Dayavik almaz yatağı — Kanadada, Yellounayf şəhərindən 300 km şimal şərqində yerləşir.[1]
Ehtiyatına görə ölkənin ikinci yatağıdır. 1994-cü ildə kəşf olunmuş, 2002-ci il dən açıq və yeraltı üsullarla istismar olunur. Almazın kəşf olunmuş ümumi ehtiyatı 106,5 mln. kardır (kimberlitlərdəki orta miq darı 3,96 kar/t, ehtiyatı isə 25,6 mln. t-dur ). Yataq Şimali Amerika platformasının şimal-qərb hissəsi ilə əlaqədardır; Kanada almazlı əyalətinə daxildir. Eosen yaşlı 4 kimberlit borusundan ibarətdir. Kimberlitlər vulkanoklastik və piroklastik süxurlardan, yan süxurlar isə zəif metamorfizləşmiş qrauvakka və argillitlərdən, həmçinin Arxey yaşlı diorit və qranitlərdən ibarətdir. Borular 30 m qalınlıqlı müasir buzlaq çöküntüləri ilə örtülüdür. Almazlar yüksək keyfiyyətlidir, orta qiyməti 110 dollar/kardan yuxarıdır. Әsasən, zərgərlikdə istifadə olunur.