isə bir sıra antik dükanlar olan Klinton küçəsi xətti ilə tanınır. Çox sayda Şərqi Avropa köçəriləri tərəfindən bölgənin məskunlaşması nəticəsində şəhərin bu hissəsində qızıl-gümüşlə bəzədilmiş bir neçə etnik kilsələr yerləşir.[49] Eli Park, Binhemtontonun ən yaxın məhəllə şəhəridir və qolf sahəsini ehtiva edir.[50] Bu qolf sahəsi Prospekt dağından və ilk növbədə, şimalındakı digər təpələrdən ibarətdir.
Cənub ərazisi Saskuehanna çayının cənub sahilində, bir neçə körpülə şəhərə bağlıdır. Tarixi Cənubi Vaşinqton küçəsi körpüsünün bazasında Cənub körpüsü kommersiya rayonu yerləşir.[51] Məhəllələr fərqli simvolları olması səbəbiylə Pensilvaniya prospektinə və Cənub körpüsünə bölünən iki ayrı qonşu iclasına bölünmüşdür.[43] Cənub ərazisinin şərq bölgəsi işçi sinif yaşayış və bəzi ictimai mənzil layihələri, qərb bölgəsi isə əsasən daha böyük orta sinif yaşayış yerlərindən ibarətdir.
Binhemton soyuq, qarlı qışlar və isti, rütubətli yazları ilə nəmli kontinental iqlimə malikdir (Köppen Dfb).[52] Binhemton şəhərindəki yaylar isti və əzəmətli günləri ilə tanınır və orta hesabla gün ərzində ən yüksək temperatur 32 ° C (90 °F) olur, qeyd olunan temperaturu 37 ° C (98 °F) 1988-ci il iyul ayının 16-da olub.[53] Qışlar orta hesabla hər il 5,8 gün keçir, temperatur alt-18 °C (-0 °F) dərəcədə azalır; 15 yanvar 1957-ci ildə ən aşağı temperatur −29 °C (-20 °F) idi.[53] Nyu-Yorkun əksər şəhərlərində olduğu kimi, Binhemtonda yağışlar il ərzində bərabər şəkildə yayılır və beləliklə quru mövsüm yoxdur.[52][53]
Binhemton ABŞ-da 10-cu ən yağışlı şəhərdir, il ərzində 162 yağışlı gün keçir.[54] İllik 212 buludlu gün ilə, o, ölkənin yeddi ən klassik şəhəri və Rokki dağlarının ən şərq şəhəridir.[55] Binhemtonun böyük göllərə yaxınlığı əhəmiyyətli buludluğa və yağıntılara səbəb olur, çünki gölün üzərindəki hava sistemlərinin əhəmiyyətli nəmini alır və qərbdən və şimaldan gələn soyuducu hava kütlələri davamlı olaraq həll edilməyən hava modelləri ilə nəticələnir.[54][56][57]
Qar ilk ərzində 214 sm-ə qədər qalxa bilir. Binhemton, Böyük Göllərn bir hissəsi olan şiamlda və qərbdə olan Sirakus və Buffalo kimi şəhərlərdən fərqli olaraq göllərin yaratdığı qar yağışlarından təsirlənmir.[58] Həm Böyük göllər, həm də Barmaq göllərindən davamlı qar qarışığı bəzən orta dərəcədə qar yağışına səbəb olur.[57] Binhemton əsasən norister fırtınalarından (1993-cü ilin Əsrin Fırtınası kimi tanınır) qar yağışı alır və digər şəhərlər ilə Qızıl Qartopu mükafatı üçün yarışır.[58]
2010-cu ilin əhalinin siyahıya alınmasına[6] əsasən 47 376 sakin, 21 150 təsərrüfat və 9 986 ailə şəhərdə yaşayırdı. Əhalinin sıxlığı hər kvadrat kilometr üçün 1,743,9 olmuşdur. Hər 877.6 kvadrat kilometrdə orta hesabla 23.842 yaşayış binası var. Bütün ev təsərrüfatlarının 20,8%-i 18 yaşınadək uşaqlar, 26,09% birlikdə yaşayan evli cütlüklər, 15,06% tək yaşayan xanımlar, 4,7% tək yaşayan kişilər və 52,8% isə ailəsiz yaşayan əhali təşkil edir. Əhalinin 40,5%-i fərdi yaşayan vətəndaşlardan və 25,5%-i isə 65 yaş və yuxarı yaşayan tək vətəndaşlardan ibarətdir. Ev təsərrüfatının orta ölçüsü 2.18, orta ailə ölçüsü isə 2.94 idi.
Binhemton böyük etnik əhaliyə ev sahibliyi edir. Sənaye gündəmində, minlərlə Avropa immiqrantları şəhərə köçdülər, çünki onlar bu şəhərdə çoxlu iş yerləri və işçi sinifinin rifahı tapdılar. Bölgədə çox sayda irlandiyalı, italyan və Şərqi Avropalılar yerləşdi və Amerika Sivil Birliyi onların ABŞ-da həyat və assimiliyasiya keçidinə kömək etmək üçün yaradıldı.[9][49] Bu axın 1920-ci illərdə yerli Ku Klux Klanın müvəqqəti yüksəlməsinə gətirib çıxardı, Binhemton isə dövlət başçılığı vəzifəsini icra etdi. Əvvəllər fərqli mədəni irslərə sahib olan ərazi sakinləri Endikot Consonun təşəbbüsü ilə bir neçə etnik təşkilat yaradaraq və etnik mərasimlər təşkil edərək belə anti-immiqrant münasibəti dayandırdılar.[18][59] Bu əhalinin ksəriyyətinin ağdərili (müəyyən dərəcədə sayları azaldılsa da) olduğu şəhərdə çox sayda kilsələrin və müasir etnik festivalların təşkil edilməsi ilə uzunmüddətli təsir yaratdı. 2010-cu ildən etibarən, Binhemtonun irqi tərkibi 77,6% ağdərili, 11,4% qaradərili və ya Afrika amerikalıları, 0,3% yerli amerikalar, 4,2% asiyalılar, 0,04% Pasifik əhalisi, digər irqlərdən 2,0%, iki və ya daha çox irqdən 4,4% təşkil edirdi. Əhalinin 6,4% -i hər hansı bir irqə mənsub olan İspan və Latın idi.
Etnik müxtəlifliyinə görə bölgədə çox sayda dini mənsubiyyət var. Birinci dini icma tarixən Şərqi Avropanın bir çox əhalisinə ev sahibliyi edirdi və bir neçə qızıl günbəzli pravoslav kilsəsi tikilmişdi.[49] Güclü İtalyan və İrlandiya irsinin nəticəsi olaraq, Brum əyalətində ən böyük dini orqan katolik kilsəsidir.[60] Binhemton Siracusa Roma Katolik Piskoposluğu altına düşür. Rayon əhalisinin 105,064 nəfəri və ya ümumi əhalinin 52,4% -i cəmiyyətdə iştirak edənlərdir.[60]
1950-ci illərin ortalarına qədər Binhemtonda, sənaye canlanması səbəbiylə əhalisinin sürətlə artmağa başladı və 1890–1910-cu illərin arasında ABŞ-da ən böyük 100 şəhərdən biri idi.[9][23][61] Şəhərdə 1950-ci ildən bəri davamlı əhali itkisi yaşanmış, bəziləri isə suburbanizasiya nəticəsində olmuşdur.[62] Son əhali itkisinin böyük hissəsi regionda baş verib və gənc əhaliyə arasında daha çox müşahidə olunmuşdur və Brum əyalətində yaşlıların nisbi nisbətinin artmasına səbəb olur.[63]
Şəhərdə əhalisinin 19,9%-i 18yaşdan aşağı, 15,0%-i 18–24 yaş arası, 24,7% -i 25–44 arası, 25%-i 45–64, 15,3%-i 65 yaş və yuxarı yaşda əhali təşkil edir. Orta ömür yaşı 33.2 ildir. Hər 100 qadın üçün 96.1 kişi var. 18 yaşdan yuxarı hər 100 qadın üçün 87,8 kişi var.
Binhemtonun metropoliten sahəsi 251 725 nəfərin evidir. Metropolitenin Statistik Ərazisi bütün Brum şəhəri və qonşu Tioqa rayonundan ibarətdir. Pensilvaniya ştatının Saskuehanna şəhərinin bir hissəsini əhatə edən şəhər ərazisi 158,054 nəfər əhaliyə malikdir.[7] Alternativ olaraq şəhər mərkəzinin təxminən 30 mil radiusunda yaşayan insanların sayı 316,270-dir.[64] Bu sahəyə Brum əyaləti və Tioqa, Kortland, Delaver, Çenanqo və Nyu-Yorkda Tompkins rayonları və Pensilvaniya ştatının Saskuehanna, Bradford və Ueyn şəhərlərində yerləşən hissələr daxildir.
Şəhərdəki bir ailənin orta gəliri 30,978 dollar idi və bir ailə üçün orta gəlir $ 43,436 idi. Kişilər 40,170 dollar, qadınlar üçün 35,060 dollar tam orta illik gəlir əldə etmişdi. Şəhərin adambaşına düşən gəliri 20.576 dollar idi. Ailələrin 23,6% -i və əhalinin 33,3% -i o cümlədən 18 yaşa kimi olanların 47,3% -i və ya 65 və ya daha yuxarı yaşda olanların 14,9% -i. yoxsulluq həddindən aşağı idi.
1880-ci illərdə siqar sənayesinin canlanması sonrasında[9] Binhemtonun ərazisi böyük manufakturalardan asılı olmağa başladı, ayaqqabı istehsalçısı və və IBM sahibkarı Endikot Conson isə 15,000-dən 20,000 yerli işçiyə çatdı.[9][18] Ancaq əhəmiyyətli bir tarixi varlığı olan digər şirkətlər Link Aviasion Devices, Ansco və General Electric idi.[8] Binhemtonda Valvoline,[65] the Nineteen Hundred Washer Company(Whirlpool'u yaratmaq üçün birləşən),[66] məşhur patent müalicəsi olan Dr. Kilmer'in Swamp Root adlı bir neçə tanınmış biznesi başlamışdır.[67] Dick İdman malları 1948-ci ildə Şərq bölgəsində bir balıqçılıq mağazası olaraq başladı və 1994-cü ilə qədər Binhemtonda qərarlaşdı.[68]
Binhemtonun mövcud məşğulluq bazasının çoxu hələ 1990-cı ildən bu yana sektorun azalmasına baxmayaraq texnologiya və müdafiə istehsalına yönəldilmişdir.[10][11] İxtisaslaşmış sahələrə sistem yeniləmələri, uçuş simulyasiyası və sxem lövhəsi sənayeləri daxildir. Bu sahədə ən böyük şirkətlər Lockheed Martin, BAE Systems, IBM, Sanmina-SCI və Universal İnstruments ibarətdir.[69] Digər əhəmiyyətli texnologiya firmalarına Endicott Interconnect, Rockwell Collins, Emerson Network Power və Link Aviasiya əməliyyatlarını emal edən L-3 Communications də daxidlir Böyük bir sahibkar olmasa da, McIntosh Laboratoriyası yüksək səviyyəli səs yüksəliş cihazları,[70][71] alıcılar və digər komponentlərinə görə çox məşhurdur.[72] 2010-cu ildən bəri davamlı iş itkisinə baxmayaraq, Nyu-York əyalətinin kompüter və elektronika istehsal işlərinin 13% -i Binhemton Metropolitenin Statistik Ərazisində həyata keçirilir.[69]
Təhsil və sağlamlıq da regional iqtisadiyyatda əhəmiyyətli sahələrə çevrilir.[11] Xüsusilə, Binhemton Universiteti və Brum İcma Kollecində çox sayda tədqiqatçı və pedaqoq işləyir. Binhemton Universiteti, kiçik miqyaslı sistemlərin inteqrasiyası üçün Nyu York Dövlət Mükəmməlləşdirmə Mərkəzini də əhatə edir və başlanğıcların yerli artımını təşviq etmək üçün Binhemton şəhərindəki 22 milyon dollarlıq Southern Tier Yüksək Texnologiya İnkubatorunun arxasında böyük təkan təmin etdi.[73] Upstate Tibb Universiteti Şərq bölgəsində köhnə Nyu York Dövlət Sərxoşlar Sığınacağında daimi bir ev quraraq kliniki kampusunun varlığının genişləndirilməsi üzərində çalışır.[74] Şəxsi sağlamlıq sektorunda əsas şirkətlərə Birləşmiş Sağlamlıq Xidmətləri və Lourdes Xəstəxanasına daxildir.[69]
Binhemtonda çox sayda qida xidmət sənayeləri və paylama şirkətləri var. Maines Paper & Food Service and Willow Run Foods şirkətlərinin hər ikisini baş qərargahı regionda yerləşir və onlar bütün ABŞ ərazisində böyük restoran və zəncir xidmətləri göstərən iki böyük qida sənayeləridir.[75][76] Maines ölkənin ən böyük özəl şirkətlərindən biridir.[75] HP Hood şirkətinin filialı olan Crowley Foods şirkətinin də baş qərargahı Binhemtonda yerləşir[77] və Frito lay şirkətinin bölgədə zavodları yerləşir.[69] Kənd təsərrüfatı uzun müddət regional iqtisadiyyatda əhəmiyyətli rol oynamışdır və 1911-ci ildə Binhemtonda fəaliyyət göstərən təsərrüfat büroları hərəkatı başlamışdır.[78]
Digər əhəmiyyətli yerli sahibkarlar arasında Nyu York Dövlət Elektrik və Qaz şirkəti və Conson Outdoors daxildir.[69] İki sığorta şirkəti, Qarşılıqlı Təhlükəsizlik Həyat və Kolumbiya Maliyyə Qrupunun qərargahı bölgədə yerləşir.[79][80]
Bölgədə bir neçə böyük ticarət sahəsi var. Mərkəzi Binhemton Boskov mağazasına ev sahibliyi edir[81] və böyük tələbə mənzil layihələrinin inkişafı restoran və xidmət mərkəzli biznes mərkəzinin yenidən qurulmasına gətirib çıxardı.[33] Əvvəllər şəhər mərkəzində də bir neçə əsas mağaza yerləşirdi və regional alışveriş mərkəzi idi.[9] Ancaq alış-verişin ən çox hissəsi indi ənənəvi şəhər mərkəzindən kənarlara doğru yayılmışdır. Vestal şəhərində Vestal Parkway-in 5 mil uzanması boyunca bir çox alış-veriş mərkəzləri və böyük mağazalar yaradılmışdır.[82] Conson şəhər qəsəbəsi ərazidə yerləşən yeganə qapalı super regional ticarət mərkəzi olan Oakdal Malla ev sahibliyi edir.[83] Dickinson şəhərində, şəhərin şimalındakı çoxsaylı ticarət mərkəzləri ilə əhəmiyyətli ticarət inkişafı baş vermişdir. Birinci dini icmada yerləşən Klinton küçəsi antik dükanların kolleksiyası olan Antik Row'a ev sahibliyi edir.[82]
Binhemton Şəhər Məktəbinin qeydiyyatda olan 5.668 şagird var və böyük şəhər ərazisində ən böyük məktəb hesab olunur.[84] Rayon Binhemton Liseyindən, iki orta məktəbdən və yeddi ibtidai məktəbdən ibarətdir.[85] Rayon Beynəlxalq Bakalavr proqramını saxlayır və bir neçə akademik mükafata layiq görülsə də,[86] bu, yüksək tələbat kimi təsnif edilir və bir neçə təhsil tələblərinə cavab vermir.[84] Brum əyalətinin katolik məktəbləri, Sirakus Roma Katolik Piskoposluğu tərəfindən idarə olunan xüsusi rayon, Seton Katolik Mərkəzi Liseyi və Binhemton şəhərində ibtidai məktəb fəaliyyət göstərir.[87]
Binhemton şəhəri dörd peyk kampusuna ev sahibliyi edir:
Vestal şəhərətrafı qəsəbəsi Binhemton Universitetinin əsas kampusuna ev sahibliyi edir. Universitet Nyu York Dövlət Universitetləri sistemindəki dörd universitetdən biridir, və təxminın 15 000 tələbəyə sahiblik edir.[91] Binhemton Universiteti seçmə,[92] yüksək rütbəli ictimai universitetdi[93] və İctimai İvy hesab olunur.[94] Universitet kiçik ölçülü sistemlərin inteqrasiyası üçün Nyu-York Dövlət Mükəmməlləşdirmə Mərkəzi daxil olmaqla əhəmiyyətli bir araşdırma məkanına da sahibdir. Kampus Vestalda olsa da, kampusdan kənarda yaşayan bir çox tələbə Qərb bölgəsində mənzillər tutaraq məskunlaşmışdır. Biznes bölgəsinin yenidən canlandırılmasında böyük bir hərəkətverici qüvvə hesab olunan şəhər mərkəzindəki tələbə yaşayış məntəqələri son təkan olmuşdur.[95] Şəhər mərkəzindəki kampuslara əlavə olaraq, universitet şəhərdəki 22 milyon dollarlıq Cənubi Tier Yüksək Texnologiya İnkubatorunun inkişafı və qurulmasına rəhbərlik edir.[73]
Brum Nyu York Dövlət Universiteti (Brum İcma Kolleci adlandırıldı) Dikinson şəhərinin şimalında yerləşir.[96] İki illik Nyu York Dövlət Universitet kollecindəki məktəbdə 6000 tələbə təhsil alır.[97] Əvvəllər texniki sahədə ixtisaslaşan Brum Nyu York Dövlət Universiteti ilk fəaliyyətini Binhemtonun mərkəzində başlamış və 1951-ci ildə yanğına qədər Vaşinqton küçəsindəki Silah anbarında yerləşmişdir.[98] Kollec hazırda şəhərətrafı əhalisini də nəzərə alaraq şəhərətrafında yataqxanalar tikir. Brum Nyu York Dövlət Universiteti Binhemton şəhərinin şəhər mərkəzindəki Binghemton Universiteti də daxil olmaqla, bir çox kampus yerlərində kurslar təklif edir.[99] Kollec yeni karyera yönümlü proqramlar üzrə ixtisaslaşacaq daimi şəhər mərkəzinin yaradılması məqsədi ilə köhnə Karniej Kitabxanasını əldə etmək və bərpa etmək istəyir.[100][101]
Müqəddəs Kitab Kolleci olan Davison Kolleci(əvvəllər Praktik Müqəddəs Kolleci) Conon şəhərinin yaxınlığında yerləşir. Elmira Biznes İnstitutunun da Vestal kampusu var.
Bölgə son bir neçə il ərzində artan və yayan bir sənət səhnəsini inkişaf etdirmişdir. Buraya Binhemton şəhərinin ətrafında yerləşən bir çox incəsənət qalereyası[102] və dükanlar daxildir. Bu qalereyalar Binhemton şəhərindəki yerli sənətkarların və tacirlərin birləşməsi səyləri ilə Birinci Cümə İncəsənət Yürüyüşünə səbəb olmuşdur.[103] Bu hadisələr 2004-cü ildən etibarən şəhərin mərkəzində böyük kütlələri özünə çəkir. Qalereyası olan və ya müəyyən qalereyalarda əsərlərini nümayiş etdirən rəssam və fotoqraflara Antoni Brunelli, Orazio Salati və öz sahəsində sənət dünyasında şöhrət qazanan yerli uşaq olan Marla Olmstid daxildir.[104][105][106]
Binhemton Filarmoniyası bölgənin premyerası olan peşəkar orkestrdir.[107] 1955-ci ildə təsis edilən Filarmoniya, bütün Cənubi Dayağa simfonik musiqi təqdim edir.[108] Konsertlər müxtəlif klassik, pop və kamera musiqisi ilə il boyu həyata keçirilir.[109] Tri-Cities operası Brum Dairəsi Forumunda tam miqyaslı opera mərhələlərini keçirir. Peşəkar şirkət 1949-cu ildən fəaliyyət göstərir və aktyor təlim proqramı ilə tanınır.[110] Regionda bir neçə digər yarı-peşəkar və həvəskar orkestr və teatr mövcuddur, məsələn, Cider Mill Playhouse.[107]
Binhemtonun mərkəzindəki Roberson Muzeyi və Elm Mərkəzi Binhemton Ziyarət Mərkəzinə, Link Planetariyasına və Böyük Binhemton və Cənub Dayağının mədəniyyəti və tarixini əks etdirən bir sıra eksponatlara malikdir.[107][111] Kopernik Rəsədxanası və Elm Mərkəzi rəsədxanası ABŞ-nin şimal-şərqində ən böyük ictimai rəsədxanadır.[112] Cənub bölgəsində Ross Parkda yerləşən Binhemton zooparkə 1875-ci ildə açılıb və ölkənin ən yaşlı beşinci zooparkıdır.[113]
Binhemton dünayda karusel payatxtı kimi tanınır. Belə ki, şəhər 6 qədim karuselə sahibdir. Bunlardan ikisi şəhərin daxilində, Rekreasiya parkında və Ross parkdakı Binhemton zooparkında yerləşir.[114] Digərlərinə isə, Fleps Mansion muzeyi, Katler botanika bağı, Bandi Tarix və İncəsənət muzeyi və interaktiv, uşaqlara xidmət göstərən Kəşf mərkəzi daxildir.[112] Hazırda yerli istehsal sahəsinə həsr olunmuş Texnologiya və İnnovasiya Mərkəzi inşa edilir.[115][116]
Binhemton bölgədə spidi kimi tanınan ənənəvi yeməyə sahibdir. Bu yerli miqyasda çox məşhurdur və əksər restoranlar spidini öz menyularına daxil ediblər, lakin bu yalnız Cənub Dayağı və Mərkəzi Nyu-Yorkun kənarında məhdud nüfuza malikdir.[117] Spidilər hər avqust ayında Otsininqo parkında təşkil edilən Spidi festivalında və Şar yürüşündə qeyd olunur və hər il 100.000-dən çox insanı cəlb edir.[118]
Şəhərdə keçirilmiş digər illik tədbirlərə mart ayında Patrik günü paradı,[119] iyul festivalı (1962-ci ildən bəri şəhərdəki caz musiqisi, sənət və sənətkarlıq festivalı),[120] avqust ayında 100 yaşlı Müq. Məryəm,[121] Körpüdə ağılar (Cənubi Vaşinqton küçəsi körpüsündə baş verən sentyabr musiqisi festivalı),[122] hər oktyabr ayında Kalumb günü paradı və yürüş edən orkestr qrupu rəqabəti olan İtalyan festivalı daxildir.[123] Brum şəhəri 2001-ci ildə Nyu-York İqtisadi İnkişaf Departamenti tərəfindən Nyu-Yorkda keçirilən "Mən Nyu-York festivalını sevirəm" festivalı ilə tanınan "Festivalların festivalı" adlandırdıqları bir neçə festivala (onun irsinə görə etnik bayramların əhəmiyyətli bir konsentrasiyası da daxildir) sahibdir.[124] Qeyd edək ki, keçmiş festivallara Yegatta Regatta və Çayda Konsert verənlər daxildir.[125]
Binhemton sakinləri adətən Amerikan ingilis dilinin daxili şimal dialektini danışır və bölgə Buffalo, Roçester və Sirakus da daxil olmaqla fərqli izoqlossa qrupuna daxil olur.[126] Yerli vurğuların əksəriyyəti şimal şəhərlərində səsli keçidlərə məruz qalmışdır, baxmayaraq ki, bu tamamilə qəbul edilməmişdir.[127] Digər şimal şəhərlərindən fərqli olaraq, Binhemtondakı insanlar snikers kimi adlanan idman ayaqqabısına (tennis ayaqqabısı kimi) və soda kimi alkoqollu içkilərə (pop şirə deyil) üstünlük verirlər.[128]
Bölgə Şərq Liqasının Binhemton Rambl Ponies (Nyu-York Metselin AA filialı) oyununa sahibdir. Köhnə B-Mets Cose Reyes, Devid Rayht, Preston Vilson, Ike Devis, Zak Viler, Edqardo Alfonzo, Con Niez və Cey Peyton kimi ulduzları əsas komandaya göndərdi.
Binhemton 1877-ci ilə qədər peşəkar təşkil olunmuş beyzbol tarixində uzun bir dövrə malikdir. Komandaların ləqəblərinə Krikets, Binqos və uzun illərdir Binhemtonu Nyu York Dövlət Liqasında, Nyu York-Pennsilvaniya Liqasında, Beynəlxalq Liqa və Şərq Liqasında (1892-94, 1938–1963, 1967–1968, 1992-indiki) təmsil edən Triplets daxildir.
Beynəlxalq Liqanın 1887 Binhemton Binqosu, ağ oyunçuların komandada iki qara oyunçuya qarşı üsyan etdiyi zaman milli maraqlara özünə çəkdi. Liqanın ətrafında reaksiya Binhemtonu qara oyunçuları azad etməyə məcbur etdi və komandanın özü də qısa müddət sonra qatıldı.
1923-cü ildə qurulan Şərq Liqasının Binhemton Triplets komandası 1932-ci ildə Nyu York Yankisin bir icarı klubu oldu və 1968-ci ildə komandanı sıxışdıranda Nyu Yorka bir çox oyunçu göndərdi.
Binhemton həmçinin iki yarı peşəkar Amerika futbol komandasına sahibdir, bunlara Brum əyaləti əjdahaları (İmperator Futbol Liqası üzvləri) və Cənub dayağı yaşıl maşını (Şimali Amerika Futbol Liqasının üzvləri) komandalarına ev sahibliyi etmişdir. Bundan əlavə, Binehmtonun iki qadın futbol komandası var; Binhemton Tayqer Kətz (Müstəqil Qadınlar Futbol Liqası üzvləri) və Cənub Dayağı Spitfayr (Qadın Futbol Alyansının üzvləri). 2015-ci ildən bu komandaların heç biri oynamır.
Açıq B. C. turniri 1971-ci ildən 2005-ci ilə kimi Endikot En-Joi qolf kursunda davam edən PGA idman tədbirlərinə daxildir. (Qeyd edək ki, 2006-cı ildə keçirilən Açıq B. C. turniri 2006-cı ilin iyun ayında Saskuehanna çayının daşqını zamanı geniş ziyana görə Verona şəhərində keçirildi). 2007-ci ildən etibarən şəhər, Dik İdman Mallarında baş tutan Açıq PGA çempionatına ev sahibliyi etdi. Tədbir B. C. Endikotda En-Joi qolf sahəsində həyata keçirildi.
Peşəkar hokkey Binhemtona ilk dəfə 1973-cü ildə Şimali Amerika Hokkey Liqasının Brum Daster komandası ilə gətirilmişdi. Dasters komandası daha əvvəllər peşəkar hokkeydə çox da yayılmayan açıq üslubda oyunları ilə maşhur idi. 1977-ci ildə liqa tamamlanandan sonra Amerika Hokkey Liqasının Providens komandası Binhemtona köçdü və Binhemton Dasters adlandırıldı. 1980 və 1990-cı illər arasında komanda Binhemton Velers adlandırıldı.
Şəhər həmçinin il ərzində Peşəkar Tennis Yarışması, Amerika Birləşmiş Ştatlarının Teniss Assosiasiyasının bir hissəsi olan Leven Qouldin & Tomson Tennis Yarışması (keçmişdə Frito-Lay Tennis Yarışması kimi tanınan) kimi idman yarışlarına ev sahibliyi edir. Lleyton Hevit, Ceyms Bleyk və son zamanlarda Andi Mörri kimi tennis yarışlarının məşhur simaları öz kareyalarının ilkin başlanğıcını bu idman yarışı ilə qoymuşlar və onu ABŞ Açıq tennis yarışmasının yaz kolonu olaraq istifadə etmişlər.[129]
Binhemton Universiteti Amerika Şərq Konfransının üzvü kimi I kollec idmanlarını oynayır. Üçüncü Diviziya kollec idmanları, Brum cəmiyyətinin kollecində oynanır. Seton Hall kişilərdən ibarət basketbol komandasının köhnə baş məşqçisi Bobbi Qonzalez burada anadan olub və onuna iləsi hələ də burada yaşayır. Monmauz Universitetinin baş basketbol məşqçisi Kinq Reys Binhemton Liseyinə qatıldı.[130]
Binhemtonda iki qeyri-peşəkar idman turniri keçirilir. Stop DWI Holiday Classic — milli səviyyədə tanınmış orta məktəblərin basketbol turniri — Milad mövsümündə şəhərdə keçirilir və Orlando, Nyu-york şəhəri, Filadelfiya, Kentuçki, Sinsinnati və digər böyük metropoliten bölgələrdə 16-cı ən məşdur idman yarışıdır . Dünya Gənclər Klassikası dünya səviyyəli Legion beysbol komandalarına sahib olan Amerikan Gənclər Legionunun beysbol turniridir. İyul ayında təşkil edilən bu yarış Florida, Kentuçki, Ohayo, Nyu-York, Georgiya və Yeni İngiltərə komandalarından ibarətdir. İl ərzində 32 komanda oynaya bilər.
1978-ci ildən Amerika Motosiklet Assosiasiyasının Motokoress Çempionatı Brum-Tioqa idman mərkəzində keçirilir. İdman ayrışları seriyasının bu növü bu yaxınlarda Texasa köçürülmüşdü və artıq Brum-Tioqa idman mərkəzində keçirilmir. Burada həmçinin Nyu-York ştatı Motorkros çempionatlarının hər payız və mövsüm ərzində digər yarım idman yarışları keçirilir.
Binhemton öz velosiped və idman gəzintisi klubları, idman avadanlıqlarının təchizatı və idman yarışları üçün əlverişli yolları ilə tanınır. Binhemtonun çay yolu Konflyuens parkından başlayaraq, çayların kəsdiyi və Martin Lüter Kinq, Promeneyd və Noyes adalarından Şimal bölgəsində Çeri Lindsey parkına kimi keçərək Çenanqo çayı boyunca hərəkət edir. 2007-ci ildə Binhemton Country Home jurnalı tərəfindən ABŞ-da doqquzuncu ən yaşıl şəhər seçildi.[131]
1867-ci ildə bir şəhər olaraq formalaşandan bəri Binhemtonda mərkəzləşdirilmiş idarəetməsi forması mövcuddur. Şəhərin idarəetmə orqanı əvvllər Kollier küçəsindəki bələdiyyə binasında yerləşirdi (indi Böyük Royal oteli), indi isə Dövlət və Hovli küçələrində Hökumət sarayının qərb hissəsində Binhemton Bələdiyyə binasında yerləşir. İcra başçısı və məclis üzvləri dörd il müddətinə seçilir. Binhemton Şəhər Şurası inzibati bölgülərə əsasən müəyyən edilmiş yeddi şuranın üzvlərindən ibarət vahid bir orqandır.
Binhemtonun hazırkı bələdiyyə başçısı Riçard Deviddir. Bələdiyyə başçısı aşağıdakı şəhər şöbələrinə nəzarət edir:[132]
|
|
|
azırkı Şəhər Şurası aşağıdakı 7 üzvdən ibarətdir:
|
|
Binhemton Şəhər Şurası, ayın birinci və üçüncü bazar ertəsi günləri saat 18.00-da şuranın iş otağında keçiriləcək iş sessiyaları üçün toplanır. Şuranın iclasları da hər ayın birinci və üçüncü çərşənbə günü, ayın ilk bazar ertəsi günü saat 18:30-da Şuranın Palatalarında keçirilir.[134]
Binhemtonun Məhəllə İcması Proqramı 7 məhəllədən təşkil olunub. Proqram daxilində şəhər sakinləri daha çox müsbət dəyişikliyə nail olmaq üçün öz narahatlıqlarını, ümidlərini və ehtiyaclarını bölüşürlər icra şəhərin idarəetmə orqanları və icma üzvləri ilə birlikdə fəaliyyət göstərirlər. Təşəbbüs Binhemton şəhəri, Nyu-York ştatının nümayəndəliyi və Binhemton Universitetində Qadın Problemləri ilə bağlı Araşdırmalar Mərkəzinin birgə əməkdaşlığının nəticəsi olaraq irəli sürülmüşdür.
Proqram 2006-cı ildən 2009-cu ilədək Amerika Əməkdaşlıq Korpusunun VISTA könüllüləri tərəfindən dəstəklənmişdir və onlar proqramı KİV-ləri ilə təmin ediv və gənc təşəbbüsçüləri öz fəaliyyətlərini həyata keçirməkdə yardım ediblər. Proqram idarəetmə orqanları ilə sadə vətəndaşları yenidən birləşdirmək üçün effektiv üsul idi, lakin icra başçısı olan Ryanın birinci faəliyyət dövründə yalnız iki məhəllə proqramı aktiv fəaliyyət göstərdi. Şəhər artıq proqramın məsələlərinə birbaşa dəstək göstərmirdi, lakin Cənub bölgəsi və Şimal bölgəsində məhəllə proqramının aylıq görüşləri davam edirdi və əksər hallarda şəhər sakinləri tərəfindən idarə olunurdu.
Binhemton şəhərindəki ictimai təhlükəsizlik Binhemton Şəhər Departamentindəki 124 polis məmuru[135] və Binhemton Yanğın Departamentindəki 119 yanğınsöndürənin öhdəsinə düşür.[136] Binhemton Yanğın Departamentinin ümumi işçi heyəti 119 nəfərdən ibarətdir və xilasetmə qurğular və tibbi ləvazimatlar ilə təchiz edilmişdir.
Binhemton şəhəri Binhemton İnsan Hüquqları Qanunu adlanan 08–1 Yerli Qanunu qəbul etdi. Qanunda iş yerlərində, ailədə, təhsil və ictimai yaşayış yerlərində gender kimliyi və ya ifadəsi, insanların çəki və boylarına görə ayrıseçkiliyə məruz qalmasına qarşı qoyulan qadağalar da daxil olmaqla dövlət və fedeal hökumətə təklif olunan qorunmaların təkmilləşdirilməsi yer alır. 2011-ci ildə Nyu-York Ümumi Bələdiyyə Qanunu 239-O və Binhemton Yerli Qanununun 11–3 saylı bürosunda Binhemton şəhəri Binhemton İnsan Hüquqları Komissiyasını təsis etdi, bu qanun vəzifəsindən asılı olmayaraq insanlara qarşı ayrıseçkiliyin bütün formalarını qınayır, yaş, irq, dəri rəngi, inanc, din, milli mənsəb, ailə vəziyyəti , əlillik, nikah statusu, cinsi əlaqə, cinsi oriyentasiya və ya cinsi özünüifadə, çəki və ya boydan asılı olmayaraq, həmçinin veteran statuslu və ya cinayət məsuliyyəti olan insanlara qarşı istənilən formada ayrıseçkiliyə qarşı cinayət cəzası tətbiq edir. Qanun haqqında bütün məlumatlar Komissiyanın internet səhifəsi olan : www.binghamtonhrc.org ünvanından əldə edilə bilər.[137][138]
The Press və Sun-Bulletin Binhemtonda əsas günlük qəzetləridir. 2014-cü ildə Binhemtonda ABŞ ərazisindəki 159-cu ən böyük televiziya mərkəzi[139] və 187-ci ən böyük radio mərkəzi istifadəyə verildi.[140] Televiziya və radio mərkəzi Amerika Yayım Şəbəkəsinin tərkibinə daxil olan televiziya stansiyaları ilə yayımlanır. WSKG_TV 46 stansiyası Binhemtonun İctimai Yayım Xidmətinə daxildir və Cənub bölgəsində böyük bir əraziyə xidmət edir. Binhemtonun əksər radio stansiyaları 3 qrupdan birinə məxsusdur: Townsquare Media, iHeartMedia və ya yerli olaraq fəaliyyət göstərən Equinox Broadcasting.[141][142]
Binhemton ilk dəmiryollarının yarandığı vaxtlardan Ştatlararası Magistral yolu Sisteminin əsas qovuşduğu məkandır. Əhəmiyyətli şimal-cənub yolu olan Ştatlararası 81 yolu şəhəri Pensilvaniya və Appalaçia ilə birlikdə Sirakus və Ontarioya da birləşdirir. Binhemton həmçinin Albaniyaya birbaşa marşrut təmin edən Ştatlararası 88-in qərb dayanacağı kimi xidmət edir. Cənub Dayağının sürətli avtomagistral yolu olan Nyu-york Ştatı 17-ci Marşrutu Ştatlararası 86-cı yola yüksəldilməsi mərhələsindədir və qərbi Cənub Dayağı Pensilvaniya ştatındakı Eri şəhəri ilə birlikdə Nyu-York şəhərinə gedişi təmin edən Nyu-Yorkun cənub sərhədini özünə birləşdirir. 1953 və 1966-cı illər arasında, dövlət Brandivayn magistral yolu, Şimal Sahili marşrut yolu və şəhərin daxilində Vestal magistral yolunun bir hissəsini əhatə edən nəqliyyat hərəkətini yüngülləşdirmək üçün arterial sistem qurdu.[143] Şəhərdəki digər əsas magistral yollarına Çenanqo küçəsi, Meyn küçəsi və Kourt/Front küçələri daxildir.
Binhemton və kənar ərazilərdə ictimai nəqliyyat gündəlik avtobus xidməti olan Brum Kounti Tranzit tərəfindən xidmət göstərir. Binhemton Universitetinin tələbələrinə Off-Campus College Transport tərəfindən də xidmət göstərirlər. Şəhərlərarası avtobuslar 2010-cu ildə açılmış və həmçinin Brum Kounti Tranzit mərkəzi kimi xidmət edən Böyük Binhemton Nəqliyyat Mərkəzindən qaynaqlanır.[144] Ourbus İtaka-Binhemton-Manhattan arasında gündəlik avtobus xidməti təklif edir. Qreyhaund Layns Baffalo, Sirakus, Roçester, Skranton, Toronto və Nyu-York şəhərlərinə birbaşa marşrutlar təmin edir. Çşort Layn avtobusları Olean, Itaka, Yutika, Albaniya, Nyu-york şəhəri və Lonq Aylanda xidmətlərini təklif edir. Nyu-York Treylveys də Albaniya və Roçesterə birbaşa xidmət göstərir.
Böyük Binhemton Hava Limanı (IATA kodu BGM, ICAO kodu KBGM), orta ölçülü bir regional hava limanı və qrafikləm nəzərdə tutulmuş hava xidmətini təklif edən yeganə hava limanıdır. Şəhərin mərkəzindən 16 km şimalda yerləşən hava limanı Delta Hava yollarından Detroyta qeyri-daimi uçuşlar həyata keçirir.[145] Bölgədə həmçinin, qərbə 16.9 km (16.9 km) olan Tri-Cities hava limanı adlanan ümumi aviasiya aeroportu var.
Binhemton üç yük dəmiryolu ilə xidmət göstərir. Cənubi Norfolk Dəmiryolu Binhemtonu Cənubi Tier Meyn Layn (keçmiş Eri Lakavan magistral yolu) və Albaniya və Pensilvaniya ştatının Harrizburq şəhəri (əvvəllər Delaver və Hadson Dəmir yolu) arasında əsas xətt ilə xidmət edir. Nyu-York, Saskuehanna və Qərb Dəmir Yolu Binhemtondan Sirakus və Yutika xəttlərini saxlayır və Mərkəzi Nyu-York dəmiryolları Yervis limanına yük xidməti təklif edir. Binhemtonda hazırda dəmiryol yolçu xidməti yoxdur. Son planlaşdırılan xidmət, Göllər Şəhərləri, Hoboken, Nyu Cersidən Çikaqoya qədər qatar xidməti 6 yanvar 1970-ci ildə sona çatdı.[146] Nyu-York senatoru Çak Şumer hazırda Binhemton və Nyu-york şəhəri arasında Skranton və Lakavanna Cut -Off vasitəsilə sərnişin dəmiryol xidmətini özündə cəmləşdirir.[147]
Elektrik və təbii qaz xidmətini Nyu- York Dövlət Elektrik və Qaz şirkəti təchiz edir və paylayır. Şəhərdəki simsiz provayderi olan Time Warner Cable həmçinin yüksək sürətli internet və rəqəmsal telefon əlaqəsi təklif edir. Verizon yerli telefon və internet xidmətini təmin edir. Plexicomm simsiz internet və VoIP telefon xidməti təklif edir.[148] İctimai məsələlərin Şəhət Departamenti məişət tullantılarının toplanılması və təkrar emalını həyata keçirir və şəhərin keçə işıqlarını təmin edir.[149] Şəhər Plexicomm tərəfindən dəstəklənən şəhər ərazisində pulsuz bir bələdiyyə simsiz şəbəkəsini təmin edir.[150]
Su və kanalizasiya xidmətləri şəhər hökuməti tərəfindən aparılır. Binhemtonda içməli suyun əsas qaynağı Saskuehanna çayıdır, suyu təmizləyici qurğu vasitəsilə təmin olunur.[151] Kanalizasiya emal edilir və Binhemton-Conson Şəhər Birgə Kanalizasiya Təmizləmə zavodunda Saskuehanna çay axınına geri qaytarılır. Kanalizasiya zavodu Tropik Storm Lee tərəfindən ciddi şəkildə ziyan gördü və 90 milyon dollarlıq təmir tələb olundu.[152]
Vahid Səhiyyə Xidmətləri (UHS) Cənubdakı Binhemton ümumi xəstəxanasında fəaliyyət göstərir, Lourdes xəstəxanası Müq. Vinsent de Paul Xeyriyyə Xidməti tərəfindən maliyyələşdirilir. Dr. Qarabed A. Fattal Community Free Clinic, Upstate Tibb Universiteti tərəfindən idarə olunur və Brum əyaləti Səhiyyə İdarəsi və Vahid Səhiyyə Xidmətləri ilə birlikdə xidmət göstərir.[153] VSX Vilson Tibb Mərkəzinin üçüncü böyük bir xəstəxanası Conson şəhərindədir.
Nyu-York Dövlət Ruhi Sağlamlıq İdarəsi uşaq davranışları üçün mükəmməl regional mərkəz olacaq Böyük Binhemton Sağlamlıq Mərkəzini idarə edir. Brum İnkişaf Mərkəzi, 2016-cı ildə bağlanana qədər Əlillər İnkişaf İdarəsi tərəfindən idarə olunurdu. Hər iki qurum son illərdə xəstə sayılarının azaldığının şahidi oldu.[154][155]
Binhemtonun qardaş şəhərlərinə aşağıdakılar daxil edilir:[156]
Binhemtonun həmçinin yerli qardaş şəhər layihəsi var:[157]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |