Otto fon Bismark

Otto Eduard Leopold fon Bismark-Şönhauzen (alm. Otto Eduard Leopold von Bismarck-Schönhausen‎; 1 aprel 1815[3][4][…], Şönhauzen, Prussiya[1][2]30 iyul 1898[3][4][…]) — alman dövlət xadimi və XIX əsr dünya siyasətinə ciddi təsir etmiş şəxs. 1862–1890-cı illərdə Prussiyanın əvvəlcə nazir-prezidenti (alm. Ministerpräsident‎) olmuş, sonra isə kansleri kimi Almaniyanın birləşdirilməsi məsələsi ilə məşğul olmuşdur.

Otto fon Bismark
alm. Otto von Bismarck
Otto fon Bismark hərbi geyimdə, 18 may 1889
Otto fon Bismark hərbi geyimdə, 18 may 1889
21 mart 1871 – 20 mart 1890
MonarxI Vilhelm (1871-1888)
III Fridrix (1888)
II Vilhelm (1888-1890)
SonrakıLeo fon Kaprivi
23 sentyabr 1862 – 1 yanvar 1873
MonarxI Vilhelm
ƏvvəlkiAdolf Hohenloh-İngelfingen
SonrakıAlbrext fon Run
9 noyabr 1873 – 20 mart 1890
MonarxI Vilhelm (1871-1888)
III Fridrix (1888)
II Vilhelm (1888-1890)
ƏvvəlkiAlbrext fon Run
SonrakıLeo fon Kaprivi
1867 – 1871
PrezidentI Vilhelm
Prussiyanın 23-cü xarici işlər naziri
1862 – 1890
MonarxI Vilhelm (1871-1888)
III Fridrix (1888)
II Vilhelm (1888-1890)
ƏvvəlkiAlbrext fon Bernştorf
SonrakıLeo fon Kaprivi
Şəxsi məlumatlar
Doğum adı Otto Eduard Leopold von Bismarck[2]
Doğum tarixi
Doğum yeri Şönhauzen, Prussiya
Vəfat tarixi (83 yaşında)
Vəfat yeri Fridrixsru,  Almaniya İmperiyası
Partiya
Təhsili Göttingen Universiteti
Fəaliyyəti siyasətçi, diplomat, hüquqşünas, zabit, yazıçı
Atası Karl Vilhelm Ferdinand fon Bismark
Anası Vilhelmina Luiza Menke
Həyat yoldaşı İohanna fon Puttkamer
Uşaqları Herbert
Vilhelm
Meri
Dini Lüteran
Hərbi xidmət
Döyüşlər
Rütbəsi general-feldmarşal[1], Leytenant[1]

Təltifləri "Müqəddəs apostol Andrey Pervozvannı" ordeni Müqəddəs Aleksandr Nevski ordeni 1-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni Lifesaving Medal Knight of the Order of the Golden Fleece Qara Qartal ordeni Pour le Mérite Knight Grand Cross in the Order of the Netherlands Lion İsa Məsihin Ali Ordeni Serafimlər ordeni Order of the Most Holy Annunciation Grand Cross of the Order of the Immaculate Conception of Vila Viçosa Order of the Crown Order of Ludwig I İncəsənət və elm sahəsində Pour le Mérite ordeni
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1867-ci ildə Şimali Alman İttifaqının, 1871-ci ildə isə birləşmiş Almaniya İmperiyasının ilk kansleri olmuş və yeni dövlətin möhkəmlənməsi üçün mühüm işlər görmüşdür. Bismark Şönhauzen qrafı, Lauenburq hersoqu, Bismark şahzadəsi titullarını daşımış, general-feldmarşal statusunda general-polkovnik rütbəsinə layiq görülmüşdür. Sərt diplomatiyası və güclü idarəçiliyinə görə ona "dəmir kansler" ləqəbi vermişdilər.

Bismark on bir yaşında (1826)

Otto fon Bismark 1815-ci il aprel ayının 1-də Berlindən qərbdə yerləşən Prussiya əyaləti olan Brandenburqda yerləşən Şönhauzendə (indiki Saksoniya-Anhalt torpağı) Karl Vilhelm Ferdinand fon Bismark (1771–1845) və Vilhelmina Luiza Menkenin (1790–1839) kiçik zadəgan ailəsində dünyaya gəlmişdir. Ailənin ikinci oğlan uşağı olan Otto öz uşaqlıq illərinin ilk vaxtlarını Hinterpommerndə Nauqard şəhərində keçirmişdir.

Atası Karl Vilhelm Ferdinand fon Bismark mülkiyyətçi və Prussiya ordusunun keçmiş zabiti, anası Luiza Menke Berlin hökumətində yüksəkvəzifəli məmurun qızı idi.

Valideynlərinin fərqli sosial təbəqələrdən çıxmaları Ottonun həyatına böyük təsir göstərmişdir. O fiziki cəhətdən atasına çəkmiş, onun kimi zabit olmuş, atasının mənşəyinə görə qürur duymuşdur. Anasından isə yalnız iti düşüncəni yox, həm də rasionallığı və danışıq həssaslığını götürmüşdür. Onun kiçik zadəganlara xas olmayan yüksək təhsil ala bilməsi anasının sayəsində baş vermişdir. Otto təbəqəsinə xas olmayan yüksək intellektə və düşüncə tərzinə malik olmuşdur. O, ingiliscə yazır və oxuyur,[5] polyakca danışır, fransızca[5] və rusca sərbəst bilirdi.[6] Otto həyat yoldaşına məktublarında Uilyam ŞekspirdənCorc Bayrondan sitatlar gətirirdi.

Kadetlər məktəbində oxumaq əvəzinə o, 1822–1827-ci illərdə Berlindəki, yüksəkvəzifəli şəxslərin övladlarının təhsil aldığı "Plamann" internatına gedir. 1827-ci ildə isə Fridrix Vilhelm gimnaziyasına keçir. 1830–1832-ci illərdə təhsilini Berlindəki humanitar gimnaziyada davam etdirir. Məktəbdə Bismarkın natiqlik məharəti ilə fərqləndiyi bildirilirdi.

Universitet illəri və əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
Otto fon Bismark (1836)

Orta məktəbi bitirdikdən sonra 1832-ci ildə 17 yaşlı Bismark Gettingendəki Georq Avqust Gettingen Universitetində hüqüq elmini öyrənir. O, tarix və ədəbiyyatla ciddi maraqlansa da, təhsildə cox zəif idi. Həmin dövrdə o tez-tez duellərdə iştirak edirdi. Duellərdən birində üzündən yaralanmışdı. Bu müddətdə onu maraqlandıran şəxslər – mühazirə zamanı beynəlxalq dövlət sistemlərinin fəaliyyət prinsiplərinin eskizlərini quran, tarix müəllimi Arnold Lüdviq Heeren və şəxsi münasibətlər yaratdığı amerikalı tələbə Con Lotrop Motley idi. Bismark Motleylə həyatının sonuna kimi dost olmuşdur. Motley sonradan məşhur tarixçi və diplomat olmuş və Bismarkın obrazını "Mortonun ümidləri və əyalətdən çıxanın xatirələri" (1839) romanında yaratmışdır.

Gettingen Universitetindəki təhsilini yarımçıq qoyan Bismark 1833-cü ildən öz təhsilini Berlin Universitetində davam etdirir. 1835-ci ildə o, burada dövlət imtahanı verərək təhsilini başa vurur. Diplomat olmaq arzusuna baxmayaraq Berlin və Potsdam məhkəmələrində vəkillik edir. Sonralar imtahan verərək ədliyyə və idarəçilik xidmətinə keçir və Aaxendə hökumət referenti kimi çalışır.

Bismark 1838-ci ildə könüllü olaraq bir il hərbi xidmətə gedir. O, yeger qvardiya batalyonunda zabit rütbəsinə qədər qalxır. Ancaq anasının xəstəliyi onu xidmətini yarımçıq qoymağa məcbur edir. 1939-cu ildə anasının vəfatından sonra isə o artıq valideynlərindən qalan təsərrüfata rəhbərlik etməyə məcbur olur. Hinterpommern əyalətində məskunlaşan Bismark öz gəlirini artırmaq üzərində düşünür və öz nəzəri bilikləri və praktik fəaliyyəti ilə tezliklə qonşularının hörmətini qazanır.

Berlində təhsilini başa vurmuş kiçik bacısı Malvina ilə Ottonun arasında mənəvi yaxınlaşma baş verir. Onlar bir-birini gözəl başa düşürlər. Otto öz bacısını dostu Arminlə tanış edir və onlar bir ildən sonra evlənirlər.

Onun həyatı təqribən otuz yaşında dostunun həyat yoldaşı Mari fon Taddenlə yaranmış dostluqdan sonra kəskin dəyişir. Onun təsiri ilə o lüteran kilsəsinə inanc gətirir və ilk dəfə dua edir. Marinin vasitəsilə onun əmisi qızı, gələcək həyat yoldaşı İohanna fon Puttkamer ilə tanış olur. 28 iyul 1847-ci ildə onlar evlənirlər. Bu nikahdan onların üç uşağı olur: Mariya (1848–1926), Herbert (1849–1904) və Vilhelm (1852–1901). İohanna utancaq və dindar qadın idi, o öz həyatını tamamilə Bismarka uyğunlaşdırır və ona anasından almadığı emosional istiliyi bəxş edir. Onların bir-birinə yazdıqları məktublar XIX əsr məktub ədəbiyyatının incilərindən sayılır. Ottonun həyat yoldaşı İohanna və bacısı Malvin həyatı boyu ona daima dəstək olmuşlar.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

İlkin siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
Bismark və Prussiya kralı IV Fridrix Vilhelm

1847-ci ildə 32 yaşında Bismark ilk dəfə olaraq yeni yaradılmış Prussiya landtaqına deputat seçilmək arzusuna düşür. O bunun üçün hətta toyunu da müvəqqəti olaraq təxirə salır və 11 may 1847-ci ildə parlamentə seçilir. Həmin dövrdə liberallar və kral hakimiyyətini dəstəkləyən konservativ qüvvələr arasında qarşıdurma yaşanırdı. Liberallar IV Fridrix Vilhelmdən konstitusiya və böyük vətəndaş azadlıqları tələb edirdilər, kral isə bu məsələdə tələsmirdi. Ona Berlindən Şərqi Prussiyaya dəmir yolu çəkmək üçün maliyyə vəsaiti lazım idi. Məhz bu məqsədlə o, 1847-ci ilin aprelində səkkiz əyalətin parlamentlərindən ibarət olan birləşmiş parlament yaratdı.

Landtaqda iştirak etdiyi ilk gündən Bismark qalmaqallarla yadda qalır. O, çıxışı zamanı liberal deputatın 1813-cü ildəki azadlıq müharibəsinin konstitusiyaya uyğun olması barədə fikirlərini inkar etməyə cəhd edir. O açıq şəkildə monarxın ilahi qüvvə tərəfindən hakimiyyətə malik olması barədə çıxışlar edir.

Bir ay sonra o daha da aqressiv tonda çıxışlar edir və mətbuat ona liberalların əsas nümayəndəsi olan Georq fon Finkeyə qarşı çıxışlarına görə "Finkenin təqibçisi" ləqəbini verir. Ölkədə inqilab əhval ruhiyyəsi yetişməyə başlayır. Bu, əsasən ərzaq məhsullarının qiymətlərinin artması ilə əlaqədar şəhər əhalisi arasında yaranan narazılıqlarla bağlı idi. Həmin gərgin siyasi şəraitdə nəhayət ki, Otto fon Bismark və nişanlısı Yohanna Puttkamer evlənirlər.

Prussiya 1848-ci il hadisələrində

[redaktə | mənbəni redaktə et]

1848-ci ilin martında bütün Avropa kimi Prussiyanı da inqilab dalğası bürüyür – Fransa, Almaniya və Avstriyada iğtişaşlar baş verir. Prussiyada da vətənpərvər liberalların təzyiqi altında baş verən inqilabda Almaniyanın birləşməsi, konstitusiyanın qəbul edilməsi tələb olunurdu. Prussiya kralı IV Fridrix Vilhelm əvvəl inqilabdan qorxaraq, Berlinə qoşun yeritmək və təhlükəsizlik üçün Potsdama köçmək istəsə də sonradan sakitləşir və liberallara geniş güzəştlər vəd edir. Konstitusiya qəbul edilməsinə söz verir, vahid alman dövləti arzusunu bildirir, hətta inqilabçıların qara-qırmızı-qızılı rəngində paltar da geyinir. Baş nazir postuna isə liberal Ludolf Camı təyin edir. Bismark o dövrdə güzəştə gedən monarxın qərarlarından məyus olur.

Malik olduğu reputasiyaya görə Bismarkın yeni yaradılan və kişi əhalisinin səsləri ilə seçilən Prussiya milli məclisinə düşmək şansları azalır. Bismark yunkerlərin ənənəvi hüquqlarının azalmasına görə narahatlıq keçirirdi, lakin sonradan o qəbul edir ki, inqilab görünən qədər də qorxulu deyildir. Ona geriyə, kənd təsərrüfatına qayıtmaq və yeni konservativ "Kroytssaytunq" qəzetində məqalələr yazmaqdan başqa çarə qalmır.

Liberal hərəkat daxili çəkişmələr hesabına 1848-ci ilin axırına zəifləməyə başlayır, mühafizəkarlar isə əksinə kral ətrafında birləşə bilirlər. Bunun məntiqi nəticəsi kimi 1848-ci ildə əks-inqilabi çevriliş baş verir. Kral parlamenti buraxır və Berlinə qoşun yeridir. Bu çevrilişdə Bismarkın əhəmiyyətli roluna baxmayaraq kral ona nazir postu vermir.

Bismark əvvəl kəndlilərini orduya yazdırmaq istəyir, sonra isə orduya ərzaq yardımı təklif edir. Eyni zamanda onun kral ailəsi ilə isti münasibətləri yaranmağa başlayır. O hətta kralla onun münasibətləri pis olan qardaşı arasında münasibətləri də düzəltməyə çalışır.

Prussiya konstitusiyalı monarxiya kimi

[redaktə | mənbəni redaktə et]

Tezliklə inqilabçıların bütün istəklərini əks etdirməsə də konstitusiya qəbul edilir və iki pilləli parlament yaradılır. Kral fövqəladə sərəncamlarla ölkədə siyasi vəziyyəti idarə etmək hüququnu özündə saxlayırdı. Bu konstitusiya liberalların gözləntilərini doğrultmasa da, Bismark onu çox mütərəqqi hesab edirdi. O vəziyyətlə razılaşır və parlamentin aşağı palatasına düşməyə çalışır. Çətinliklə də olsa ona seçkidə qalib gəlmək nəsib olur. O 26 fevral 1849-cu ildə yenidən deputat yerini tutur.

Burada Bismark Almaniyanın birləşməsinin əleyhinə çıxır, bildirir ki, bu Prussiyanın proseslərdə müstəqil hərəkətinə mane olacaq. Parlament kral tərəfindən yenidən buraxıldıqdan sonra Bismarkın təkrar seçilmə şansı azalır, lakin seçki sistemində edilən dəyişikliklər ona bu dəfə də parlamentə düşməyə imkan verir və avqustun 7-də o yenidən deputat seçilir.

Bir müddət sonra AvstriyaPrussiya arasında yaranan ərazi münaqişəsi irimiqyaslı müharibəyə çevrilmək təhlükəsi yaradır. Erfurt ətrafında baş verən qarşıdurma nəticəsində Prussiya Avstriyadan əl çəkməsini nəzərdə tutan "Olm müqaviləsini" imzalayır.

Bununla da Prussiyanın rəhbərliyi ilə Almaniyanın birləşməsi planı baş tutmur. Bismark bu müqaviləni dəstəkləyir, çünki hesab edir ki, həmin ərəfədə Almaniyanın müharibədə qalib gəlmək şansı aşağı idi.

Bismark haqqında dövründəki karikatura: "Divar daşdandır. Mənim alnım isə dəmirdən deyil. Elə isə alnımı ora niyə vurmalıyam ?"[7]

Böyük siyasətin ilk pilləsində

[redaktə | mənbəni redaktə et]

1851-ci ildə diqqəti çəkən Bismark IV Fridrix Vilhelm tərəfindən Frankfurt lantaqında (parlamenrində) Prussiyanın rəhbərlik etdiyi Alman İttifaqının təmsilçisi təyin edilir. Bismark Lantaqdakı deputat yerindən imtina etsə də kral tərəfindən Prussiya lordlar palatasının üzvü təyin edilir. Frankfurtda o tez-tez Avstriya nümayəndəsi qraf Tunla polemikalara girməli olur. O bu vəzifədə olarkən 38 il ərzində Avstriyanın xarici işlər naziri olmuş, nüfuzlu siyasətçi Klement Metternix ilə tanış olur.

Bismarkın Frankfurtda keçirdiyi səkkiz il onun siyasi baxışlarına ciddi təsir edir. Bunlar onun Berlinə nazirliyə göndərdiyi çoxsaylı memarandumlarda özünü açıq göstərir. O tədricən irticaçı fikirlərindən əl çəkir, praqmatikliyə üstünlük verir. O Prussiyanın digər alman dövlətləri ilə ittifaqının vacibliyini başa düşür, vahid alman xalqı ideyası onu cəlb edir.

Bismark səlahiyyətləri daxilində Prussiyanın RusiyaFransa ilə yaxşı münasibətlərinin olmasına çalışır. Onun uzaqgörənliyi sonradan özünü dəfələrlə göstərir. Bu məqamların unudulması 1871-ci ildə Fransanın Almaniya ilə düşmənçiliyinə, 1890-cı illərdə isə Fransanın Rusiya ilə Almaniya əleyhinə birləşməsinə səbəb olur.

1850-ci illərdə Krım müharibəsi zamanı Bismark Prussiyanın izolyasiyasından dəhşətə gəlir. Onun ölkəsi Paris sülh müzakirələrinə dəvət edilmir. O Avstriyanın Almaniyanı Rusiyaya qarşı müharibəyə cəlb etməsinə müqavimət göstərir. O, Almaniyanın birliyinin möhkəmlənməsi və Avstriyanın dominantlığına qarşı mübarizə aparır. Ancaq alman ölkələrinin təklənməsinin qarşısının alınması üçün sonradan 1879-cu ildə Bismark Avstriya-Macarıstanla İkili Alyans yaratmalı olur.

Kralın diqqətində

[redaktə | mənbəni redaktə et]
Otto fon Bismark, hərb naziri Albrext fon Run və Baş qərargah rəisi Bernhard fon Moltke (1860)

4 aprel 1857-ci ildə Bismark Fransa ilə münasibətləri yaxşılaşdırmaq məqsədilə Parisə yola düşür və orada kral III Napoleonla görüşür. Ancaq Prussiya kralının xəstələnməsi və Almaniyanın xarici siyasətində baş verən dəyişikliklər onun planlarını yarımçıq qoyur. 1858-ci ildə IV Fridrix Vilhelm insult keçirir və sağlamlığı ilə yanaşı əqli keyfiyyətlərini də itirir. Onun qardaşı I Vilhelm regent təyin edilir. O ilk günlərdən liberal siyasət yeritməyə başlayır. Eyni zamanda onun oğlunun Böyük Britaniyanın kraliçası Viktoriyanın qızı ilə evli olması da ölkənin xarici siyasətinə təsir edir.

O, Bismarkı Rusiyaya səfir göndərir. Bismarkın Rusiyaya səfir göndərilməsi irəliləyiş kimi də qiymətləndirilə bilərdi. Çünki, Rusiya Prussiyanın Avstriya ilə yanaşı iki qüdrətli qonşularından biri idi. Səfir postu onu Prussiyadakı proseslərdən kənarda qoyur. O Fransanın Avstriyanı Lombardiyadan sıxışdırmasını görərək, ölkəsinə Avstriya ilə sərhədlərini cənuba irəlilətməyə təklif edir. Bunun əvəzində isə Prussiya rəhbərliyi Fransanın Venesiyaya hücumunun qarşısını almaq üçün ciddi tədbirlər görür.

I Vilhelmin Bismarkdan xoşu gəlmirdi və bu səbəbdən ona general-mayor hərbi rütbəsini vermirdi. Bir qayda olaraq Prussiyaya hərbi müttəfiq olan ölkələrə göndərilən səfirlər bu rütbəni alırdılar. Çünki, onlar diplomatlardan daha çox hərbçilərlə təmasda olurdular.

Rusiyada olarkən Bismark səhv müalicədən hətta az qala ayağını itirmək təhlükəsi yaranmışdı.

Uzun müddət xaricdə yaşamasına baxmayaraq o alman torpaqlarının daxilində gedən proseslərdən yaxşı xəbərdar idi. 1862-ci ildə isə ona Rusiya diplomatik xidmətində vəzifə də təklif etdilər, ancaq Bismark bundan imtina edir.[8] Rusiyada olarkən onun diplomat kimi formalaşmasına Rusiyanın vitse-kansleri Qorçakov çox təsir edir. Bismark onu həmişə özünün müəllimi adlandırırdı. Qorçakov da Bismarkın qabiliyyətini yüksək qiymətləndirirdi. O deyirdi: "Böyük Fridrixin zamanında Otto onun naziri ola bilərdi".[9]. 1861-ci ilin yanvar ayında kral IV Fridrix Vilhelm vəfat edir və onun yerinə keçən I Vilhelm bir ildən sonra Bismarkı Parisə səfir göndərir. O imkandan istifadə edərək İngiltərəyə də səfər edir. O orada ölkənin baş naziri, xarici işlər naziri və əsas siyasətçiləri ilə görüşə bilir.

Prussiyanın nazir-prezidenti (baş nazir) kimi

[redaktə | mənbəni redaktə et]
III Napoleon və Otto fon Bismark Sedan döyüşündən sonra

Bismark Parisdə çox qalmır. Berlində bu zaman yeni kral I Vilhelmlə liberal yönümlü parlament arasında vaxtaşırı münaqişə baş verir. 1862-ci ildə lantaq ordunun yenidən qurulması üçün kralın istədiyi maliyyə vəsaitini ayırmaqdan imtina edir. Kral liberallara güzəştə getməkdən imtina edir və hətta taxt-tacdan imtina edəcəyi hədəsini dilə gətirir. Bu böhranı aradan qaldırmaq üçün I Vilhelm ətrafındakı mühafizəkarlar Bismarkı ona baş nazir təyin etməyi tövsiyə edirlər. Kral onunla söhbət edir, Bismark ona sədaqətlə xidmət edəcəyini bildirir. 23 sentyabr 1862-ci ildə onu həm hökumət başçısı, həm də xarici işlər naziri təyin edirlər.

Bu zamandan etibarən Bismarkın uzun və çətin kansler fəaliyyəti dövrü başlayır. Bismark tezliklə konservativ nazirlərdən ibarət kabinet təşkil edir. Kabinet təsdiq edildikdən sonra o aşağı palatada çıxış edir və məhz bu zaman özünün məşhur "dəmir və qan" haqqındakı sözlərini dilə gətirir. O belə qənaətə gəlir ki, alman torpaqları uğrunda Prussiya Avstriya ilə rəqabətə girə bilər.

Almaniyanın birləşməsinə hazırlığı

[redaktə | mənbəni redaktə et]

Almaniyanın birləşməsi hələ 1848-ci il inqilabının əsas məqsədlərindən sayılırdı. Həmin ərəfədə alman dövlətlərinin nümayəndələri görüşərək federativ dövlətin konstitusiyasını hazırlamışdılar. Federasiyanın ancaq kişilər tərəfindən seçilən parlamenti də olmalı idi. 1849-cu ilin aprelində Frankfurt parlamenti kral IV Fridrix Vilhelmə Prussiya imperatoru titulunu götürmək təklifini verdi. Ancaq kral Avstriya və Rusiyanın hərbi müdaxiləsindən və digər alman knyazlarından ehtiyatlanaraq bundan imtina etdi.

1854–1855-ci illərdəki Krım müharibəsi və 1859-cu ildə ikinci italyan müharibəsi Böyük Britaniya, Fransa, Rusiya və Fransa arsındakı müttəfiqlik münasibətlərini pozur. Bu fövqdə Almaniya İmperiyası yaradılır və bununla da Avropada yeni və nəhəng güc mərkəzi formalaşır. Bu Bismarkın diplomatiyası, hərbi nazir Runun ordunu yenidən qurması və baş qərargah rəisi Moltkenin hərbi strategiyası nəticəsində mümkün olur.

Almaniya İmperiyasının yaradılması, 18 yanvar 1871-ci il. Bismark Versal sarayında, iştirakçılar arasında (ağ paltarda)

30 sentyabr 1862-ci ildə Bismark Prussiya deputatları qarşısında tarixə düşən bir çıxış edir:[10] "Prussiya öz hakimiyyətini əlverişli şərait üçün qoruyub saxlamalıdır. Prussiyanın sərhədləri Vyana müqaviləsinə əsasən heç də normal dövlətə uyğun deyil. Böyük məsələlər heç də 1848-ci və 1849-cu illərdə olduğu kimi adi səs çoxluğu ilə deyil, qan və dəmirlə qəbul edilməlidir."[11] Bu halda yeni kansler alman dövlətlərinin vahid dövlətdə birləşməsini nəzərdə tuturdu. Onun fikrincə Prussiya bu işdə Avstriya ilə rəqabətdə udmalı idi.

Təhlükəni hiss edən Avstriya kralı Frans-İosif Prussiya kralı Vilhelmin olduğu Qaşteynə gələrək onunla görüşmək istəyir. Bismark kralı bu görüşdən imtina etməyə inandıra bilir. Frankfurtda ənənəvi olaraq yığışan alman dövlətlərinin rəhbərləri bu qənaətə gəlirlər ki, Prussiyasız birləşmiş Almaniya mümkün deyil. Bununla da Avstriyanın alman işlərində hegemonluq iddialarına son qoyulur.[12]

İlk əvvəl kralın, kraliçanın və vəliəhdin etimadsızlığına baxmayaraq Bismark qısa müddətdə özünün məntiqi və xarizması ilə kralın hörmətini qazanır. O hər bir məsələdə kral hakimiyyətinin üstünlüyünü saxlayırdı. O kralın büdcədən istifadədə müstəqilliyinin saxlanmasının tərəfdarı idi. O bildirirdi ki, əgər Konstitusiyada parlamentin büdcəni təsdiq etmədikdə çıxış yolu göstərilməyibsə, kral büdcəni özü təsdiq edə bilər. Bu məsləhətlə 1861-ci il büdcəsində göstərilən vergi yığımı dörd il davam etdi.

Bismarkla parlamentin münaqişəsi daha da dərinləşir və 1863-cü ildə Deputatalar Palatası Bismarkla işləməyin qeyri-mümkünlüyü barədə qərar qəbul edir. Buna cavab olaraq kral parlamenti qeyri-konstitusiya hərəkətində ittiham edərək buraxır. Bismark isə mətbuat azadlığını məhdudlaşdıran sərəncam imzalayır. Onun siyasəti onun nüfuzunu aşağı salır, onun tərəfdarları 1863-cü il seçkilərində üçdə iki səs toplayan liberallara uduzurlar. Yeni tərkib deputatları dəfələrlə kraldan Bismarkı vəzifədən uzaqlaşdırmağı tələb edirlər. Ancaq o Bismarksız yeni hökumətdə liberalların üstünlük qazanacaqlarından ehtiyatlandığına görə bundan imtina edir.

Danimarka və Avstriya-Macarıstanın məğlubiyyəti

[redaktə | mənbəni redaktə et]
Versalda alman Baş Qərargahının iclası. Soldan-sağa: Blyumental, vəliəhd şahzadə Fridrix, Verdi dyu Vernua, I Vilhelm, Baş Qərargah rəisi Moltke, hərbi nazir Run, Bismark

1864-cü ildə Prussiya əsasən almanların məskunlaşdığı Şlezviq və Qolşteyn əraziləri uğrunda Danimarkaya qarşı müharibəyə başlayır. Həmin ilin əvvəlində Prussiya hücuma keçərək bu torpaqları tutur.[13] 20 avqust 1865-ci ildə Prussiya və Avstriya arasında bağlanan sazişə görə bu torpaqlar bölünür. Bismark isə qraf fon Bismark-Şönhauzen titulu alır. Ancaq münaqişə bununla başa çatmır. 1866-cı ildə Avstriya razılaşmadan imtina edir. Bismark vəziyyəti əlverişli hesab edərək Avstriya ilə müharibəyə hazırlaşır. O, Avstriyanın Venesiyanı tutmasından narazı olan İtaliya ilə ittifaqa girir.

Bu arada bir alman vətənpərvəri Bismarka qarşı sui-qəsd edir, ancaq ona ciddi xətər dəymir. 1866-cı ildə hər iki tərəf ordularını səfərbər etdikdən sonra almanlar sıx əlaqədə olduqları İtalyanın köməyi ilə Avstriyaya qarşı hərbi kampaniyaya başlayırlar. Tezliklə Prussiya şimali alman torpaqlarının böyük hissəsini tutur və Avstriyaya qarşı geniş hücuma hazırlaşır. Avstriya vəziyyətin ağırlığını görərək Prussiya ilə sülh müqaviləsi imzalamaq məcburiyyətində qalır.

1866-cı il Praqa sülh müqaviləsinə görə Alman İttifaqı buraxılır. Hessen, Nassau, Hannover, Şlezviq Qolşteyn və Frankfurt alman torpaqları isə Prussiyaya keçir. Avstriya alman işlərinə qarışmamaq öhdəliyi götürür.

Prussiyanın qələbəsini möhkəmlətmək üçün Şimali Alman İttifaqı yaradılır. Onun konstitusiyasını səhhətində müəyyən problem olan Bismark işləyir. Bismark Almaniyanın birləşməsi üçün təcili addımlar atır. O cənubi alman hersoqlularına birləşəcəkləri təqdirdə xüsusi imtiyazlar vəd edir. Danışıqlar uğurla keçir və 18 yanvar 1871-ci ildə Versalda I Vilhelm Amaniya imperatoru elan edilir.[14] Yeni imperiya federasiya kimi təsis edilir: ona daxil 25 krallıq, knyazlıq və azad şəhərlər müəyyən muxtariyyət əldə edirlər. Prussiya kralı bütün imperiyanın kralı sayılmır, o ancaq vahid alman parlamentinin yuxarı palatası olan bundesratın sədri olur və kanslerin kimliyini digəriləri ilə müzakirə edir.

Tezliklə Şimali Alman İttifaqına daxil olmayan cənubi alman dövlətləri də imperiyanın tərkibinə qatılırlar. 1871-ci ilin aprel ayında Ümumalman Konstitusiyası qəbul edildi.

Bu dövrdən başlayaraq Avstriya Almaniyanın vassalı rolunu oynamağa başlayır.

Avropa hədəfləri

[redaktə | mənbəni redaktə et]
Bismarkın papağını çıxararaq ordunu salamlaması
"Panç" jurnalından karikatura. Bismark Rusiya, Avstriya və Almaniyanı idarə edir.[15]

Prussiyanın gözlənilməz qələbəsindən həvəsə gələn kral Vyananı və eyni zamanda Çexiyanı tutmaq hazırlığına başlayır. Ancaq Bismark hesab edir ki, hərbi uğur təkrarlanmaya, həmçinin Fransa Prussiyanın güclənməsindən narahat olaraq Avstriyaya kömək edə bilər. O vəliəhdə müraciət edərək kralı fikrindən daşındırmağı ondan xahiş edir.

Hərbi uğur Bismark tərəfdarlarına da siyasi uğur gətirir. 1866-cı ildə mühafizəkarlar və monarxiya tərəfdarları deputatlar palatasında çoxluq əldə edirlər. Bismark bu imkandan istifadə edərək axırıncı dörd ildə təsdiq edilməmiş büdcəni əvvəlki tarixlə təsdiq etdirir.

Bu muharibəyə qədər mayor rütbəsində olan Bismark kavaleriya general-mayoru rütbəsi alır. O bundan sonra daima hərbi forma geyinir. Həmçinin Prussiya lantaqından böyük pul mükafatı alır. O bu pulla özü üçün böyük bir malikanə alır.

Yeni yaranan güclü alman dövləti Fransa və Rusiyanı narahat edir. Rusiya buna bir qədər loyal yanaşsa da, Fransada başqa fikirli siyasətçilərin təsiri ilə münasibətlər kəskinləşməyə başlayır. İspaniya varisliyi uğrunda böhran da ehtirasları qızışdırır.

1870-ci ildə bir ay davam edən Fransa–Prussiya müharibəsi fransızlar üçün ağır nəticə ilə qurtarır. Sedan yaxınlığındakı məğlubiyyət və Fransa İmperatoru III Napoleonun almanlara əsir düşməsinə baxmayaraq Bismarkın Fransadan Elzas və Lotaringiyanı tələb etməsinə fransızlar etiraz edirlər.[16]

III Napoleondan sonra gələn respublikaçı hakimiyyət var gücü ilə Almaniyadan qisas almaq istəyir, ancaq Bismark siyasəti buna imkan vermir. Almanların Parisi tutması və alman əsgərlərinin təntənə ilə Paris küçələrindən keçidi onları razılaşmağa məcbur edir.

Sonda Fransa Elzası və Lotaringiyanın bir hissəsini Almaniyaya verməyə məcbur olur. Çünki, Baş Qərargah rəisi Motke və onun generalları hesab edirlər ki, bu mühafizə zolağı kimi vacibdir.[17]

Bismarkın özü ümumiyyətlə anneksiyanın əleyhinə idi, o Fransanı daimi düşmən kimi görmək istəmirdi.[18] Fransa Almaniyaya muharibədə dəyən ziyanın əvəzini ödəməyə məcbur idi.[19]

Almaniyanın birləşdirilməsi

[redaktə | mənbəni redaktə et]
Almaniya imperiyası (1871–1918-ci illər)

1866-cı ildə Prussiya Hannover krallığını da özünə birləşdirir. Onun kralı V Georq Hannoverə xəzinənin yarısını özünə saxlamaq ixtiyarı verilir, qalanı isə Prussiya krallığının xəzinəsinə keçirilir. 1868-ci ildə Bismark Georqu əlində olan 16 milyon taleri dövlət əleyhinə qəsdin hazırlanmasına xərcləməkdə günahlandırır və bu vəsait onun əlindən alınır. Sonradan Bismark həmin vəsaitlə gizli fond yaradaraq jurnalistləri ələ almaq və rəqiblərini gözdən salmaq üçün bu pullardan istifadə etməyə başlayır. 1870-ci ildə isə həmin vəsaitdən istifadə edərək Bavariya kralı II Lüdviqin I Vilhelmi ümumalman imperatoru kimi qəbul etməsinə nail olur.

Bismark Hannover kralınının əlindən alınmış vəsaitlə yaradılmış fonddan həmçinin qəzetlər vasitəsilə vəliəhd Fridrixi və onun həyat yoldaşı, Britaniya kraliçası Viktoriyanın qızı Viktoriyanı gözdən salmaq üçün istifadə etməyə başlayır. Onlar hakimiyyətə gələcəkləri təqdirdə birləşmiş Almaniyanın siyasi sistemini Britaniya sayağı qurmaq və kansleri parlament qarşısında məsul etmək istəyirdilər.[20]

Həmin dövrdə imperator çox yaşlı və xəstə idi. Bismark ehtiyat edirdi ki, vəliəhd hakimiyyətə gələcəyi təqdirdə onu liberal fikirli bir siyasətçi ilə əvəz edəcək. Ona görə də o vəliəhdi kənar təsirlərdən qorumaq və onu qeyri-populyar etmək istəyirdi.[21]

1892-ci ildə Bismarkın istefasından sonra kayzer II Vilhelm həmin fondda olan vəsaititi qiymətli kağızlar kimi buraxaraq gəlirini büdcəyə yığır.[22]

Almaniyanın birləşməsindən sonra ölkə daxilində bir çox millətlər və fərqli mədəniyyətlər toplandığına görə hökumət onların germanlaşması siyasətini yürütməyə başladı. Bu imperiyanın sərhədlərində yaşayan xalqlara, əsasən şimalda yaşayan danimarkalılara, Elzas-Lotaringiyada yaşayan fransızlara və Şərqi Almaniyada yaşayan polyaklara aid idi. Bismark xüsusilə polyakların yeni alman dövlətinə problem yaradacağından narahatlıq keçirirdi.[23],[24][25].[26]

Katolik müxalifəti ilə mübarizəsi

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Kulturkampf
Bismark və Roma Papası XIII Levə karikatura. Bismark: "Pontifik, əsəbləşməyin", Papa: "Baş üstə". (18 mart, 1878-ci il)

Almaniyanın birləşməsi nəticəsində vahid ölkədə müxtəlif mədəniyyətlərə sahib, fərqli dinlərə sitayiş edən, bəzən isə bir-biri ilə mübarizə aparan böyük icmalar yarandı. Katoliklər isə əsasən Almaniyanın yeni, cənub vilayətlərində (Bavariyada) yaşayırdılar. Onlar ümumən Almaniya imperiyasının əhalisinin üçdə birini təşkil edirdilər. Dövlət qarşısında birləşmiş Almaniyada böyük icmaya malik katolik kilsəsi ilə münasibətlər məsələsi çox ciddi şəkildə gündəmə gəldi. Bu zəmində Bismarkın Almaniyanın vahid mədəniyyəti uğrunda mübarizəsi başlayır.

Prussiya ənənəvi olaraq protestant bölgəsi idi. Ancaq çoxsaylı katolok icması vahid dövlətə narahatlıq yaradırdı. Eyni zamanda onlar arasında da yekdillik yox idi. Məsələn, "əvvəlki katoliklər" adlanan icma Vatikanın Papanın müqəddəsliyi barədə qərarını qəbul etmir və bunun özü də Almaniya-Vatikan münasibətlərinə gərginlik yaradırdı.[12] 1864-cü ildə Papa IX Piy katoliklərə antiliberal əhval-ruhiyyəli müraciət göndərir, 1870-ci ildə isə Papanın Vatikan Sinodu Papanın müqəddəsliyi barədə qərar qəbul edir. Bismark ehtiyat edirdi ki, bununla da indiki və sonrakı papalar Avropa ölkələrinin daxili işlərinə qarışmağa çalışacaqlar. Buna görə də o digər Avropa hökumətləri ilə Papa seçkilərinə təsir imkanlarını müzakirə edirdi. Bir çox Avropa ölkələri bunu başa düşür və öz katolik kardinalları vasitəsilə bu məsələni nəzarətdə saxlamağa çalışırdılar.[27]

1870-ci ildə reyxstaqda mərkəzi katolik partiya olan güclü müxalifət yaranır. Müxalifət öz cərgələrinə milli azlıqların nümayəndələrini də cəlb edə bilir. Bismark olara müqavimət üçün o dövrdə reyxstaqda çoxluq təşkil edən milli-liberallarla yaxınlaşır. Bu partiyanın yaradıcısı burjuaziya ideologiyasının tərəfdarı və yəhudilərə tam iqtisadi azadlıq tələb edən Eduard Lasker idi. Kansler parlamentdə çıxışı zamanı bildirirdi ki, hətta tam həmrəylik olmayan partiyalarla belə ittifaqa getmək olar.[28]

Bismark Kulturkampf adı ilə tanınan antikatolik mübarizəsini başlayır. 1871-ci ildə Prussiya mədəniyyət nazirliyinin katolik departamenti ləğv edilir, 1873-cü ildə isə ölkədə katolik kilsəsinin nüfuzunu məhdudlaşdıran bir sıra qanunlar qəbul edilir. 1875-ci ildə kəbinlərin kəsilməsi kilsələrdən alınaraq dövlət orqanlarına verilir. Ancaq bu addımlar gözlənilənin əksinə olaraq katolik kilsəsinin mövqeyini daha da gücləndirir, ona görə də 1878-ci ildə Bismark Kulturkampf ideyasından əl çəkməli olur. Həmin ildə Papa IX Piy vəfat edir. Onun yerinə seçilən Papa XIII Lev daha praqmatik mövqe tutur və Bismarkla yaxşı münasibətlər qurmağa nail olur.[29][30]

Kulturkampf kampaniyası Bismarka ancaq bir müddətə siyasi stabillik gətirə bildi. İctimai fikir bu kampaniyanı müdafiə edən milli-liberalların əleyhinə yönəlir. Bu situasiyadan istifadə edərək Bismark onlardan uzaqlaşır. O 1879-cu ildə alman kənd təsərrüfatını və sənayesini xarici rəqiblərdən qorumaq üçün tarifləri qaldırır və bununla da parlamentdə mühafizəkar fraksiyaya yaxınlaşır.[31]

Sosialist hərəkatı ilə mübarizəsi

[redaktə | mənbəni redaktə et]
Reyxstaqın 21 oktyabr 1878-ci ildə qəbul etdiyi "Sosial-demokrat təhlükəsinə qarşı mübarizə haqqında qanun"un o dövrdə çap edilmiş mətni

Xarici təhlükə ilə bərabər daxildə də sənaye rayonlarında yaranan sosialist hərəkatı qorxulu idi. Onlarla mübarizə üçün Bismark yeni repressiv qanun qəbul edir. Ancaq onu mərkəzçi və mütərəqqi liberal qanada aid olanlar rədd edirlər. Bismark həmişə "qırmızı təhlükədən" danışır. Almaniya üçün belə çətin anda Berlində rus-türk müharibəsinin nəticələrini araşdırmaq üçün aparıcı dövlətlərin Berlin konqresi öz işinə başlayır. Burada Bismark bu dövlətlərin nümayəndələri arasında təkbətək danışıqlar aparmalı olur və konqres gözlənilmədən effektiv alınır.

Konqresdən sonra Almaniyada reyxstaqa seçkilər keçirilir. Bu seçkilərdə konservatorlar, liberallar və sosialistlərin hesabına mərkəzçilər çoxluğu ələ keçirirlər. Bismark bu parlamentdə sosialistlərin əleyhinə olan qanun layihəsini qəbul etdirir. Ölkədə 1873-cü ildən başlamış iqtisadi böhranı aradan qaldırmaq üçün iqtisadi islahatlar keçirilir. Bu islahatlarla kansler milliyyətçi liberalları məğlub edərək mərkəzçiləri öz tərəfinə çəkməyə nail olur.

Sosialist liderlər həbs edilir və məhkəmə qarşısına çıxarılırlar. Ancaq bunlara baxmayaraq sosialist ideyaları geniş tərəfdarlar toplayır. Sosialistlər müstəqil namizədləri qabağa buraxmaqla reyxstaqda xeyli yer əldə edə bilirlər.

Sosializm ideyalarının qarşısını almaq üçün Bismark dövlət kapitalizmi sistemi yaratmaq qərarına gəlir. O İngiltərə və Fransada işçilərlə sahibkarlar arasında olan münasibətlərdəki geriliyi aradan qaldırmağa çalışır. O dövlətə loyal olan fəhlə sinfinin yaradılmasına cəhd edir. 1883-cü ildə o reyxstaqa işçilərin sığortası qanununun layihəsini göndərir. 1889-cu ildə isə yaşa və iş qabiliyyətini itirməyə görə təqaüd haqqında qanun qəbul edilir.[32]"

Bu qanunlar artan sosial-demokrat hərəkatını zəiflədə bilmir və fəhlə sinfi Bismarkın mühafizəkar hökumətinə qarşı müxalifətdə dayanmaqda davam edir. Çünki, vəhşi kapitalizm hələ cəmiyyətdə hökmran idi və bu qanunlar birdəfəlik sosial müdafiə sistemi yarada bilmirdi. Bununla belə Bismark qanunları o dövr üçün çox mütərəqqi idi və gələcək islahatlar üçün baza yaradırdı.[33][34]

Yeni situasiyada fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
Anton fon Verner, "Berlin konqresi". Otto fon Bismark mərkəzdə

1872-ci ildə Bismark Berlində Rusiya kansleri Qorçakov ilə birlikdə üç imperatorun (Almaniya, Avstriya və Rusiya) görüşünü təşkil edir. Onlar birlikdə inqilaba qarşı mübarizə aparmaq haqqında razılığa gəlirlər. Bundan sonra Bismarkın Almaniyanın Fransadakı səfiri Arnimlə münaqişəsi başlanır. Arnim tanınmış nəsildən idi və Bismarka qarşı müxalif mövqedən çıxış etməkdən çəkinmirdi. Nəticədə Arnim sənədlərdə buraxdığı səhvlərə görə həbs olunur.[35] Bütün bu daxili çəkişmələr kanslerin sağlamlığına zərər yetirir. 1879-cu ildə fransız-alman münasibətləri yenidən pisləşir. Rusiya öz növbəsində Almaniyadan yeni müharibəyə başlamamasını tələb edir. Nəticədə Rusiya ilə Almaniya arasında da gərginlik yaranır. Bismark çox çətin vəziyyətdə qalır, beynəlxalq səhnədə təklənmək təhlükəsi yaranır. O hətta öz vəzifəsindən istefa verir, ancaq imperator bu ərizəni qəbul etmir və kansleri 5 aylıq məzuniyyətə göndərir.

Fransa və Rusiyanın yaxınlaşmasından qorxan Bismark yenidən üç imperatorun görüşünü təşkil edir. Buna baxmayaraq Almaniya və Rusiya arasındakı münasibət gərgin olaraq qalır. Nəticədə Paris ilə Sankt-Peterburq arasında əlaqələr daha da güclənir. Rusiya və Fransanın birlikdə Almaniyaya qarşı çıxacağından ehtiyatlanan Almaniya 1882-ci ildə, öz müttəfiqləri olan Avstriya və İtaliya ilə "Üçlər ittifaqı"nı yaradır.

Bismark siyasi fəaliyyətinin əvvəlindən milli birliyin mümkünlüyünü vurğulayır və bu istiqamətdə gərgin çalışırdı.[36] Digər tərəfdən bu məqsəd üçün o demokratiyanı məhdudlaşdırır, antikatolik və antisosialist qanunvericiliyə üstünlük verirdi. Bu xətt alman siyasi strukturunda uzun müddət aparıcı yer tutdu.[37]

1880-ci illərdə çətinlikləri

[redaktə | mənbəni redaktə et]
Bismark (1894)
Punç jurnalında karikatura: "Şturman gəmini tərk edir." Bismarkın yeni kral II Vilhelm tərəfindən kansler vəzifəsindən azad edilməsinə ironik işarə

1881-ci ildəki seçkilər demək olar ki, Bismark üçün uğursuz oldu. Mühafizəkarlar və liberallar parlamentdə mərkəzçilərə uduzdular. Müxalifətdə olan partiyaların birləşib hərbi büdcənin azaldılmasına tərəf çıxmaları vəziyyəti daha da kəskinləşdirdi. Növbəti dəfə Bismarkın vəzifədən getməsi təhlükəsi yarandı. Fasiləsiz iş və stress onun sağlamlığına pis təsir edirdi, amma həkimi Şvinqerin müalicəsi sayəsində o tezliklə adi iş rejiminə qayıda bildi. Bismark yeni güclə işə başladı.

Bu dəfə onun diqqət mərkəzində müstəmləkə siyasəti dururdu. 1884-cü ildə Almaniya Afrikada böyük torpaqlar ələ keçirdi. Bu siyasət Almaniyanı Fransa ilə yaxınlaşdırdı. Ancaq İngiltərə ilə münasibətlər gərginləşdi. Bismark müstəmləkə işinə oğlu Herberti cəlb etdi. O, İngiltərə ilə münasibətləri tənzimləməklə məşğul idi.

1887-ci ildə Bismarka reyxstaqda bir çox deputatları öz tərəfinə çəkərək çoxluq yaratmaq nəsib oldu. Bu ərəfədə Fransa ilə müharibə təhlükəsi altında seçicilər kanslerin ətrafında cəmləşdilər. Bu ona reyxstaqda yeddiillik xidmət haqqında qanunu keçirməyə imkan verdi.

Həmin dövrdə Bismark xarici siyasətdə özünün ən böyük səhvini buraxdı. Rusiya əleyhinə çıxaraq o Fransa-Rusiya ittifaqının yaranacağına inanmadığını nümayiş etdirdi. Buna baxmayaraq o Rusiya ilə məxfi müqavilə bağladı, ancaq bu müqavilə 1890-cı ilə qədər qüvvədə oldu.

1888-ci il martın 9-da kayzer I Vilhelm 91 yaşında vəfat etdi. Onun yerini oğlu III Fridrix tutdu, lakin boğaz xərçəngindən əziyyət çəkən yeni imperator cəmi 99 gün sonra, iyunun 15-də dünyasını dəyişdi.

İmperator taxtını enerjili və yeniliklər həvəskarı olan gənc II Vilhelm tutdu. Bismark onun uşaqlığından tərbiyəsində iştirak etdiyinə görə onu təsirdə saxlayacağına ümüd edirdi.

Yeni imperator aktiv olaraq siyasətlə məşğul olmağa başladı. Bismark ikinci plana keçdi. Onlar arasında böyük münaqişə antisosialist qanunun qəbulunda baş verdi. Bismark sosialist təbliğatçıların tutulması və cəzalandırılmasını tələb etdi. Vilhelm isə bildirdi ki, o hakimiyyətinin zorakalıqla başlanmasını istəmir. Bu münaqişə nəticəsində Bismark 20 mart 1890-cı ildə öz vəzifəsindən istefa verdi.[38]

II Vilhelm ona general-feldmarşala bərabər general-polkovnik rütbəsi verdi. İdarəetməyə buraxmasa da, onu daima diqqətdə saxlamağa başladı. Onun 80 illik yubileyi ölkədə böyük təntənə ilə keçirildi.

Bismark təqaüdə çıxandan sonra Hamburq yaxınlığında yerləşən Fridirixsrue adlı malikanəsində yaşamışdır. 1884-cü ildə onun həyat yoldaşı Yohanna vəfat etmişdir. Ömrünün son günlərində Bismark rus-fransız müttəfiqliyi və İngiltərə ilə yaranan gərgin münasibətlə bağlı olaraq Avropanın gələcəyini pessimist qiymətləndirmişdir. II Vilhelm bir neçə dəfə ona evində baş çəkmişdir.

1898-ci ildə keçmiş kanslerin səhəti kəskin pisləşmiş və 30 iyulda o öz evində vəfat etmişdir.

Kanslerin 60 illiyinə dostluq şarjı

Vəfatından sonra alman cəmiyyətinin müəyyən qüvvələri Bismarkı milli qəhrəman kimi təqdim etməyə başladılar. Onun o dövrdə qoyulan heykəlləri indiyə qədər qalmaqdadır.[39] Tarixçilər onun Almaniyanın son 125 ildəki tarixində oynadığı rol barədə çoxdan konsensusa gəliblər.[40][41]

O bir çox siyasətçilərin əsrlərlə vahid Almaniya yaradılması ideyasını həyata keçirə bilmişdir. Bismarkın ehtiyatlı və düşünülmüş siyasəti Almaniya dövlətinin nüfuzunu daima gücləndirmişdir.

Onun əksinə kayzer II Vilhelmin Almaniya torpaqlarının genişləndirilməsi üçün atdığı addım müharibəyə və ölkənin ciddi məğlubiyyətinə səbəb olmuşdur.

Qeyd edilir ki, Bismarkın diplomatiyası o dövrdə Avropada sülhün qorunub saxlanmasında böyük rol oynamışdır. O güclü sosial siyasətli dövlətin əsasını qoymuşdur. Hazırlıqlı məmur ordusu isə Almaniyanın kral hakimiyyətinin uzun müddət saxlanmasına səbəb olmuşdur.

2005-ci ildə Gerwarth jurnalı yazırdı ki, Bismark haqqında yaradılan mif onu doqmat kimi göstərir, əslində isə Bismark siyasətçi kimi ideoloji cəhətcə çox cevik idi. Bu günə qədər almanlar özlərinə "Bu situasiyada Bismark nə edərdi?" sualını tez-tez verirlər.

Portret Otto von Bismarck. N. Repik

Bismarka aid edilən məşhur deyimlər

[redaktə | mənbəni redaktə et]
  • Dövlət xadimi hadisələrin içində Allahın addım səslərini eşitməmiş onun ətəyindən yapışmır.[42]
  • Amerikalılar iki tərəfdən zəif qonşularla, iki tərəfdən isə balıqlarla əhatə olunublar.
  • Əgər kimsə döyüş meydanında ölmüş əskərin donmuş gözlərini görməyibsə, muharibə başlamamışdan əvvəl ciddi-ciddi düşünməlidir…"[42]
  • Tarix sadəcə olaraq üstü möhürlü bir kağızdır. Əsas məsələ həmin kağızı yazmaq yox, tarixə düşməkdir.
  • Mənim üçün darıxdırıcıdır ki, bütün böyük işlər artıq mənə qədər görülüb.
  • Siyasət mümkünlərin məcmusudur.
  • İnsanlar ən çox ovdan sonra, döyüşdən əvvəl və seçkilər zamanı yalan danışırlar.
  • Bu gün məktəb tikməsək, sabah həbsxana tikməli olacağıq.
  • təxmin edilir : Əgər siz sosializm qurmaq istəyirsinizsə, onda yazığınız gəlməyən ölkə seçin.
  • təxmin edilir : Məhəmməd! Təəssüflənirəm ki, sənin müasirin olmamışam. Bəşəriyyət ancaq bir dəfə sənin böyük gücünü gördü və bir daha görməyəcək. Mən sənə valehəm.

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]
Bismarkın 150 illiyi münasibətilə Almaniyada buraxılmış poçt markası (1965)
  • Tomas Edison adına Amerika muzeyi XIX əsr Almaniya kansleri Otto fon Bismarkın səs yazısını internetdə yerləşdirib. 100 ildir ki, heç kəs onun səsini eşitməyib. Səs yazısı ilk dəfə 1889-cu ildə ixtiraçı Tomas Edisonun işçiləri tərəfindən mum silindirdə qeyd edilib. Bir il sonra Bismark məzuniyyətə gedib, doqquz il sonra vəfat edib. Mum silindr 1957-ci ildə Edison muzeyinin anbarında yeşiklərin birində tapılmışdı. İndi isə rəqəmli formata salınaraq internetə yerləşdirilib. Səs yazısında Bismarkın səsi pis eşidilir, ancaq onun şer, mahnı oxuduğu və oğluna xitab etdiyi anlaşılır. Anidən Bismark Fransanın himni "Marselyeza"nın ilk misralarını oxuyur.[43]
  • Bismarkın ən möhtəşəm abidəsi, onun Quqo Ledererenin layihəsi əsasında beş il ərzində hazırlanan və 34 metr hündürlükdə olan heykəlidir. Heykəl 1906-cı ildə Hamburq şəhərində, Elba çayı sahilində ucaldılmışdır.[44]
  • Almaniyanın İkinci dünya müharibəsində ən böyük linkoru Bismarkın adını daşımışdır.
  • Sağlığında o bir çox alman şəhərlərinin fəxri vətəndaşı adına layiq görülmüşdür.
  • Sakit okeanda keçmiş alman müstəmləkəsi Yeni Qvineyanın yaxınlığındakı arxipelaq Bismark arxipelaqı adlanır.
  • ABŞ-nin İllinoys, Şimali DakotaMissuri ştatlarında Bismark adlı şəhərlər var.
  • Tanzaniyada Bismarkburq adlı şəhər var.