Cümlə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Cümlə — bitmiş fikri ifadə edən söz və ya söz birləşməsidir. Cümlə vasitəsilə bir hadisə haqqında məlumat verilir, bir şey soruşulur, bir işə təhrik olunur.

  • Cümlənin qurulmasında sözlərlə yanaşı, söz birləşmələri də iştirak edir. Heç bir söz və ya söz birləşməsi bitmiş fikir ifadə etmədən cümlə şəklinə düşə bilməz.
  • Cümlə bir sözdən də ibarət ola bilər: Səhərdir.
  • Cümlənin əsasını mübtəda və xəbər təşkil edir ki, bu da cümlənin qrammatik əsası adlanır.
  • Yalnız köməkçi nitq hissələrindən də ibarət cümlə ola bilər. Belə cümlələrə söz cümlə deyilir. Sən gələcəksənmi? -Bəli.

Cümlənin məqsəd və intonasiyaya görə növləri

Hər bir cümlə müəyyən məqsədlə söylənilir. Cümlələr məqsəd və intonasiyaya görə 4 yerə bölünür:

  1. Nəqli cümləDünən hava yağışlı idi.
  2. Sual cümləsiİsmin quruluşca neçə növü var?
  3. Əmr cümləsiİbrahim dərslərini oxu.
  4. Nida cümləsiAh, hava necə də gözəldir!

Cümlənin quruluşca növləri

  1. Sadə cümlə
  2. Mürəkkəb cümlə

Cümlə üzvləri

Məna və qrammatik cəhətdən bir-biri ilə əlaqədar olan, müəyyən suallara cavab verən sözlərə cümlə üzvləri deyilir. Cümlənin 5 üzvü var:

Baş üzvlər

  1. Mübtəda
  2. Xəbər

İkinci dərəcəli üzvlər

  1. Tamamlıq
  2. Təyin
  3. Zərflik

Ədəbiyyat

Seyidov Y.M., Əsədova T.A, Azərbaycan dili, Bakı, Çaşıoğlu, 2003 (8–9. siniflər üçün dərslik)