Butrus Bustani (ərəb. بيار البستانى; 1819[1][2][…], Dibbiyyə[d], Cəbəl Lübnan mühafəzəsi[d][1][5] – 1 may 1883[3][4][…]) — maruni məzhəbli Livan filoloq-ensiklopediyaçısı və maarifçisi. O, ərəb intibahı ideyalarının ifadəçisi hesab edilir.[6]
Butrus Bustani | |
---|---|
ərəb. بُطرس البُستاني | |
Doğum tarixi | 1819[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 1 may 1883[3][4][…] |
Vətəndaşlığı | |
Uşağı | |
Fəaliyyəti | tərcüməçi, dilçi, yazıçı |
Vikianbarda əlaqəli mediafayllar |
Bustani birinci Suriya milliyətçisi hesab olunur.[7]
Butrus Bustani 1819-cu ilin yanvarında anadan olmuşdur. O, 1847-ci ildə "Elm və incəsənəti öyrənən Suriya cəmiyyəti"nin banisi olmuş, ərəb jurnalistikasının yaradıcısı hesab edilir. Bustani 1863-cü ildə Beyrutda Milli məktəbin əsasını qoymuşdur. 1870 ildən "Əl-Cüneynə" ("Bağ") qəzetini, "Əl-Cənnən" ("Bağban")jurnalını, "Əl-Cənnə" ("Cənnət") həftəliyini dərc etdirmişdir. Çoxlu məqalə və məruzələr ("Qadın təhsili haqqında", 1848; "Ərəblərin ədəbiyyatı haqqında", 1856 və s.) yazmışdır. Ərəb dilində "Mühit əl-mühit" ("Ümmanlar ümmanı", 1867–1870) izahlı lüğətini hazırlamışdır. İlk ərəb ensiklopediyası "Dairət ül-maarif"in ("Bilik dairəsi", 1876–1883) naşiridir. Dərslik və müntəxəbatların, həmçinin "Napoleonun həyatı" (1868), "Ərəb və Avropa ictimai qaydalarının müqayisəsi" (1869) əsərlərinin müəllifi və tərtibçisidir.[8]