Cəfər Cəfərov (tarixçi)

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Cəfər Cəfərov
Şəxsi məlumatlar
Doğum tarixi 21 aprel 1960(1960-04-21) (64 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti tarixçi
Elmi fəaliyyəti
Elm sahəsi tarix
Elmi dərəcəsi tarix elmləri doktoru
Elmi adı

Təltifləri "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı — 2018 "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı — 2019 "Şöhrət" ordeni — 2021

Cəfərov Cəfər Məmməd oğlu (21 aprel 1960, Naxçıvan) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, "Tarix, insan və cəmiyyət" adlı elmi-nəzəri və elmi-metodik jurnalın baş redaktoru.

Həyatı

Cəfər Cəfərov 1960-cı il aprel ayının 21-də Naxçıvan şəhərində mühəndis ailəsində anadan olmuşdur.

Təhsili

1977-ci ildə Bakı şəhəri 158 №-li orta məktəbi bitirmiş və Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuşdur. 1980–1983-cü illərdə universitetin göndərişi əsasında təhsilini Moskva Dövlət Universitetinin (MDU) Tarix fakültəsində davam etdirmişdir. 1983-cü ildə MDU-nun Tarix fakültəsinin aspiranturasına daxil olmuş, 1987-ci ildə dissertasiya işini müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. Moskvada təhsil alan Azərbaycan Tələbə və Aspirantları Şurasının sədr müavini olmuşdur.

1987–1994-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində böyük laborant, "Azərbaycan tarixi" kafedrasının müəllimi, baş müəllimi, dosenti, 1990–1994-cü illərdə BDU-da Tarix üzrə ixtisaslaşmış doktorluq şurasının elmi katibi, 1992–1994-cü illərdə Tarix fakültəsinin dekan müavini vəzifəsində işləmişdir.

1994–1998-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə İş üzrə Baş İdarəsinin rəisi vəzifəsində çalışmışdır.

1998–2003-cü illərdə BMT İnkişaf Proqramı və Azərbaycan hökumətinin "Azərbaycanda QHT/İƏT-lərin institusional potensialının artırılması ilə Vətəndaş Cəmiyyətinin gücləndirilməsi" birgə layihəsinin milli koordinatoru olmuşdur.

2003–2004-cü illərdə Beynəlxalq Mətbuat Mərkəzinin (BMM) direktoru vəzifəsində işləmişdir.

2004–2006-cı illərdə BMT İnkişaf Proqramı və Azərbaycan hökumətinin " Azərbaycan Respublikasında yoxsulluğun azadılması məqsədilə daxili turizmin səmərəli inkişafının təmin olunması üzrə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm nazirliyinə institusional yardım" birgə layihəsinin milli koordinatoru olmuşdur.

2013-cü il 17 fevral tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adi verilib.

2006–2014-cü illərdə Azərbaycan Turizm İnstitutunun rektoru, 2014–2016-cı illərdə isə Azərbaycan Turizm və Menecment Universitetinin rektoru vəzifələrində çalışmışdır[1].

Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2016-cı il tarixli Sərəncamı ilə Cəfər Cəfərov Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru təyin edilmişdir.

2017-ci ildə Applied Sciences Krems IMC Universitetinin təqaüdçüsü adına layiq görülmüşdür.

2017-ci ildə "Humanist Pedaqogika Beynəlxalq Mərkəzi" tərəfindən "Humanist pedaqogikanın cəngavəri — "Ürək və Qu quşu" qızıl nişanı təqdim edilib.

2018-ci ildə Əbu-Dabidəki Paris-Sorbon Universitetinin İkitərəfli əməkdaşlığın möhkəmləndirilməsindəki səylərinə görə fəxri fərmanına layiq görülmüşdür.

2019-cu ildən Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası: Azərbaycan tarixi üzrə Elmi Şurasının üzvüdür.

2019-cu ildə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" və "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalları ilə təltif olunmuşdur.

2020-ci ildə Türkiyənin Ali Təhsil Keyfiyyət Şurasının Xarici Qiymətləndiricisi (ekspert) seçilmişdir.

2021-ci il 17 dekabr tarixində Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilmişdir.

2023-cü il mayın 20-də mədəniyyət və incəsənət, elm, təhsil və beynəlxalq əlaqələrin inkişafındakı səmərəli xidmətlərinə görə Özbəkistanın Kokand Dövlət Pedaqoji İnstitutunun fəxri professoru adı ilə təltif olunub.

2024-cü ildə Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

Azərbaycanda keçirilmiş bir sıra, o cümlədən də xaricdə keçirilmiş 100-dən çox beynəlxalq seminar, konfrans və simpoziumların iştirakçısı olmuşdur. Müasir Azərbaycan tarixi, demokratikləşmə, mülki cəmiyyətin inkişafı, dövlət idarəçiliyi, turizmin inkişafı ilə bağlı Azərbaycanda və xaricdə nəşr olunmuş 90-a yaxın elmi əsərin müəllifidir. Rus, ingilis, türk dillərində sərbəst danışır[2].

Həmçinin bax

İstinadlar

  1. "Arxivlənmiş surət". 2017-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-30. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  2. "Arxivlənmiş surət". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-12-31. (#redundant_parameters); (#redundant_parameters)