Dayavik almaz yatağı

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Dayavik almaz yatağı 2006-cı il

Dayavik almaz yatağıKanadada, Yellounayf şəhərindən 300 km şimal şərqində yerləşir.[1]

Haqqında

Ehtiyatına görə ölkənin ikinci yatağıdır. 1994-cü ildə kəşf olunmuş, 2002-ci il dən açıq və yeraltı üsullarla istismar olunur. Almazın kəşf olunmuş ümumi ehtiyatı 106,5 mln. kardır (kimberlitlərdəki orta miq darı 3,96 kar/t, ehtiyatı isə 25,6 mln. t-dur ). Yataq Şimali Amerika platformasının şimal-qərb hissəsi ilə əlaqədardır; Kanada almazlı əyalətinə daxildir. Eosen yaşlı 4 kimberlit borusundan ibarətdir. Kimberlitlər vulkanoklastik və piroklastik süxurlardan, yan süxurlar isə zəif metamorfizləşmiş qrauvakka və argillitlərdən, həmçinin Arxey yaşlı diorit və qranitlərdən ibarətdir. Borular 30 m qalınlıqlı müasir buzlaq çöküntüləri ilə örtülüdür. Almazlar yüksək keyfiyyətlidir, orta qiyməti 110 dollar/kardan yuxarıdır. Әsasən, zərgərlikdə istifadə olunur.  

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

  1. Dayavik almaz yatağı// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — VI cild. Bakı, 2009. — Səh.: 393.