Butrus Bustani

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Butrus Bustani
ərəb. بُطرس البُستاني
Doğum tarixi 1819[1][2][…]
Doğum yeri
Vəfat tarixi 1 may 1883(1883-05-01)[3][4][…]
Uşağı
Fəaliyyəti tərcüməçi, dilçi, yazıçı, jurnalist
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Butrus Bustani (ərəb. بيار البستانى‎; 1819[1][2][…], Dibbiyyə[d], Cəbəl Lübnan mühafəzəsi[d][1][5]1 may 1883[3][4][…]) — maruni məzhəbli Livan filoloq-ensiklopediyaçısı və maarifçisi. O, ərəb intibahı ideyalarının ifadəçisi hesab edilir.[6]

Bustani birinci Suriya milliyətçisi hesab olunur.[7]

Həyatı

Butrus Bustani 1819-cu ilin yanvarında anadan olmuşdur. O, 1847-ci ildə "Elm və incəsənəti öyrənən Suriya cəmiyyəti"nin banisi olmuş, ərəb jurnalistikasının yaradıcısı hesab edilir. Bustani 1863-cü ildə Beyrutda Milli məktəbin əsasını qoymuşdur. 1870 ildən "Əl-Cüneynə" ("Bağ") qəzetini, "Əl-Cənnən" ("Bağban")jurnalını, "Əl-Cənnə" ("Cənnət") həftəliyini dərc etdirmişdir. Çoxlu məqalə və məruzələr ("Qadın təhsili haqqında", 1848; "Ərəblərin ədəbiyyatı haqqında", 1856 və s.) yazmışdır. Ərəb dilində "Mühit əl-mühit" ("Ümmanlar ümmanı", 1867–1870) izahlı lüğətini hazırlamışdır. İlk ərəb ensiklopediyası "Dairət ül-maarif"in ("Bilik dairəsi", 1876–1883) naşiridir. Dərslik və müntəxəbatların, həmçinin "Napoleonun həyatı" (1868), "Ərəb və Avropa ictimai qaydalarının müqayisəsi" (1869) əsərlərinin müəllifi və tərtibçisidir.[8]

İstinadlar

  1. 1 2 3 4 زيدان ج. مشاهير الشرق في القرن التاسع عشر (ərəb.). 3 القاهرة: الهلال, 1922. C. 2. S. 27.
  2. 1 2 Butrus al-Bustani // Encyclopædia Britannica (ing.).
  3. 1 2 زيدان ج. مشاهير الشرق في القرن التاسع عشر (ərəb.). 3 القاهرة: الهلال, 1922. C. 2. S. 30.
  4. 1 2 Buṭrus ibn Būlus al-Bustānī // AlKindi.
  5. 1 2 طرازي ف. د. تاريخ الصحافة العربية (ərəb.): يحتوي على جميع فهارس الجرائد والمجلات العربية في الخافقين مذ تكوين الصحافة العربية الى نهاية عام ١٩٢٩. بيروت: المطبعة الأدبية, المطبعة الأمريكية, 1913. C. 1. S. 89.
  6. Albert Hourani. Arabic Thought in the Liberal Age, 1798-1939. 1983-06-23. səh. 245. ISBN 9780521274234. 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-10.
  7. Tauber, Eliezer. The Emergence of the Arab Movements. Routledge. 1 February 2013. ISBN 978-1-136-29301-6.
  8. Bustani // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 5-ci cild: Brüssel – Çimli-podzol torpaqlar (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2014. səh. 120. ISBN 978-9952-441-10-9.