Ceyhun Məmmədov (idmançı)

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Ceyhun Məmmədov
Şəxsi məlumatlar
Vətəndaşlığı
Doğum tarixi 23 may 1968(1968-05-23) (56 yaş)
Doğum yeri
Çəkisi 50 ± 2 kq
İdman növü sambo

Ceyhun Məhəmməd oğlu Məmmədov (23 may 1968, Ağdam) — sambo üzrə 9 dəfə dünya çempionu, 2003-cü ildən etibarən Azərbaycan Sambo Federsiyasının prezidentidir.

Həyatı

Ceyhun Məmmədov 23 may 1968-ci ildə Ağdam şəhərində anadan olub. 1985-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna qəbul olub. 1991-ci ildə həmin institutun məşqçilik fakültəsini bitirib. 1992–1997-ci illərdə Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb, hüquqşünasdır. Ceyhun Məmmədov həmçinin polis polkovnik leytinantı rütbəsini daşıyır.

Fəaliyyəti

  • 1985-ci ildə SSRİ idman ustası adına layiq görülüb.
  • 1986-cı ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub.
  • 1987-ci ildə Beynəlxalq dərəcəli idman ustası adına layiq görülüb.
  • 1990-cı ildə "SSRİ-nin Əməkdar idman ustası" fəxri adı verilib.
  • 1995-ci ildə Beşinci dəfə Dünya çempionu olması münasibətilə Azərbaycan Respublikasının Prezidenti Cənab Heydər Əliyev onu şəxsən təbrik edib.
  • 1998-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən xidmətləri nəzərə alınaraq "Tərəqqi" medalı ilə təltif olunub.
  • 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən "Şöhrət" ordeni ilə təltif olunub.
  • 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən Azərbaycanın "Əməkdar bədən tərbiyyə idman xadimi" adı verilib.
  • 2016-cı ildə ümumi Avropa Federasiyasının "Vitse-Prezindenti" seçilib.
  • Azərbaycan respublikasının prezidenti İlham Əliyev tərəfindən
  • 2019-cü, il "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi(1918–2018)" yubiley medalı təltif olunub.
  • Ceyhun Məmmədov 2003-cü ildən etibarən Azərbaycan Sambo Federasiyasının prezidentidir.

Uğurları

Prezident İlham Əliyevə Beynəlxalq Sambo Federasiyası İcraiyyə Komitəsinin qərarı ilə Sambonun Çempion kəməri təqdim edilərkən (2015)
  • 1985-ci il — Kiev şəhərində keçirilən yeniyetmələr arasında SSRİ birinciliyi və Ümumittifaq idman oyunlarının Çempionu.
  • 1986-cı il — Vladimir şəhərində keçirilən yeniyetmələr arasında SSRİ birinciliyinin Çempionu.
  • 1986-cı il — Minsk şəhərində keçirilən SSRİ Xalqlarının IX Spartakiadasının Çempionu.
  • 1987-ci il — Kalinin şəhərində keçirilən gənclər arasında SSRİ çempionatının Çempionu.
  • 1987-ci il — İtaliyanın Milan şəhərində keçirilən gənclər arasında Dünya çempionatının Çempionu.
  • 1988-ci il — Tula şəhərində şəhərində keçirilən gənclər arasında Dünya çempionatının Çempionu.
  • 1988-ci il — Omsk şəhərində keçirilən kişilər arasında Dünya çempionatının Çempionu.
  • 1988-ci il — Kanadada keçirilən kişilər arasında Dünya çempionatının Çempionu
  • 1989-cu il – Alma-Ata şəhərində keçirilən kişilər arasında SSRİ çempionatının Çempionu
  • 1989-cu il – Kiyev şəhərində keçirilən kişilər arasında SSRİ Kubokunun Çempionu.
  • 1989-cu il — Monqolustanın Ulan-Bator şəhərində keçirilən Dünya kubokunun Çempionu
  • 1990-cı il — Kalinin şəhərində keçirilən kişilər arasında SSRİ çempionatının Çempionu
  • 1990-cı il — Daşkənd şəhərində keçirilən kişilər arasında SSRİ Kubokunun Çempionu
  • 1990-cı il — Moskva şəhərində keçirilən kişilər arasında Dünya çempionatının Çempionu.
  • 1991-ci il – Minsk şəhərində keçirilən kişilər arasında SSRİ çempionatının Çempionu
  • 1991-ci il — Minsk şəhərində keçirilən SSRİ Xalqlarının X Spartakiadasının Çempionu
  • 1991-ci il – İsrailin Hotaniya şəhərində keçirilən kişilər arasında Avropa çempionatının Çempionu
  • 1992-ci il – Kiyev keçirilən kişilər arasında Avropa çempionatının Çempionu.
  • 1992-ci il – Minsk şəhərində keçirilən kişilər arasında Dünya çempionatının Çempionu
  • 1993-cü il – İtaliyanın Milan şəhərində keçirilən kişilər arasında Avropa çempionatının Çempionu.
  • 1994-cü il – Litvanın Ponajevsk keçirilən kişilər arasında Avropa çempionatının Çempionu.
  • 1994-cü il – Yuqoslaviyada keçirilən kişilər arasında Dünya çempionatının Çempionu
  • 1995-ci il — Minsk şəhərində keçirilən kişilər arasında Avropa çempionatının Çempionu
  • 1995-ci il — Bolqarıstanın Sofiya şəhərində keçirilən kişilər arasında Dünya çempionatının Çempionu
  • 1996-cı il — Yaponiyanın Tokio şəhərində keçirilən kişilər arasında Dünya çempionatının Çempionu
  • 1997-ci il – Azərbaycanın Bakı şəhərində keçirilən kişilər arasında Avropa çempionatının Çempionu.
  • 1997-ci il – Gürcüstanın Tbilisi şəhərində keçirilən kişilər arasında Dünya çempionatının Çempionu

Statistika

  • Ceyhun Məmmədov SSRİ miqyasında −13 dəfə
  • Avropa miqyasında – 6 dəfə
  • Dünya miqyasında – 9 dəfə
  • Cəmisi isə 28 dəfə ÇEMPİON adına layiq görülüb

Xatirəsi

1991-ci ildə Oqtay Babazadə tərəfindən Zirvəyə doğru adlı qısametrajlı sənədli televiziya filmi həsr olunmuşdur.

İstinadlar

Xarici keçidlər