Dipa Nusantara Aidit

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Dipa Nusantara Aidit
Şəxsi məlumatlar
Doğum tarixi 30 iyul 1923(1923-07-30)[1]
Doğum yeri
Vəfat tarixi 22 noyabr 1965(1965-11-22)[1] (42 yaşında)
Vəfat yeri
Vəfat səbəbi edam[d]
Partiya
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dipa Nusantara Aidit (30 iyul 1923[1], Belitung22 noyabr 1965[1], İndoneziya) — İndoneziya kommunist siyasətçisi.

Həyatı

Dipa Nusantara Aidit 30 iyul 1923-cü ildə anadan olmuşdur. O, İndoneziya mütərəqqi gənclər hərəkatında iştirak etmiş, 1943-cü ildən İndoneziya Kommunist Partiyasının (İKP) üzcü olmuşdur. İstiqlaliyyət uğrunda mübarizədə iştirak etdiyi üçün 1945-ci ildə Yaponiya, sonra isə Birləşmiş KrallıqNiderland hərbi orqanları tərəfindən həbs edilmişdir. 1947-ci ildən İKP MK-nın, 1948-ci ildən İKP MK Siyasi Bürosunun üzvü, 1951-ci ildən İKP MK katibi, 1954-1959-cu illərdə MK-nın Baş katibi, 1959-cu ildən İKP MK sədri olmuşdur. Aidit 1959-cu ildən Ali Məsləhət Şurasının üzvü, 1961-ci ildən Müvəqqəti Xalq Konqresi sədrinin müavini 1962-ci ildən İndoneziya hökumətində nazir idi. Aiditin başçılıq etdiyi İKP nümayəndə heyəti 1959-cu ilin fevralında Azərbaycanda olmuşdur. Nümayəndə heyəti BakıSumqayıtın bir sıra sənaye müəssisəsində fəhlələrlə görüşmüşdür. 1965-ci ildə "30 sentyabr hadisələri"ndən sonra Aidit hökumət qüvvələri tərəfindən öldürülmüşdür.[2]

İstinadlar

  1. 1 2 3 4 Dipa Nusantara Aidit // Munzinger Personen (alm.).
  2. Аидит Дипа Нусантара // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 193.

Əlavə ədəbiyyat