Darab mirzə Qovanlı-Qacar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Darab mirzə Qovanlı-Qacar
Şəxsi məlumatlar
Digər adı Şahrux Darab Mirzə
Doğum tarixi 9 may 1869(1869-05-09)
Doğum yeri
Vəfat tarixi 1930
Vəfat yeri
Atası Şahrux mirzə Qovanlı-Qacar
Hərbi fəaliyyəti
Xidmət illəri 1889-1917
Rütbəsi polkovnik
Döyüşlər I Dünya Müharibəsi
Təltifləri III dərəcəli Müqəddəs Stanislav ordeni III dərəcəli "Müqəddəs Anna" ordeni — 06.05.1908 II dərəcəli "Müqəddəs Anna" ordeniGeorgi silahı

Darab mirzə Şahrux mirzə oğlu Qovanlı-Qacar (9 may 1869, Şuşa1930, Tehran) — Çar ordusunun polkovniki, Bəhmən mirzə Qovanlı-Qacarin nəvəsi.

Xidmətdə olduğu illərdə "Müqəddəs Stanislav" ordeni, "Müqəddəs Anna" ordeni, "Şiri-Xurşid" ordeniI Dünya Müharibəsində göstərdiyi şücaətə görə Georgi silahı ilə təltif edilib.

Həyatı

Darab Mirzə Şahrux Mirzə oğlu 9 may 1869-cu ildə Şuşa şəhərində andan olub[1]. Bəzi mənbələrdə onun doğum tarixi 15 dekabr 1868-ci il, 9 mart 1869-cu il kimi də göstərilir[2]. İbtidai təhsilini evdə aldıqdan sonra Tiflis kadet korpusunda oxuyub. Sonra Pavlov Hərbi məktəbində təhsilini davam etdirərək buranı I dərəcə ilə bitirib. Bundan başqa Atıcı zabit məktəbinin kazak bölməsində təhsil alıb[2].

Hərbi xidməti

1889-cu il sentyabr 1-dən etibarən sıravi yunker kimi xidmətə başlayıb. 1890-cı il mayın 5-də unter zabit rütbəsi alıb. Məktəbi bitirdikdən sonra 1891-ci il avqustun 5-də xorunji rütbəsi alaraq, Kuban kazak ordusunun I Poltava atlı alayına təyinat alır. 1891-ci il sentyabr 12-də alayda xidmətə başlayır. 1894-cü ilə qədər burada müxtəlif vəzifələrə təyinat alaraq müxtəlif yüzlüklərdə xidmətini davam etdirir[2].

1895-ci il iyunun 1-də yüzbaşı rütbəsini alır. 1895-ci ilin oktyabr 15-də Kuban kazak ordusunun II Poltava atlı alayına təyinat alır. Xidməti yerinə gələrək burada VI yüzlükdə kiçik zabit kimi xidmətə başlayır. 1987-ci il sentyabrın 13-də alayın I yüzlüyünə kiçik zabit kimi təyinat alır. 1898-ci il avqustun 12-də təhsil almaq üçün Atıcı zabit məktəbinin kazak bölməsinə göndərilib. 1899-cu il avqustun 28-də təhsilini tamamlayır[2].

1900-cü il sentyabrın 23-də ona verilmiş "Şiri-Xurşid" ordenini qəbul etməyinə və taxmağına icazə verilib[3]. Bundan başqa o, "İmperator III Aleksandrın hakimiyyətinin xatirəsinə" medalı və "Əhalinin ilk ümumi siyahıyalınmasında göstərdiyi əməyə görə" medalı ilə də təltif edilib. 1901-ci il yanvarın 23-də üçüncü dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif edilib[4].

1901-ci il dekabrın 1-də alayın silah rəisi təyin edilir[3]. 1903-cü il mayın 10-da alayın IV yüzlüyünə komandir təyin edilir. 1903-cü il iyunun 1-də podyasavul rütbəsi alır. 1903-cü il iyunun 9-dan sentyabrın 11-ə qədər İranla sərhəddə Culfa dəstəsində xidmət edib[3]. 1904-cü il mayın 29-dan 1905-ci il martın 5-ə qədər Kuban kazak ordusunun II Poltava atlı alayının II yüzlüyünə komandirlik edib. 1905-ci il oktyabr 12-də Kuban kazak ordusunun I Poltava atlı alayına təyinat alıb[5].

1908-ci il mayın 6-da üçüncü dərəcəli "Müqəddəs Anna" ordeni ilə təltif edilib[4].

1909-cu il mayın 6-da yasavul rütbəsinə yüksəlib. 1909-cu il iyunun 10-da Kuban kazaklarının I Labinski General Zass alayına təyinat alıb. 1910-cu il mayın 15-də isə buradakı xidmətindən azad edilib[5].

Daha sonra yenidən xidmətə qayıdaraq 1911-ci il martın 4-də yasavul rütbəsində olan Darab Mirzə xətt kazaklarının I Kuban alayının V yüzlüyünə komandir təyin edilir[5].

I Dünya Müharibəsində

Birinci Dünya müharibəsində xətt kazaklarının I Kuban alayının V yüzlüyünün komandiri kimi iştirak edib[6]. 1914-cü il avqustun 4-də Qorodok yaşayış məntəqəsi ətrafında gedən döyüşdə qəhrəmanlıq göstərərək onları mühasirəyə almağa çalışan avstriyalıların 3 eskadronuna qarşı 109 nəfərlə hücum edib[6]. Əks tərəfin sayı onlardan qat-qat çox olsa da, artilleriya atəşinin altında avstriyalıların 3 eskadronu məhv edilib və döyüşün gedişatı dəyişdirilib[7][8]. Bu döyüşdə Darab Mirzə qılınc yarası və kontuziya alıb[9].

1915-ci il aprelin 2-də qoşun starşinası rütbəsi alıb. 1915-ci il iyulun 7-də Qafqaz cəbhəsində fəaliyyət göstərən Kuban Kazak ordusunun III xətt alayına təyinat alıb. 1916-cı il iyunun 12-də düşmənə qarşı işlərdə fərqləndiyinə görə 435 nömrəli əmrlə III dərəcəli "Müqəddəs Stanislav" ordeninin qılınc və bantları ilə təltif edilib. 1916-cı il noyabrın 19-da düşmənə qarşı işlərdə fərqləndiyinə görə II dərəcəli "Müqəddəs Anna" ordeni (qılınclarla birlikdə) ilə təltif edilib. 1917-ci il fevralın 23-də Kuban Kazak ordusuna xidmətə göndərilib[10].

1917-ci il oktyabrın 5-də ordu və donanmanın əmri ilə polkovnik rütbəsi alıb[10].

Sonrakı illəri

Darab mirzə Əhməd şah Qacarın dəvəti ilə İrana gedib. 1925-ci ildə Qacar sülaləsinin süqutundan sonra hakimiyyətə gələn Rza şah Pəhləvi Darab Mirzəni öz hakimiyyətinə təhlükə gördüyü üçün həbs etdirib. 1930-cu ildə Tehranda həbsxanada saxlanılan o, çətin saxlanılma şəraitinə görə dünyasını dəyişib. Yaxınlarının dediklərinə görə isə o, həbsxanada öldürülüb[10].

Mükafatları

  • — "Əhalinin ilk ümumi siyahıyalınmasında göstərdiyi əməyə görə" medalı ilə təltif edilib[4].
  • — 1900-cü il sentyabrın 23-də III dərəcəli "Şiri-Xurşid" ordeni il təltif edilib[4].
  • — 1901-ci il yanvarın 23-də üçüncü dərəcəli Müqəddəs Stanislav ordeni (qılınclarla və bantla birlikdə) ilə təltif edilib[10].
  • — "İmperator III Aleksandrın hakimiyyətinin xatirəsinə" medalı[4].
  • — 1908-ci il mayın 6-da üçüncü dərəcəli Müqəddəs Anna ordeni ilə təltif edilib.
  • — 1914-cü il oktyabrın 11-də döyüşdə göstərdiyi şücaətə görə ali hərbi mükafat — Georgi silahı ilə təltif edilib[11].
  • — 1916-cı il noyabrın 19-da ikinci dərəcəli Müqəddəs Anna ordeni (qılınclarla birlikdə) ilə təltif edilib.

Ailəsi

Atası Şahrux mirzə Qovanlı-Qacar Azərbaycanın hakimi və taxt-tacın varisi Bəhmən mirzə Qovanlı-Qacarın oğlu və çar odrusunun polkovniki olub[12].

Həmçinin bax

İstinadlar

  1. Ənvər Çingizoğlu. Qacarlar və Qacar kəndi. Bakı: Şuşa. 2008. səh. 334.
  2. 1 2 3 4 Eldar İsmayılov. Персидские принцы из дома Каджаров в Российской империи. Moskva: Старая Басманная. 2009. səh. 284. ISBN 978-5-904043-06-3. 2022-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-12.
  3. 1 2 3 Eldar İsmayılov. Персидские принцы из дома Каджаров в Российской империи. Moskva: Старая Басманная. 2009. səh. 285. ISBN 978-5-904043-06-3. 2022-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-12.
  4. 1 2 3 4 5 "Шах-Рух-Дараб-Мирза" (rus). ria1914.info. 2019-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-12.
  5. 1 2 3 Eldar İsmayılov. Персидские принцы из дома Каджаров в Российской империи. Moskva: Старая Басманная. 2009. səh. 286. ISBN 978-5-904043-06-3. 2022-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-12.
  6. 1 2 Elmi redaktor:Fərhad Cabbarov. Azərbaycanın Birinci dünya müharibəsi dövründə. Elmi məqalələr toplusu (PDF). Bakı: Ziya. 2014. səh. 61. 2022-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-13.
  7. Кавалеристы в мемуарах современников, 1900-1920 / Атака 1-го линейного полка Кубанского казачьего войска в боях под гор. Чертков 22/9 и Бучач 23/10 августа 1914 г. и гибель 1-й австро- венгерской батареи 7 конно-артиллерийского дивизиона. Moskva: Рейттаръ. 2000. səh. 45. ISBN 9785806700293. 2022-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-13.
  8. Eldar İsmayılov. Георгиевские кавалеры-азербайджанцы. Moskva: Герои отечества. 2005. səh. 57. ISBN 5-91017-005-8. 2022-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-13.
  9. "Шах-Рух Дараб-Мирза / Ранен/контужен. Картотека потерь" (rus). gwar.mil.ru. Archived from the original on 2022-12-12. İstifadə tarixi: 2022-12-12.
  10. 1 2 3 4 Eldar İsmayılov. Персидские принцы из дома Каджаров в Российской империи. Moskva: Старая Басманная. 2009. səh. 288. ISBN 978-5-904043-06-3. 2022-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-12.
  11. Eldar İsmayılov. Персидские принцы из дома Каджаров в Российской империи. Moskva: Старая Басманная. 2009. səh. 89. ISBN 978-5-904043-06-3. 2022-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-12.
  12. Eldar İsmayılov. Персидские принцы из дома Каджаров в Российской империи. Moskva: Старая Басманная. 2009. səh. 122. ISBN 978-5-904043-06-3. 2022-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-12.